SlideShare ist ein Scribd-Unternehmen logo
1 von 339
Downloaden Sie, um offline zu lesen
1
Rauf Mirzə
2
Rauf Mirzə
K O S A L A R
Ümumi məlumatlar toplusu
BAKI-2013
3
Redaktor: İradə Aytel
Rauf Mirzənin ərsəyə gətirdiyi bu kitab Qarabağımızın
dilbər guşəsi olan Kosalar kəndinin tarixi, coğrafi ərazisi,
mədəniyyəti, adət-ənənsi, əhalisindən bəhs etməklə, həm də
bütövlükdə Qarabağ yanğısını özündə əks etdirir.
Kirabda torpaqlarımız uğrunda şəhid olan, döyüşən hər
bir vətənpərvərdən ayrıca bəhs edilir.
Kitab gələcək nəsillərə həm tarixi biliyin, eləcədə milli
vətənpərvərlik ruhunun aşılanmasında böyük əhəmiyyətə
malikdir
“Kosalar kəndinin ensklopediyası” müəllifin ilk
kitabıdır.
... nəşriyyatı Bakı 2013
4
Kosalar kənd orta məktəbinin fəaliy-
yətinin 90 illik yubileyinə həsr olunur
5
Müəllifdən
Əziz oxucular, yəqin ki, tariximizin necə
zəngin və keşməkeşli olduğu sizin hər birinizə
məlumdur. Tarixi zənginliklərimiz hər əyalətdə,
rayonda, kənddə özünü qabarıq büruzə verir. Belə
zəngin tarixə malik olan bölgələrimizdən biri də
Qarabağdır ki, onun hər bir yaşayış məntəqəsi
özünə xas orjinal xüsusiyyətləri ilə diqqəti cəlb
edir...
Füsünkar təbiətə, zəngin tarixə malik olan
gözəl Qarabağımızın bir parçası idi Kosalar
kəndi. Bütöv Qarabağımız kimi bu kənd də uzun
illər yadellilərin xain planlarında olmaqla hücum
hədəfinə çevrilmişdir. Onun Xankəndi ilə Laçın
rayonu arasındakı əlverişli strateji-coğrafi
mövqeyi daim əzəli düşmənlərimiz olan
ermənləri buraya cəlb etmişdir. Zəngin sərvətləri,
gözəl təbiəti başına bəla olmuşdur daim bu
yurdun...
Müvəqqəti də olsa məqsədlərinə çatdı xain
düşmənlərimiz... Məqsələrinə catdı, ancaq bu
onlar üçün elədə asan olmadı. Kosalar sakinləri
əzəli düşmənlərimiz olan ermənilərin tutarlı
cavablarını həm XX əsrin əvvəllərində, həmdə
sonlarında vermişdilər.
Biz hər zaman acı günlərimizi, soyqrıma
uğramamızı yada salaraq gənc nəsillərin
yaddaşında neqativ hisslər formalaşdırırıq- hər
zaman əzilmişik, hər dəfə qırılmışıq. Əksinə bu
heçdə belə deyildir. Artıq qəhrəmanlıqlarımızı
yada salaraq, etdiklərimizi təbliğ etməyin
vaxtıdır. Hər zaman Azərbaycan oğulları bir
itkinin əvəzini bir neçəsi ilə ödədiblər...
Belə şanlı irsimizi gələcək nəsillərə çatdırmalı,
böyük məqsədimizə nail olmaq üçün hər birimiz
6
əlimizdən gələni əsirgəməməliyik. Keçmişimizi
dərindən öyrənib gələcəyimizi özümüz
müəyyənləşdirməliyik... Bu baxımdan mən də
çalışdım ki, heç olmasa öz doğulub boya-başa
çatdığım yurd yerlərimizi xatırladaraq yaddan
çıxmağa qoymayım. İşğalda olan hər qarış
torpağımız haqqında bir kitab yazılmalıdır. Bunu
yaxşı bələd olduqları yerlər haqqında hər bir
ziyalı etsə kifayətdir. Yeri gəlmişkən, Kosalar
kəndi haqqında hansısa yazı yazaraq onun tarixini
işıqlandıran hər bir qələm əhlinə öz dərin
minnətdarlığımı bildirirəm.
Deyirəm ki, sal yadına, sal yadına yurd-yuvanı,
Sal yadına oymaqları, sal yadına el-obanı,
O gəzdiyin çölü, düzü, həm gecəni, həm gündüzü,
Vətəninin hər yanını, gündoğanı, günbatanı.
Sal yadına o keçdiyin cığırları, bənd-bərəni.
Vətən oğlu nədir belə, unutmusan doğma kəndi?!
Bir zamanlar bulağından su içəni axı səndin,
Düzlərində at oynadıb, cövlan edən axı səndin.
Nə oldu bəs doğma yurddan ayrı qaldın?
Düşmənlərin bu yerlərdə qovğasına seyrə qaldın.
Bir azda döz doğma kəndim, qayıdacaq övladların,
Yandıracaq çırağını əbədi var olan kəndim.
İş olan yerdə nöqsan da olar deyərlər. Bu
kitabı sizin müzakirənizə verərək haqlı irad və
təkliflərinizi gözləyir və eyni zamanda kitabın
ərsəyə gəlməsində xidmətləri olan hər kəsə
təşəkkürümü bildirirəm.
Kitabda Kosalar kəndinin və ətraf ərazilərin
coğrafi mövqeyindən, zəngin təbiətindən,
7
tarixindən, mədəni həyatından, sosial-iqtisadi
vəziyyətindan bəhs edən bir çox materiallar öz
əksini tapmışdır.
Əziz oxucular kitabda mətnlər müəyyən
məzmun xəttinə uyğun olaraq ardıcıllıqla
verilmişdir. Əsas məqalələr qara hərflərlə, onların
məzmunundan irəli gələnlər isə kursivlə
verilmişdir.
8
Ümumi Məlumat
Azərbaycanın gözəl təbiətə, füsunkar gözəlliyə malik
yerlərindən biri də
Kosalar kəndidir.
Kosalar buz
bulaqları, zəngin
meşələri, geniş
yaylaqrı, görməli-
gəzməli yerləri, uca,
başı həmişə qarlı
dağları ilə çox
məşhur idi. Füsünkar
təbiətə malik bu
ərazilər görən hər bir kəsi valeh edər və öz sehirli dünyasından
çıxmağa qoymazdı.
Kosaların təbiəti olduqca
gözəldir. Sanki ilahi bir
qüvvə öz rəngli fırçası ilə bu
yerlərə bəzək vurmuşdur.
Kənd sıx meşələrlə, sıra
dağlarla əhatə olunmuşdur.
Bahar fəslində bu yerlərin
əsrarəngiz gözəlliyi insanın
qəlbini coşdurur. Nəhəng və
uca palıd ağacına qonub şən
nəğmələr oxuyan
alabaxtanın səsi ətrafa
yayılır. Sərt, sıldırım
qayaların arasından çıxıb
şırıltı ilə axan buz kimi sərin
bulaqların zümzüməsi
quşların nəğməsinə qarışır,
gözəl simfoniya yaradır.
Bağlarda, meşələrdə meyvə ağaclarının çiçək açması təsvirə
9
gəlməyən xalıya bənzəyir. Havalar isindikcə burada istirahət
etməyin ayrı ləzzəti var. Adam ağacın kölgəsində özünü sanki
dağların başında hiss edir. Çox zaman turistlər, səyyahlar
gördükləri yerləri tərifləyirlər. Mən isə deyərdim ki, bizim yerlər
nağıllarda təsvir olunan əsil cənnətdir. Hər cür meyvəsi, sərin
bulaqları, təmiz havası, ümumi mənzərəsi gözəl bir yeri
həqiqətən cənnət adlandırmaq olar. Bu, təvazökarlıqdan uzaq,
əsil həqiqətdir. Bizim üçün Azərbaycanın hər yeri vətəndir.
Ancaq doğma Kosalar kəndi bir an belə yaddan çıxmır...
Kəndimizə yenidən qovuşsaq, bu bizim üçün xoşbəxtlik və
səadət olar.
Gecələr yuxumda görürəm səni,
Yurdumuz, yuvamız viran Kosalar.
Unutmaq olarmı doğma vətəni,
Çıxmayır yadımdan bir an Kosalar.
