1. «Qırmızı Kitab» 6 hissədən ibarətdir və özündə nadir və nəsli kəsilmək təhlükəsi olan 14 məməli növü,
36 quş növü, 5 balıq növü, 13 amfibi və reptili növü, 40 həşərat növü və 140 bitki növü haqda
məlumatı əks etdirir.Milli Elmlər Akademiyasının müvafiq institutları ilə birgə Ekologiya və Təbii
Sərvətlər Nazirliyi tərəfindən “Qırmızı Kitab”ın II nəşrinin hazırlanması istiqamətində müvaviq tədbirlər
həyata keçirildi. Alimlər öyrənmişlər ki, 1600-cü ildən bəri 150-dən çox vəhşi heyvanların və quşların
nəsli tamamilə kəsilmişdir.
2.
3.
4. Ağgöz qaraördək - Erkəyinin ümumi rəngi qonur –
qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir.
Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri
ağımtıldır. Dişisinin rəngi solğundur. Azərbaycanda
düzənlik rayonlarda yayılıb. Kələdəhnə, Cil, Qarasu,
Şilyan, Sor – sor və s. Göllərin qurudulması nəticəsində
yayıldığı sahələr xeyli azalıb. May ayında yuva tikir, 7 -8
yumurta verir, 25 – 27 gün kürt yatır. Bitki yeyən
ördəkdir. Ovlanması qadağandır.
5. Ağ durna - Ümumi rəngi ağdır. Ancaq qanadının ucu qaradır. Ayağı, dimdiyi
və gözlərinin ətrafındakı ləkəsiz dəri parlaq qırmızıdır. Cavanlar pas
rəngində olur sonra tədricən ağarır. Azərbaycanda 2000-ci illərd köç zamanı
2-7 fərddən ibarət kiçik dəstələr Şirvan Milli Parkı, Qızılağac qoruğu, Samux
rayonunda Kəsəmənli kəndi ərazisində, Lənkəran və Naxçıvan şəhəri
ətrafında qeydə alınıb. Azərbaycanda köçəri, nadir hallarda tək-tək qışlayan
növdür. Ovlanması qadağandır.
6. Cırtdan siçan - Gəmiricilər arasında ən kiçiyidir. Bədəninin uzunluğu
5.5—7 sm, quyruğunun uzunluğu 6.5 sm-ə qədərdir, çəkisi 7—10 qramdır.
Quyruğu hərəkətlidir və tutucudur, onun vasitəsilə ot biykilərinin nazik
saplaqlarına sarınmaq qabiliyyətinə malikdir. Arxa pəncələri tutucudur.
Rəngi birrəngli qonuru—oxra və ya kürəndir. Üz qururluşu kütdür, qısadır,
qulaqları böyük deyil. Olduqca azsaylıdır. Hal-hazırda sayı barədə dəqiq
məlumat yoxdur.
7. Cənubi Qafqaz dağ korcası – Bədənin uzunluğu 115 mm-ə qədər olub,
üstünün rəngi tünd – oxra, qum rəngindədir. Ehtiyyatı əsasən müxtəlif
bitkilərin soğanaqlarından, kökcüklərdən toplayır. Dağ korçası yuva
qazarkən torpağı boşaldır ki, bu da öz növbəsində bitkilərin
məhsuldarlığının artmasına səbəb olur.
8. Bəbir (Qaplan) - Tipik pişik formasına malikdir. Güclü qolları, cussəli bədəni vardır.
Rəngi sarı, açıq sar və ya qırmızımtıl sarıdır. Üzərində rozet şəkilli xalları vardır.
Qarın tərəfi daha açıq rəngdədir. Uzun quyruğu da xallıdır, ucunda isə sıx qara
halqalar vardır. Yaşayış yerləri bəzən meşəli, bəzən isə qayalı çılpaq əraziləri əhatə
edir. Açıq dağlıqda sığınacaqların və ov güdmək üçün daldanacaqların çox olduğu
kəskin prçalanmış relyefe üstünlük verir. İri dırnaqlı heyvanlarla (çöl donuzu, cüyür,
maral, dağ keçisi, muflon və s.) qidalanır. Əsas şikarı sayılan bu heyvanlar az olan
yerlərdə tülkü, porsuq, tirəndaz, dovşan, ev heyvanları və s. Hücum edir. Cetləşmə
dekabr – yanvarda baş verir, balalar aprel—mayda dunyaya gəlir. 2—3 bala doğurlar.
Balalar böyüyəndən sonra ailə dağılır və tənha həyat sürürlər.