Bəyməmməd Quliyev
Flora və faunası
Kosaların zəngin meşələrində müxtəlif növ ağac və kollar
bitir. Bunlardan: palıd, vələs, fıstıq, gəvriş, cökə, qarağac,
ağcaqayın və s. göstərmək olar. Eyni zamanda Kosaların
meşələri yabanı meyvə ağacları ilə də zəngindir. Onlardan
armud, alma, əzgil, alça, zoğal, qarağat, yemişan, zirinc, qoz,
fındıq, quşarmudu və s. göstərmək olar. Ərazidə müalicəvi
əhəmiyyətə malik dərman bitkiləri olan bənövşə, kəklikotu,
10
əvəlik, qırxbuğum, yarpız, qatırquyruğu, dəvədabanı, qurdotu,
lüləpər, çobanyastığı bitkiləri də daha çoxdur.
Yaşıl xalısını sərmiş təbiət,
Adi torpaq deyil, sanki bir cənnət.
Qatarlanıb durur sıra dağları,
Barlı-bəhərlidir meyvə bağları.
Bəyməmməd Quliyev
Kosalar kəndinin meşələri zəngin flora ilə yanaşı eyni
zamanda
zəngin faunaya
da
____________
II. Yüksək
dağlığın (subalp
və alp) çəmən
landşaftlarında
Cənubi Qafqaz
muflonu, Bezoar
keçisi, köpgər,
Dağıstan turu,
qonur ayı,
canavar, bəbir,
tülkü, Kiçik Asiya
gürzəsi, qaya
kərtənkələləri,
Qafqaz petrası,
göyərçinlər və s.
III.Orta dağlığın meşə və
meşədən sonra yaranmış
çəmən-kol landşaftlarında
nəcib maral, cüyür, Bezoar
keçisi, köpgər, çöldonuzu,
lenot, qonur ayı, vaşaq, bəbir,
çölpişiyi, daşlıq dələsi, meşə
dələsi, İran sincabı, süleysin,
Hindistan tirəndazı,
Rostonbəyov kərtənkələsi,
zolaqlı kərtənkələ, yaşılqarın
11
kərtənkələ, bataqlıq tısbağası, göl qurbağası, Qafqaz petrası, qırqovul,
qaraleylək, göyərçinlər, qızılxallı və s.
____________________
malikdir. Meşələrimizdə ayı, canavar, porsuq, çaqqal, tülkü,
vaşaq, ceyran, cüyür, dovşan; quşlardan: kəklik, turac, qartal,
qızılquş, qırğı, qaratoyuq, alabaxta, qırqovul, tetra, qarğa,
sağsağan, sərçə və s. göstərə bilərik.
Kosalar kəndinin ətrafında Qırxqız, Dəvəboynu, Ya Əli və
s. dağlar vardır.
Qırx qızdan yaranmış o Qırxqız dağı,
Buzdan da sərindir Haça bulağı.
Cüyür mələrtisi, ayı nərəsi,
Gəlir xəyalıma bəndi-bərəsi.
Bəyməmməd Quliyev
Topdaşın əhvalatı
Baba, nənə, nəvə səhər yeməklərin yeyərək yola çıxdılar.
Gün təzəcə qalxırdı. Nəvə dinc durmur tez-tez gah babaya gah
da nənəyə müxtəlif suallar verirdi:
- Baba, bu nədi?
- Bulaqdır balası, Mehvalının bulağı.
- Baba, bu nədi?
- Ağacır.
- Baba, bu nədi?
- Ağacın köğuşudur.
12
- Onu kim elə edib?
- Dələ.
- Baba, bəs bu nədir?
- Daşdır, Topdaş.
- Onu kim üst-üstə yığıb?
- Div yığıb mənim əziz balam.
- Div bəs harada yaşayırdı?
- Bax o kahada.
- Bəs indi hanı?
- Div keçmişdə yaşayıb indi yoxdur.
- Bəs indi niyə yoxdur?...
Nəvənin sualları bitmək, tükənmək bilmir. Baba isə çalışır
ki, hər bir suala nəvəyə maraqlı gələcək bir cavab tapıb versin...
Kosalar kənd inzibati ərazi vahidi
Coğrafi mövqeyi. Kosalar kəndi Azərbaycanın cənub-
qərbində, kiçik Qafqazın qoynunda, Xankəndindən 8 km
13
qərbdə, Şuşadan 10 km şimal-qərbdə, Xocalıdan 14 km cənub-
qərbdə,
Qarabağ
silsiləsinin
şimal-
şərqində,
dəniz
səviyyəsində
n 1350 m
yüksəklikdə,
çox əlverişli,
gözəl yerdə
yerləşir.
Geniş
əraziyə malik
olan Kosalar
kəndi Şuşa,
Xocalı,
Xankəndi,
Laçınla geniş
mənada əhatələnmişdi. Sovetliyi Şuşa və Xankəndi ilə 2
istiqamətdə avtomobil yolları birləşdirirdi.
Ərazisi Darçay-Kərkicahan arası (Kosalara baxar üzü
Ağdaş), Hacı talası, Çobandaşaşıran, Çuxurtala-Muxtökən
yoxuşu, Şırlanın Qoruqlar üzü, Palçıqlı, Qurtlu bulaq, Şotlanlı
yaylağı, Ələm ağacı, Yelli gədik (Laçın üzü), Pərişan doğranan,
Nayıblı dağı, Bayramdüşən, Qaragav kəndi (Qaragav-Qayabaşı
arası), Çayqovşan (Sağ qol Sarı tala çayı, sol qol Alçalı çayı),
Canhəsən, Canhəsəndən yenir Darlı piri və oradan Darçayın
özünə olan yerlər arasındakı torpaqları əhatə edir.
Sahəsi 58,5 km2
-dir.
Əhalinin sıxlığı 1 km2
– də 22 nəfər (1992-ci ilə qədər;
hazırda demək olar ki, ərazidə heç kim yaşamır: Kənd
sökülərək xarabazara çevrilmişdir).
14
Zaman-
zaman kəndin
ərazisi Ballıca
və Xənəzək
kəndləri
arasında
bölüşdürülmüş
dür.
Kosalar
kəndi əvvəllər
Şuşa qəzasının,
1930-1978-ci
illərdə
Stepanakert
rayonunun
(1923-cü ilə
qədər Xankəndi), 1978-1991-ci illərdə Əsgəran (qəsəbə)
rayonunun, 1991-ci ildən isə Xocalı rayonunun tərkibinə daxil
edilmişdir. Hazırda da Xocalı rayonunun tərkibindədir.
Göründüyü kimi, Kosalar müxtəlif zamanlarda müxtəlif
inzibati ərazi vahidlərinə daxil olmuşdur. Hətta, 1991-ci ildə
yeni rayon mərkəzi məsələsində Xocalı ilə alternativ variant
olub. Hər halda Kosalar kəndi nümayəndəliyə daxil olan
kəndlərlə birlikdə vahid orqan halında daim öz spesifikliyi ilə
seçilib. Yəni, hansı rayon tərkibində olmasıdından asılı
olmayaraq, daim müstəqilliyə, özünəməxsusluğa, fərqliliyə
meyilli olub. Bəzən başqa rayonda hardan olduğunu bildirmək
üçün hansı rayondan olduğunu deyirsən. Bu baxımdan
“Kosalardanam” demək kifayətdir.
Kənd infrastrukturunun formalaşdırılmasında birinci addım
1923-cü ildə Kosalar kənd sovetliyinin yaradılması ilə
atılmışdır. Sovetliyin ilk sədri Bilal.............. olmuşdur. Sonralar
da bu vəzifədə qüsursuz əmək fəaliyyətinə malik insanlar
çalışmışdır. Kosalar kənd sovetliyi (mərkəzi Kosalar kəndi
olmaqla) 6 kənddən: Kosalar, Başkənd, Yaloba, Cavadlar,
Canhəsən və Qaragav yaşayış məntəqəsindən ibarət olmuşdur.
15
K O S A L A R K Ə N D N Ü M A Y Ə N D Ə L İ Y İ
Ümumi Məlumat. Azərbaycanın gözəl təbiətə,
füsunkar gözəlliyə malik yerlərindən biri də Kosalar kəndidir.
Kosalar buz bulaqları, zəngin meşələri, görməli-gəzməli yerləri,
uca, başı həmişə qarlı dağları ilə çox məşhurdur. Görən hər bir
kəsi valeh edir və öz sehrli dünyasından çıxmağa qoymur.
Kəndimizin təbiəti olduqca gözəldir. Kənd sıx meşələrlə, sıra
dağlarla əhatə olunmuşdur. Kosalar kəndinin ətrafında Qırxqız,
Dəvəboynu, Ya Əli və s. dağlar vardır.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olur. Bu yerlər
əsasən qışı
quraq
keçən
soyuq
iqlim
zonasına
aiddir. Qış
uzun çəkir (5-6 ay). Əraziyə 400-600 mm, dağlara isə hətta 800
mm-ə qədər yağıntı düşür. Yağıntılar əsasən yazın axırı, yay
aylarında düşür.
Kosalar kənd nümayəndəliyinə 6 kənd daxil idi.
Nümayəndəlik Kosalar kəndində yerləşirdi. Kəndlər: Cavadlar
mərkəzi kənddən 0,9 km, Yaloba 2 km, Canhəsən 5 km,
Başkənd 5 km, Qaragav 25 km aralıda yerləşirdi.
Mərkəzi kəndin, eyni zamanda digər kəndlərin istər daxili,
istərsə də şəhərlər ilə əlaqəli yolları qurunt yolları idi.
16
Coğrafi Mövqeyi. Kosalar kəndi Azərbaycanın cənub-
qərbində, Kiçik Qafqazın qoynunda, Xankəndindən 8 km
qərbdə, Şuşadan 10 km şimal-qərbdə, Xocalıdan 14 km cənub-
qərbdə, Qarabağ silsiləsinin şimal-şərqində çox əlverişli, gözəl
yerdə yerləşir.
Memarlıq xüsusiyyətləri. Keçmişdə ərazidə “Qaradam”
(“Ev damı”, “Torpaq dam”) və “Tağbənd” ev tipləri geniş
yayılmışdır.
Kənd özünəməxsus mətbəxi ilə də seçilirdi.
Sənətkarlıq. Bölgədə toxucluq və xüsusi ilə xalçaçılıq
inkişaf etmişdir. Ərazidə Xovlu və xovsuz xalçalar, həndəsi
ornamentli cejimlər, tikmələr geniş yayılmışdır. Qarabağ
xalçaları əsas etibarı ilə palıdı, al-qırmızı, piyazi rənglərdə
olardı. Qarabağda xalçaçılığın əsas mərkəzi Şuşa idi.
Bundan əlavə sənətkarlığın digər sahələri; dəmirçilik,
dülgərlik, nəccarlıq və s. inkşaf etmişdir.
Təsərrüfat sahələri. Əmək qabiliy-yətinə malik kənd
sakinlərinin demək olar ki, əksəriyyəti bu və ya digər sahələrdə
çalışırdılar. Buna misal olaraq kənd təsərrüfatının ayrı-ayrı
sahələrini, Səhiyyə idarəsini, İcra Nümayəndəliyini, təhsil
müəssisələrini, mədəniyyət müəsisələrini, tikiş sexlərini,
oyuncaq istehsalı sahəsini, rabitə qovuşağını və digər sahələri
göstərmək olar.
Son zamanlar kəndin bütün infrastrukturu yenidən
qurulmuşdur. Yeni su kəməri çəkilmiş, kənd telefonlaşdırılmış,
qaz xətti çəkilmiş, bir neçə sex, o cümlədən mərkəzi kənddə
çox böyük tikiş sexi tikilmişdir. Əlavə olaraq, 1990-cı ilə qədər
kəndə göstərilən diqqət və qayğını da nəzərə alsaq, Kosalara
kənd yox, şəhər demək olardı.
Kəndimiz dağlıq ərazidə yerləşdiyi üçün kənd təsərrüfatı
həmişə geridə qalırdı. Bunun başlıca səbəbi vilayətin erməni
başçıları idi. Onlar kəndin qətiyyən inkişaf etməsini istəmirdilər,
17
əksinə, bir neçə dəfə kəndin Xankəndi şəhərinin ətrafına
(Xoruztəpə adlanan yerə) köçməsi təklifini vermişdilər.
Yaranma tarixi. (bax: Kosalar adının etimalogiyası)
Kosalar XX əsrin əvvəllərində. (bax: Eyni adlı başlıq)
Represiya illəri. (bax: Eyni adlı başlıq)
Kosalar Böyük Vətən Müharibəsi illərində. (bax: Eyni adlı
başlıq)
Müharibədən sonrakı illər. Müharibədən sonrakı dövrdə
Kosalar yavaş-yavaş dirçəlib inkişaf etməyə başladı. Yeni
yollar çəkildi, əkin sahələri genişləndirildi, texniki təchizat
yaxşılaşdırıldı, 1961-ci ildə kəndə elektrik xətti çəkildi,
elektriklə işləyən dəyirman inşa olunub istifadəyə verildi və
digər tədbirlər həyata keçirildi (bax: Təsərrüfat). Kosaların bu
inkşafı və əhalinin getdikcə sürətlə artımı bədnam qonşumuzu-
yəni vaxtı ilə Qarabağa köçürülmüş erməniləri narahat etməyə
başladı. Ərazinin çox hissəsinin dağlıq relyefə malik olması və
kənd təsərrüfatının inkişafı üçün yararsız olması bəhanəsilə çıxış
edən ermənilər azərbaycanlıları buradan köçürməyə çalışırdılar.
Kənd sakinlərinin qətiyyəti, yurduna bağlılığı sayəsində düşmən
mənfur niyyətinə çata bilmədi.
Kənd Qarabağ müharibəsi illərində. (bax: Eyni adlı
başlıq)
Kosalar öz varlığını 1992-ci il 9 may tarixinə kimi qoruyub
saxlaya bildi. Diqqət yetirin bu tarixə, bu tarix həmin tarixdir ki,
o zaman keçmiş DQMV-nin çərçivəsində heç bir azərbaycanlı
yaşayış məntəqəsi qalmamışdır. Demək, Kosalar son qanına,
son nəfəsinə qədər vuruşan və başının üstünü qara buludlar alan
yaşayış məntəqəsi idi. Bu qanlı-qadalı döyüşlərdə xeyli insan
yaralanmış və şəhid olmuşdur. Təkcə Kosalardan bu qanlı
döyüşlərdə 18 nəfər şəhid olmuşdur.
18
Bu oğulların xidmətləri hökumətimiz tərəfindən yüksək
qiymətləndirilmişdir. Tabil Qasım oğlu Həsənovla bərabər,
Natiq İliyas oğlu Əhmədov “Azərbaycan Respublikasının Milli
Qəhrəmanı” (ölümündən sonra), Möhsüm Şahin oğlu
Məmmədov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı”
adına layiq görülmüş, Xəzani Kərəm oğlu Əsgərov “Azərbaycan
Bayrağı Ordeni” (ölümündən sonra) medalı ilə təltif
olunmuşdur.
Kənd infrastrukturunun formalaşması. Kənd
infrastrukturunun formalaşdırılmasında birinci addım 1923-cü
ildə Kosalar kənd sovetliyinin yaradılması ilə atılmışdır.
Sovetliyin ilk sədri Bilal.............. olmuşdur. Sonralar da bu
vəzifədə qüsursuz əmək fəaliyyətinə malik insanlar çalışmışlar.
Onlardan aşağıdakı şəxsləri göstərmək olar:
Həmid;
Həzrətqulu;
Bilal;
Tamaşa (Böyük Vətən müharibəsi illərində);
Rəşid Quliyev;
Fərhad Məmmədov ( 14 il );
Bayram Vəliyev (9 il, 1959-cu ilədək);
Salah Mərdanov;
İsfəndiyar Quliyev;
Fərhad Məmmədov;
İsfəndiyar Quliyev;
Kərəm Əsgərov (25.07.1974-30.11.2009);
Şahid Rzayev (2010-cu ildən).
Kosalar kənd sovetliyində kənd infrastrukturunun
formalaşdırılmasında əsas addımlardan biri ilk ibtidai məktəbin
yaradılması idi. Məktəbin ilk müəllim və müdiri Məhərrəm
Qaybaliıyev olmuşdur. (bax. Kosalar kənd orta məktəbi)
Kəndin sosial obyektləri (infrastrukturu). (bax. Eyni adlı
başlıq)
19
Xüsusi olaraq: Kənd klubu müxtəlif tədbirlərlə sakinlərin
qəlbində unudulmaz xatirələrlə dolu dərin iz buraxmışdır... Bir
zamanlar hələ televiziyanın kəndə ayaq açmadığı vaxtlar idi...
Kəndə tez-tez müxtəlif ölkələrin, xüsusilə Hindistanın istehsalı
olan filmlər gətirilərək klubda nümayiş etdirilirdi. Müxtəlif yaş
qruplarından olan insanları, eləcə də qadınları və qızları bu
tamaşalarda görmək olardı... O zamanlar başqa idi bu həvəs.
Hamı kinoya baxmağa tələsərdi. Klubda belə qələbəliyin olması
kino göstərənləri buraya tez-tez gəlməyə sövq edərdi. Başqa idi
toplu halında kinoya baxmağın ləzzəti. Cavanlar özlərini film
qəhrəmanlarına oxşadaraq həmin tərzdə geyinməyə çalışardılar.
Uzun saçlar, enli balaqlı, xüsusilə də cins şalvarlar bu cür
geyimlərin əsas tərkib hissələri idi...
Klub, mərkəzi kənd olan Kosalar kəndində yerləşdiyi üçün
digər kəndlərin sakinləri məsafənin uzun olmasına baxmayaraq
bütün tamaşalarda iştirak edirdilər. Axşam saatlarında tamaşa
bitdikdən sonra isə hərə öz söhbəti tutan adamla yol yoldaşı
olardı... Necə də gözəl anlar idi o anlar... Yolu necə qət etdiyini,
hara ilə gəldiyini xatırlamaqda çətinlik çəkirsən...
Kənd klubu eyni zamanda özünün hazırladığı tədbirlərlə də
tamaşaçılarının
qarşısına çıxardı.
Bəzən müxtəlif
yerlərdən konsert
qrupları da gələrdi.
Belə konsertlərin
hamısında mütləq
Gəlmə konsert qrup ilə birgə
çıxış edir Möhübbət Əliyev
yerli nümayəndə də çıxış edərdi. Elə olurdu ki, kənd klubu öz
kollektivi ilə səfərdə olurdu...
20
Ə h a l i s i. (bax. Kosalar əhalisi hazırda)
9 May 1992-ci ildə kənd işğal olunan zaman əhalisi 1530
nəfər idi.
Əskərov Kərəm
Əskərov Kərəm Əşrəf oğlu
1941-ci il may ayının 20-də
Xankəndi rayonunun Kosalar
kənd sovetliyinə daxil olan
Yaloba kəndində dünyaya göz
açmışdır. O, ilk təhsilini Kosalar
kənd 7 illik məktəbində, 11 illik
təhsilini isə Kosalar kənd fəhlə-
kəndli axşam məktəbində alaraq,
Ağdam kənd təsərrüfatı
texnikumuna daxil olmuşdur.
Kərəm kişi 1978-ci ildə həmin
məktəbi bitirərək, ali partiya
məktəbinin dinləyicisi olmuşdur (1978-83-cü illərdə). O, 1989-
cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul
olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə
bitirmişdir.
Kərəm kişi bir müddət klub müdiri, 1964-69-cu illərdə
kolxoz komsomol komitəsinin katibi, 1974-cü ilədək isə kolxoz
partiya təşkilatı katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət
deputatı seçilib, 14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O,
1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi
vəzifəsində çalışmışdır. Bütün fəaliyyəti dövünrdə o, elinə
bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi bu vəzifədə işlədiyi ilk
21
illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni iş yerləri
təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da
xidmətləri az olmamışdır.
Bundan başqa, bir müddət Cəmilli kəndi də müvəqqəti
olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir. Burada da
bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak
etmişdir.
Fəaliyyəti dövründə göstərdiyi xidmətlərinə görə o, bir çox
fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı ildə “Əmək
veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda
fərqləndiyinə görə” medalı ilə təltif olunmuşdur.
Maarif Quliyev: “İstər Kosalardakı fəaliyyəti dövründə,
istərsə də Hacıkənddəki fəaliyyəti dövründə Kosalar kənd orta
məktəbinə rayon rəhbərləri ilə yanaşı kənd nümayəndəsi Kərəm
Əskərov da xüsusi diqqət və qayğısı ilə həmişə seçilmişdir.
Məktəblərimizin müvəffəqiyyət qazanmasında çox böyük təsiri
olmuşdur. Kərəm kişi həmişə kollektivin yanında olmuş, çətin
günlərdə öz kömək əlini uzatmışdır. O, “Son zəng” və digər
müxtəlif tədbirlərdə birinci növbədə Kosalar kənd orta
məktəbində iştirak etmişdir”.
Müharibə illərində də Kərəm kişinin xidmətləri az
olmamışdır. Kəndin müdafiəsinin təşkilində, silah-sürsatla
təminatında onun xidmətləri danılmazdır.
Əsgərov Kərəm: “May ayının 6-da 120 min avtomat
patronu və 100 top mərmisini Kosalara gətirmişdik. Ayın 8 və 9-
da gedən ağır döyüşlərdə həmin patron və top mərmiləri
köməyimizə çatdı. May ayının 9-da saat 2-də patronumuz
qurtardı. Kömək isə gəlmədi...”
22
Məmmədov Kamran
Məmmədov Kamran Cümşüd oğlu,
1940-cı il may ayının 9-da Xankəndi
rayonunun Kosalar kəndində anadan
olub. 1947-ci ildə Kosalar kənd
(Başkənd kənd) ibtidai məktəbinə gedib.
O vaxt məktəbin müəllimi və rəhbəri
Malbəylidən olan Alxanov Qulam idi.
1958-ci ildə Kosalar kənd 7 illik
məktəbini bitirib. Təhsilini 1958-60-cı
illərdə Xankəndi şəhər 4 saylı orta
məktəbində davam etdirmişdir. Orta
məktəbi əla qiymətlərlə bitirərək, 1960-cı ilin oktyabrında
hərbi xidmətə yola düşür. Əsgəri xidməti Başqırdıstanın Ufa
şəhərində Aviasiya hərbi hissəsində keçirir. O, orda həm də
mexanik-elektrik təlimi alır. 1961-ci ildən xidmət üçün və
ixtisası üzrə işləmək üçün Kürdəmir rayonuna Aviabazaya
göndərilir. 1962-ci ildə hərbi xidməti bitirərək, doğma kəndinə
qayıdır.
1962-ci ilin sentyabrında Şuşa Kənd Təsərrüfatı
Texnikumuna “zootexnik” ixtisası üzrə daxil olur. 1967-ci ildə
oranı bitirir. 1963-65-ci illərdə Şuşa Kənd Təsərrüfatı
Texnikumunda komsomol təşkilatında sədr işləyib. 1967-73-cü
illərdə Kosalar kolxozunda süd-əmtəə fermasında briqadir
işləyir. 1973-87-ci illərdə kənddə anbardar vəzifəsində
işləmişdir. 1987-ci ildən Kosalar kənd Xalq Deputatları
Sovetində katib vəzifəsində işləmişdir. 1987-91-ci illərdə
Kosalar kənd yerli Zəhmətkeş Deputatları Sovetinin deputatı
olub. Kosalar kənd sovetliyində katib vəzifəsində çalışmışdır.
1992-ci ildən qurumun adı dəyişdirilmiş, kənd İcra
Numayəndəliyi adlandırılmışdır. Kamran kişi nümayəndəlikdə
müavin kimi əvvəlki işini davam etdirməyə başlamışdır.
2008-ci ildə isə bu qocaman əmək insanı öz ərizəsi ilə
təqaüdə çıxmışdır.
23
Kamran kişi zəhmətkeş, xalqını sevən, onun xeyir-şərinə
yarayan bir insandır. O, lazım olan anda fərq qoymadan,
kimliyindən asılı olmayaraq, hamının köməyinə çatan, nurani,
haqqında mənfi rəy söylənməyəcək insanlardandır.
Kamran kişi işlədiyi müddətdə Kosalar kənd orta
məktəbinin keçirdiyi bütün tədbirlərdə: “Əlifba bayramı”, “Son
zəng” və digər tədbirlərdə yaxından iştirak edir.
Rzayev Şahid
Rzayev Şahid Şahmar
oğlu 25 may 1968-ci ildə
Xankəndi rayonunun
Kosalar kəndində anadan
olmuşdur.
Şahid 1975-85-ci illərdə
Nizami Gəncəvi adına
Xankəndi şəhər 4 saylı orta
məktəbində orta təhsil
almışdır. O, 1986-cı ildə Azərbaycan Respublikası Xalq
Təsərrüfatı İnistutunun “Əməyin iqtisadiyyatı” fakültəsinə qəbul
olunmuşdur.
O, 1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi
xidmət keçmişdir. Hərbi xidməti başa vurub vətənə qayıdan
Şahid 1989-94-cü illərdə Azərbaycan Dövlət İqtisad
Universtetində təhsilini davam etdirmişdir.
Şahid müəllim əmək faliyətinə fəhlə kimi başlamışdır.
1989-94-cü illərdə Şuşa rayon elektrik şəbəkəsində iqtisadçı,
1995-97-ci illərdə Xocalı rayon 54 saylı yol istismar İdarəsində
baş mühasib, 2003-cü ildən 2009-cu ilə kimi Kosalar kənd İcra
24
nümayəndəliyində baş mühasib vəzifələrində çalışmışdır. 2010-
cu ildən isə Kosalar kənd İcra nümayəndəsi vəzifəsində çalışır.
Şahid müəllim kənd icra nümayəndəsi vəzifəsində çalışdığı
müddətdə uğurlu fəaliyyəti ilə seçilmişdir. Təhsil və mədəniyyət
müəssisələri ilə işin səmərəli təşkili sahəsindəki gördüyü işlər
xüsusi ilə təqdirəlayiqdir. Hər şeydən öncə edilən müraciətlərin
cavabsız qalmaması, əhalinin sözünü demək bacarığı ona xas
xüsusiyyətlərdəndir.
Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq
Kosalar kənd sakinlərinin 60%-dən çoxu Gəncə şəhər Hacıkənd
qəsəbəsində yaşayır. Bu baxımdan kənd idarə və strukturlarının
95%-i burada yerləşir. Qaçqınçılıq şəraitində olmasına
baxmayaraq bütün müəssisələr öz fəaliyyətlərini uğurla davam
etdirir.
Müxtəlif əlamətdar günlər münasibəti ilə konsertlər və
tədbirlər həyata keçirilir ki, bu sahədə başda Şahid müəllim
olmaqla nümayəndəliyin, onun strukturlarının rolu
təqdirəlayiqdir.
K O S A L A R
Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda,
Xankəndindən 8 km qərbdə, Şuşadan şimal – qərbdə, Xocalıdan
cənub–qərbdə dağlıq ərazidə yerləşir. Kənd Darçayın yaxası
boyu dərə-təpə və yamaclar qoynunda salınmışdır. Dağların sərt
təbiətinə uyğunlaşıb sinə gərən dağ adamları bu sıldırım
yamaclarda isti od-ocaq, yurd-yuva sahibi olmuşdular.
Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az
təmin olunmuşdur. Geniş çəmənliklərə malik idi. Daha çox
25
meyvəçilik üçün
əlverişli idi.
Kənddə geniş
meyvə bağları
mövcud
olmuşdur. Soyuq
bulaqlar, sıx çay
şəbəkəsi kəndin
xarakterik
xüsusiyyətlərində
n idi. Həmçinin
meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış uzun
çəkirdi (5-6 ay).
Adının mənşəyi, yaranma tarixi. Kəndin adı və ilk
sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk
sakinlərindən biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz da
deyərmişlər (“Kosa” seyrək saqqallı adamlara deyilir). Beləliklə,
sonrakı nəsillər Kosalar adlandırılmış, kəndin adı da belə
yaranmışdır.
Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi
faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu
sübut edir. Bunu təsdiq edən tapıntılar az deyildir. Əksinə,
kəndin daha da qədim tarixə malik olduğunu göstərir.
Maraqlı xüsusiyyət ondan ibarətdir ki, bütün elmi
ədəbiyyatda Kosalar adı nümayəndəlik yerləşən kəndin adı kimi
getsə də, kənd əhalisi bunu ümumi ad kimi qəbul edirlər. Eyni
zamanda, Kosalar kənd sakinləri öz yaşadıqları ərazini
”Beşdəlilər” , “Tərifdaş” kimi də adlandırırlar. Hər halda
nümayəndəliyə daxil olan altı kəndən əhalisi “Kosalar” adını
ümumi ad kimi qəbul edirlər.
Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı
erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar
kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar.
26
Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində
olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov
silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri
ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları
təmin edərək kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə
şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid
oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox
düşmənə itki verdi. Belə igid kənd oğullarından Həsənov Tabil
“Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq
görülmüş, Rüstəmov Eldar (ölümündən sonra), Ağayev Rasim
(ölümündən sonra), Abdullayev Mahir (ölümündən sonra) isə
“İgidliyə görə” medalı ilə təltif olunmuşlar. Göründüyü kimi,
kəndi “Qəhrəman kənd” adlandırmaq olar.
1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları
tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda
əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin
ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi.
Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə
kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini
çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba,
Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri
Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq
ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları
nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali
apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka (düşmənə
qalmasın deyə) od vuraraq dağlarla kəndi tərk etməyə məcbur
oldular.
Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim
qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut
edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti
qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar
tapılırdı.
Əhalisi (sayı, milli tərkibi). Kosalar kəndində 177 ailə, 629
nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
27
azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar
çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm
və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir.
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1
ibtidai məktəb, 5 kitabxana, 2 klub, 1 mədəniyyət evi, 1 həkim
ambulatoriyası mövcud idi.
İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi.
Bununla yanaşı, əhali hökumətdən gizli olaraq (Sovet dövründə
şəxsi təsərrüfata geniş yer verilmirdi). şəxsi təsərrüfata da malik
idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi
təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd
təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi.
Geniş otlaq sahələrinin olması heyvandarlığı daha da gəlirli
sahəyə çevirirdi.
CAVADLAR
Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda,
Xankəndindən 8
km qərbdə,
Şuşadan şimal-
qərbdə, Xocalıdan
cənub-qərbdə
dağlıq ərazidə
yerləşir. Kənddən
baxanda Qırxqızın
və Qarabağın
füsünkar gözəlliyi
göz oxşayırdı. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin
28
sahələri ilə az təmin
olunmuşdur. Daha çox
meyvəçilik üçün
əlverişli idi. Geniş
meyvə bağları mövcud
idi. Soyuq bulaqlar,
sıx çay şəbəkəsi
kəndin xarakterik
xusüsiyyətlərindəndir.
Həmçinin meşələri və
ətraf dağları zəngin
flora və faunaya malik idi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6
ay çəkirdi.
Sakinlər yaxşı
xatırlayırlar,
may ayının
ortalarında qar
yağdığı
məlumdur.
Qeyri-adi
hadisələr
unudulmur, 21
iyunda kəndin
yüksəkliklərinə
qar yağdığı
olmuşdur.
Adının mənşəyi, yaranma tarixi . Əslən Xəlfəlidən olan
Cavad kişi (Məşhəddə olduğuna görə ona Məşədi Cavad
deyirdilər) XIX əsrin 80-ci illərində Kosalar kəndinə gəlir.
Kənddə yaşayan mülkədar Məhəmməd ağadan yaşamaq üçün
yer alır. Orada özünə dam tikərək mülk salır. Sonradan tək
qalmamaq üçün Məhəmməd ağadan özünə qonşu gətirmək
icazəsini alır. İllər keçdikcə əhali artır, kənd yaranmağa başlayır.
29
Kəndin adı da buranın ilk sakini Məşədi Cavadın adı ilə bağlıdır.
Kənd Xocalı rayon Kosalar kənd nümayəndəliyinə daxildir.
Son zamanlar 45-50-yə qədər ev mövcud idi.
Müasir tarix (erməni təcavüzü). Düşmən baş qaldıran elə
ilk andan Cavadlar kəndindən olan könüllülər özünümüdafiə
dəstələri yaratdılar. Cavadlar kəndində də əhalinin əlində olan
ov silahları rusların əli ilə yığılmışdır. Buna baxmayaraq,
özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən
özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini
təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşənlər
olmasına baxmayaraq igid oğullarımız öz vətənini düşmənə
vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd
oğullarından biri də Rzayev İldırım Barat oğlu olmuşdur. O,
kənd uğrunda bütün döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir.
Təəssüflər olsun ki, tale gənc İldırımın üzünə gülmədi.
Döyüşlərin birində İldırım itkin düşdü.
1992-ci il may ayının 8-də Şuşa şəhərinin işğalı kəndin
müdafiəsini mümkünsüz etdi. Bununlada kənd mühasirəyə
düşmüş oldu. Qız-gəlini çıxarmaq üçün döyüşçülər Laçın
istiqamətində geri çəkilməyə hazırlaşdılar. Burada da itkilər çox
oldu. Məcbur olan əhali yol olmadığından texnikaya və
daşınılmaz əmlaka od vuraraq, dağlıq ərazilərlə kəndi göz
yaşları içərisində tərk etdilər.
Tarixi memarlıq abidələri. Ərazidə tapılan qədim qəbir
abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir.
Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti
qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar
tapılırdı.
Əhalisi (sayı, milli tərkibi). Cavadlar kəndində 68 ailə, 255
nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar
çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm
və təhsil sahəsindəki nəaliyyətləri təqdirəlayiqdir.
30
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 2
kitabxana, 1 klub, 1 FMM mövcuddur.
İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi.
Bununla yanaşı, əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin
sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol
oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və
maldarlıq olmaqla hər iki qolu aid idi.
B A Ş K Ə N D
Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda,
Xankəndindən 11 km qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan
cənub –qərbdə dağlıq ərazidə yerləşir. Kənd Mıxtökən dağının
ətəyində yerləşir. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin
sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik sahələri
üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq
bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik
xüsusiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin
flora və faunaya malik idi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6
ay çəkirdi. Sakinlər yaxşı xatırlayırlar, may ayının ortalarında
qar yağdığı məlumdur.
Adının mənşəyi, yaranma tarixi. Məlumatlara görə
Başkənd kəndinə məskunlaşmaq üçun bir qrup insan XIX əsrin
əvvələrində qonşuluqda yerləşən Mirzələr kəndindən gəlmişlər.
Bəzi məlumatlara görə kənd sakinlərinin ulu babası Kosa
Avazın oğlu Məhərrəm olmuşdur.
31
Bütün bunlara baxmayaraq Başkənd ərazisi qədim yaşayış
məskəni olmuşdur. Bunu qədim qəbir abidələri, müxtəlif
tapıntılar bir daha sübut edir.
Başkənd adının etimalogiyası da maraq doğuran məsələdir.
Hər şeydən əvvəl “Baş” sözü böyük, yüksək, əsas, başlanğıc və
s. mənalara gəlir. Məlumatlara görə bir çox digər kəndlərə
məskunlaşmaq üçün əhali bu kənddən köç etmişdir. Mövqe
baxımından da kənd müəyyən qədər yüksəkdə yerləşir, Şuşaya
nəzərən Kosaların birinci kəndidir.
Əhali arasında bu kənd bir neçə digər adlarla da
adlandırılmışdır. Məsələn: “Ankova” (Ayankı oba: O tərəfki oba
mənasında).
Müasir tarix (erməni təcavüzü). Başkənd kəndində də
əhalinin əlində olan ov silahları yığılmışdı. Buna baxmayaraq,
özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən
özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini
təşkil etdilər. Bunun sayəsində öz itkilərindən çox düşmənə itki
verdirdilər. Müdafiənin səmərəliliyi kənd oğullarının igidliyi
sayəsində mümkün oldu. Belə igid kənd oğullarından biri də
Sərvər Yelmar oğlu Məmmədov idi. O, kəndin müdafiəsində
xüsusi fədakarlıq göstərmişdir. Bu qəhrəmanlıqlarına görə o,
“İgidliyə görə” medalı ilə təltif olunmuşdur.
1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları
tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda
əhalinin son ümid çırağı da söndü. Kənd müdafiəçiləri daha bir
gündə müdafiə olundular. Ancaq daha müdafiə olunmaq
mümkün deyidi. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-
sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı,
Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin
mühasirəyə düşməsinə gətirib çıxardı. Erməni texnikası artıq
Şuşa üzərindən kəndə yeridildi. Qız-gəlini çıxarmaq ümidi ilə
kənd döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə
hazırlaşdılar. Bütün avtolobil yolları nəzarətə alınmışdı... Burada
da itkilər çox oldu...
32
Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim
qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu bir
daha sübut edir. Tarixi qəbiristanlıq Çuxurtalada idi. Eyni
zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları
mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar
tapılırdı.
Əhalisi (sayı, milli tərkibi). Başkənd kəndində 84 ailə, 340
nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar
çoxluq təşkil edir ki, onlar da müxtəlif sahələrdə təmsil olunur.
Elm və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir.
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 2
kitabxana, 2 klub, 1 FMM mövcuddur.
İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi.
Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin
sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol
oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və
maldarlıq olmaqla hər iki qolu aid idi.
Y A L O B A
Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda,
Xankəndindən 10 km Qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan
cənub-qərbdə, dağlıq ərazidə yerləşir. Kənd yal üstündə
salınmışdı. Sağ və solu sıldırım dərələrdən ibarət idi. Başkənd
kəndi ilə onu bir dərə ayırırdı. Ən qədim və böyük qəbristanlıq
da bu kəndin yuxarı hissəsində yerləşirdi. Ərazi əsasən dağlıq
ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha
33
çox meyvəçilik
üçün əlverişli idi.
Geniş meyvə
bağları mövcud
idi. Soyuq
bulaqlar, sıx çay
şəbəkəsi kəndin
xarakterik
xusüsiyyətlərində
ndir. Həmçinin
meşələri və ətraf
dağları zəngin flora və faunaya malik idi. Zəngin çəmənlərə
malik olması burada heyvandarlığın inkşafına müsbət təsir
göstərirdi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta
6 ay çəkirdi.
Adının mənşəyi, yaranma tarixi. Yaloba məskunlaşma
baxımından demək olar ki, Kosalar nümayəndəliyinə daxil olan
kəndlər arasında daha
sonraya aiddir. XIX əsrin
ortalarında əhali burada
daha da sıx
məskunlaşmışdır.
Əvvəllər bu ərazi yaylaq
kimi mal-qaranın
saxlanması üçün əlverişli
otlaq olub. Sonralar XX
əsrin əvvəllərində (1905-
06-cı illərdə) erməni hücumlarından xeyli ziyan görən
Məhəmməd Ağa adlı bir nəfər mülkədar Xənəzəkdə öz mülkünü
qoyaraq məcburən burada özünə məskən salaraq bu zonada
ağalıq edir.
34
Bütün tarixi faktlar Yaloba ərazisinin qədim yaşayış
məskəni olduğunu sübut edir. Bunu qədim qəbir abidələri,
müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir.
Yaloba adının etimalogiyası da maraq doğuran məsələdir.
Əslində bu adın mənası aydındır: “Yal”-təpə, yüksəklik; “Oba”-
el, oymaq mənasındadır.
Müasir tarix (erməni təcavüzü). Düşmənlərimiz
yurdumuza göz dikdikləri gündən Yaloba kəndində də sakinlər
könüllü özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan
ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi Yaloba
kəndində də əhalinin əlində olan ov silahları yığılmışdı. Buna
baxmayaraq özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi
hissələrdən özləri üçün döyüş silahları təmin edərək kəndin
müdafiəsini təşkil etdilər.
Şuşanın işğalı ilə əhalinin son ümid çırağı da söndü. Çünki
kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa
yeganə ümid yeri idi. Bundan daha əvvəl Xocalı, Xankəndi işğal
olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə
gətirib çıxartdı. Dinc əhalini çıxarmaq ümidi ilə Kosalar,
Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav döyüşçüləri
Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Artıq ermənilər
bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə
götürdü. Burada da itkilər çox oldu. Əhali apara bilmədiyi
texnikaya və daşınılmaz əmlaka (düşmənə qalmasın deyə) od
vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu.
Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim
qəbir abidələri əsas tarixi abidələr sayıla bilər. Eyni zamanda
tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud
idi.
Bundan əlavə təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar
tapılırdı.
35
Əhalisi (sayı, milli tərkibi). Yaloba kəndində 77 ailə, 302
nəfər əhali yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
azərbaycanlılardan ibarət idi.
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb,
3 kitabxana, 1 mədəniyyət evi, 1 klub, 1 muzey, 1 FMM
mövcud idi (hazırda bu müəssisələrin əksəriyyəti öz fəaliyyətini
davam etdirir).
İqtisadiyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi.
Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin
sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol
oynayırdı. Bu sahələrə kənd təsərrüfatının əkinçilik və maldarlıq
olmaqla hər iki qolu aid idi.
C A N H Ə S Ə N
Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda,
Xankəndindən 8 km şimal-qərbdə, Şuşadan şimal-qərbdə,
Xocalıdan cənub-qərbdə dağlıq ərazidə yerləşir. Əkin sahələri
ilə nisbətən yaxşı təmin olunmuşdur. Ərazi meyvəçilik üçün
daha çox əlverişli olduğundan geniş meyvə bağları mövcud
idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik
xüsusiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları
zəngin flora və faunaya malik idi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta
6 ay çəkirdi.
Adının mənşəyi, yaranma tarixi. Kənd əhalisinin
əksəriyyəti XIX əsrdə İranın Həmədan şəhərindən
36
Ağcabədiyə gəlmişlər. Sonradan onların bir qismi Xənəzəyə
və Kosalar kəndinə gələrək, Kosalardan 2 km şimalda
məskunlaşırlar. Onlar bəy nəslindən idilər. Dahi Azərbaycan
bəstəkarı Üzeyir bəy Hacıbəyovla nəsil bağlarına malik idilər.
Deyirlər ki, Üzeyir bəy onlara “Fışqanın yalı” deyilən
yerdə beşmərtəbəli ev tikdirib onları məskunlaşdıracaqmış.
Canhəsənlilərin qohumlarının xeyli hissəsi Ağcabədidə
qalmışdır. Hüseyn bəy adlı varlı qohumları tez-tez Canhəsənə
gələr, onlara pul paylayarmış.
Kənd əhalisinin bir hissəsi isə Kosalar kənd
nümayəndəliyinə daxil olan Qaragavdan köçüb gəlmişlər.
Müasir tarix (erməni təcavüzü). Münaqişə başlayar
başlamaz Qarabağın bütün bölgələrində olduğu kimi
Canhəsən kəndində də əhalinin əlində olan ov silahları
yığılmışdır. Çətinliklədə olsa döyüşçülər özləri üçün silah
təmin edə bildilər. Bütün çətinliklərə və çatışmamazlıqlara
baxmayaraq kənd oğullarının igidlikləri unudulmazdır. Belə
igid kənd oğullarından biri də Möhsün Məmmədov idi. O,
kəndin müdafiəsində və sonralar Azərbaycan Respublikasının
ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə
xüsusi fədakarlıq göstərmişdir. Bu qəhrəmanlıqlarına görə ona
“Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı
verilmişdir. Göründüyü kimi kəndi “Qəhrəman kənd”
adlandırmaq olar. Hələ Böyük Vətən müharibəsi başlayan
gündən cəbhəyə yollanan kənd oğullarından biri də Surxay
Həsənov olmuşdur. Döyüşlərin birində düşmənə əsir
düşməsinə baxmayaraq mübarizəsini partizan hərəkatında
davam etdirmişdir. Onun qəhrəmanlıqları dillər əzbəridir.
1992-ci il may ayının 8-də Şuşanın işğal olunması xəbəri
kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü.
Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə
təminatında Şuşa yeganə ümid yeri idi. Şuşanın işğalı isə
kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Kənd
müdafiəçiləri qız-gəlini çıxarmaq ümidi ilə Laçın
istiqamətində geri çəkilməyə hazırlaşdılar. Bu istiqamətdə
37
olan yllar düşmən tərəfindən tutuldu. Erməni hərbi texnikası
Şuşa istiqamətindən kəndə yeridilərək bütün yolları nəzarətə
götürdü. Burada da itkilər çox oldu. Əhali apara bilmədiyi
əmlak od vuraraq dağlarla çıxmağa məcbur oldu.
Tarixi memarlıq abidələri. Ərazidə tapılan qədim qəbir
abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut
edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış
tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı
müxtəlif əşyalar tapılırdı.
Əhalisi (sayı, milli tərkibi). Canhəsən kəndində 28 ailə,
107 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
azərbaycanlılardan ibarət idi.
İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud
idi. Bununla yanaşı, əhali şəxsi təsərrüfata da malik idi.
Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat
aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının
əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi.
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1
kitabxana, 1 klub, 1 FMM mövcuddur.
Q A R A G A V
Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda,
Xankəndindən 14 km şimal-qərbdə, Şuşadan şimal-qərbdə,
Xocalıdan cənub-qərbdə dağlıq ərazidə, dəniz səviyyəsindən
1500 m yüksəklikdə yerləşir. On altı evdən ibarət kənd
Qırxqız dağının ətəyində yerləşirdi. Kosalar kənd sovetliyinə
38
daxil olan ən ucqar kənd idi. Ərazi əsasən dağlıq ərazi olduğu
üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha çox
meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud
idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik
xusüsiyyətlərindən idi. Həmçinin meşələri və ətraf dağları
zəngin flora və faunaya malik idi. Zəngin çəmənlərə malik
olması burada heyvandarlığın inkşafına müsbət təsir
göstərirdi.
İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta
6 ay çəkirdi.
Adının mənşəyi, yaranma tarixi. Qaragav qədim yaşayış
məskənlərimizdəndir. Ərazinin məskunlaşılması XVIII əsrin
sonu-XIX əsrin əvvəllərinə aiddir. Deyilənlərə görə, əhali
əsasən Laçın ərazisindən gəlib. Əhalisi demək olar ki, bir
nəsildəndi. Bütün bunlara baxmayaraq, Qaragav ərazisi qədim
yaşayış məskəni olmuşdur. Bunu qədim qəbir abidələri,
müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir. Ancaq
uzun illər bu yaşayış məntəqəsi bütün rəsmi sənədlərdən
kənarda qalmışdır. Kosalar kənd nümayəndəliyinə daxil olan
kəndlərdə hamı nümayəndəliyin 6 kənddən ibarət olduğunu
bilirdi. Lakin bu rəsmi sənədlərdə öz əksini tapmamışdır.
Sovet hökuməti dövründə bu, erməni xislətinin nəticəsi
olmuşdur. Ermənilər Qarabağda azərbaycanlıların və yaşayış
məskənlərinin sayını az göstərmək naminə belə xain əməllərə
əl atmışlar.
Qaragav adının etimalogiyası da maraq doğuran
məsələdir. Qaragav: “Qara” – böyük; ulu; qara (rəng), “Gav”
– keçid; çətin keçilən keçid.
Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı
erməni qəsibkarları təcavüzə başlayan gündən Qaragav
kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar.
Münaqişə ərəfəsində ruslar tərəfindən əhalinin əlində olan ov
silahları da yığıldığından müəyyən çətinliklər meydana çıxdı.
39
Buna baxmayaraq özünümüdafiə dəstələri ümidlərini
itirmədən vətənin keşiyində mərd dayandılar.
Şuşanın işğalı əhalinin son ümid çırağını da söndürdü.
Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə
təminatında Şuşa yeganə ümid yeri idi. Daha əvvəl Xocalı və
Xankəndinin işğalı kəndin vəziyyətini onsuzda
ağırlaşdırmışdı. Şuşanın işğalı isə kəndin mühasirəyə
düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə
Qaragav döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə
hazırlaşdılar. Əhali düşmənə qalmasın deyə apara bilmədiyi
texnikaya və daşınılmaz əmlaka od vuraraq dağlıq ərazilərlə
çıxmağa məcbur oldu.
Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim
qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu
sübut edir. Qaragavın tarixi qəbiristanlığı
“Bayramdüşən”dədir. Eyni zamanda tarixi məlum olmayan,
araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar
zamanı müxtəlif əşyalar tapılırdı.
Əhalisi (sayı, milli tərkibi). Qaragav kəndində 36 ailə,
150 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
azərbaycanlılardan ibarət idi.
Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb,
1 kitabxana, 1 klub, 1 FMM mövcuddur.
İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud
idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi.
Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat
aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının
əkinçilik və maldarlıq olmaqla hər iki qolu, arıçılıq və
ovçuluq aid idi. Ancaq əhalinin əsas məşğuliyyəti maldarlıq
olmuşdu. Geniş otlaq və meşə sahələri mövcud idi. Qarabağ
əhalisinin xeyli hissəsini yağla, ətlə, balla Qaragav təmin
edirdi. Geniş əkin və biçənək sahələri var idi. Uca dağların
40
qoynunda, əsrarəngiz təbiətə, gözəl içməli sulara malik olan
bu kəndə XX əsrin sonlarına qədər avtomobil yolu
çəkilməmişdir. Elektrik yox idi. Əhalinin yeganə nəqliyyat
vasitəsi atlar idi. Qoçaq, cəsur adamları ilə seçilən bu kəndin
çoxlu qoyun sürüləri, mal-qara naxırları, at ilxıları olardı.
Sonradan çəkilən avtomobil yolları Qaragavı Ballıca və
Kosalar kəndləri ilə birləşdirirdi. Qarabağ müharibəsi
ərəfəsində Meşəli kəndinə qədər dağ yolu çəkilmişdir.
Kosalar adının etimalogiyası
Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar
vardır. Kəndin ilk sakinlərindən biri də Hacı Avaz olmuşdur.
Ona Kosa Avaz (“Kosa” seyrək saqqallı adamlara deyilir) da
deyərmişlər. Beləliklə, sonrakı nəsillər Kosalar adlandırıla,
kəndin adı da belə yarana bilərdi.
Azərbaycanın bir çox bölgələrində, o cümlədən qədim
yurdumuz Borçalı mahalında Kosalar adlı yaşayış
məntəqələri mövcuddur (aşağıdakı cədvələ bax).
41
Bəzi yaşayış məntəqələrinin adlarındakı sonluqlarda
fərq olsada, əslində adlar eyni kökdəndir. Maraqlıdır, hələ
bizə məlum olan bu yaşayış məntəqələri (ola bilsin ki, qədim
Qərbi, Cənubi Azərbaycan, yaxud da ki, digər bölgələrimizdə
belə adlı yaşayış məntəqələri vardı) tarixi Azərbaycan
torpaqları boyunca səpələnmişdir. Bu yerdə həmin adın
etimalogiyası bizi düşünməyə vadar edir. Xocalı rayon
Kosalar kəndinin adı ilə bağlı ehtimalı xatırlayaq. Bəs onda
digər yer adlarının adı hardandır? Bu sahədə müxtəlif
Yaşayış
məntəqəsinin
adı.
Hansı kənd
nümayəndəliyinə
daxildir.
Hansı rayona
daxildir.
Kosalar k. Kosalar k. Xocalı
Kosalar k. Göytəpə k. Ağdam
Kosalar k. Kosalar k. Qazax
Kosalar k. Kərmətük
qəsəbə Nüm.
Lənkəran
Kosalar k. Qosmalan Lerik
Kosalar k. ------------- Laçın
Kosalar k. ------------- -------
(Türkiyə, Şərqi
Anadolu)
Kosalar k. Ağbulaq ərazi. -------
(Gürcüstan,
Borçalı)
Kosalı k. ------------- Qardabani
(Gürcüstan)
Kosakan (lar) k. Cahangirbəyli Zəngilan
Kosagül k. Banbaşı Masallı
Kosacan k. Siyaqut Şərur
42
fərziyyələr yürütmək olar. Ancaq bir fakt mövcuddur ki, bu ad
Türk mənşəlidir və bu məntəqələr qədim Azərbaycan yaşayış
məskənləridir. Baxmayaraq ki, bədnam qonşularımız,
ermənilər “Kosa” sözünün sonuna “kan” hissəciyi artırmağa
cəhd etmişlər. Bu nə adın mənasını, nə də ki, kənd əhalisinin
mənşəyini dəyişə bilməz.
Kəndimizdə əhalinin məskunlaşması ilə əlaqədar bir
neçə fərziyyə mövcuddur. Bunlardan biri Laçının Kosalar
kəndindən gələnlərlə əlaqələndirilməsidir. Ancaq bu, bir o
qədər də ağılabatan deyil. Əhalinin oradan köçüb eyni şəraitə
malik əraziyə gəlməsi ideyası bir o qədər də özünü
doğrultmur. Başqa bir məlumatda bildirilir ki, kənd əhalisi
Qazağın Kosalar kəndindən gəlmişdir.
Tariximizin vərəqlərini bir-bir səhifələdikcə görürük ki,
gürcülər tez-tez Azərbaycan sərhədlərini pozardılar. Nəticədə
çoxlu adam qaçıb canını onların basqınlarından qurtarmışlar
(mənbələrin məlumatına görə Türk soylu Qazax tayfası XI-
XII əsirlərdə Azərbaycanın şimal-qərb torpaqlarında
məskunlaşmışdılar. XVIII əsrin əvvəllərində bir hissəsi
Qarabağa köçmüşdür). Bu ehtimallar da özlüyündə sübutunu
tapmamış bir fərziyyədir.
Bütün göstərilən maraqlı tarixi faktlara baxmayaraq,
Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi
faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu
sübut edir. Nəsil şəcərələrini izlədikcə bir daha buna əmin
olursan. Demək heç də burada əhalinin məskunlaşmasını
XVIII əsrə aid etmək doğru olmazdı. Əhali burada köklü
tarixə malikdir. Bunu təstiq edən tapıntılar az deyildir.
Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir.
Təpə adlanan yerdə tikinti işləri aparılan zaman və
Balaqan adlanan yerdə əkin zamanı tapılan küplər, mis,
gümüş qurşaqlar, mis qablar,
43
Qədim qəbir abidəsi
gil qablar və s. tapıntılar, eyni zamanda müsəlman adət-
ənənəsinə uyğun qədim Oğuz qəbir abidələri kəndin qədim
Oğuz-Azərbaycan yurdu olduğunu sübut edir. Bu qəbir
abidələrinin üzərində yazılar olmasa da, qeyd etdiyimiz kimi
dəfn üsulu bu qəbirlərin babalarımıza, həm də çox keçmişdə
yaşayan ulu babalarımıza aid olduğunu göstərir.
Əhalinin haradan gəlib, nə zaman
məskunlaşmasından asılı olmayaraq, biz o yerlərdə
doğulmuş, böyümüş, öləndə də o yerlərdə ölməliyik.
İnsanın doğulduğu yer onun anasıdır, onun üçün
müqəddəsdir.
44
Toponimika
(Yer adları)
Hər bir yerdə olduğu kimi Kosalar kəndində də maraqlı
yer adları mövcud olmuşdur. Bu adların hərəsinin öz tarixi,
mənşəyi və maraqlı izahı vardır:
Uzun yer- eninə, boyu nisbətən çox uzun olduğuna görə belə
adlandırılmışdır.
Pencərli yal- heyvanların yataq yeri olduğundan həmin yerdə çoxlu
pencər (cincilim) olurdu.
Ağaların yeri- yəqin ki, ya hansısa ağanın və yaxud ağa adlı
adamın yeri olmuşdur.
Sarının binəsi- Sarı adlı bir nəfər həmin yerdə ağacdan tövlə tikib
mal qara saxlayıb. Yəni binə edib.
İmamqulu əkən- adı çəkilən şəxsin əkin yeri olmuşdur.
Əskər əkən təpə- adı çəkilən şəxsin əkin yeri olmuşdur.
Mədətin yeri- Mədətin əkin-biçin sahəsi olub.
Zoğallıq- əkin yeri olmuşdur, ətrafında zoğal ağacı çox idi.
Cəbrayılın yeri- Cəbrayılın əkin-biçin sahəsi olub.
Qurbanın yeri- Qurbanın əkin-biçin sahəsi olub.
Zamanın yeri- Zamanın əkin-biçin sahəsi olub.
Sarı tala- qış vaxtı kolxozun mal-qarasının saxlandığı yer olub. Bu
ad orada çoxlu müxtəlif sarı çiçəklərin olması ilə bağlıdır.
Göl yeri- vaxtı ilə göl olub.
Balaqan- ?
Əzgilli- əzgil ağaclarının çoxluq təşkil etdiyinə görə həmin yerə bu
ad verilmişdi.
Ya Əli dağı- dağ kəndin cənubunda yerləşirdi. Göründüyü kimi
qibləyə düşürdü. Ola bilsin ki, bu baxımdan sakinlər üzlərini qibləyə tutub
Ya Əli deyə iman gətirərək, kömək diləmişlər...
Muxtökən (Mıx tökən)- sərt yoxuş olduğu üçün atların ayağında
nal durmurdu.
Çobandaşaşıran- el yaylağa gedərkən həmişə bu ərazidən keçərdi.
Çobanlar hündür qayanın arxa üzünə daş aşırmaq üçün mərc gəlirlər. Biri
bu işin öhdəsindən gələ bilir, bununla həmin qayanın adı Çobandaşaşıran
qalır.
Mıraqaz- ?
Mirzə əkən- Mirzə kişinin əkin sahəsi olub.
Darılı- çox güman ki, həmin ərazidə darı əkinləri üstünlük təşkil
etdiyindən həmin ərazi belə adlandırılmışdır.
45
Çalayurd- ərazi yurd yeri idi. Çökəklik olduğuna görə belə
deyilirdi.
Qaşqa güney- Ərazinin relyef xüsusiyyətlərinə görə bu cür
adlandırılırdı.
Təndirli- ?
Dəflər- yurd yeri idi. Hər yay burada çoxlu alaçıqlar (dəf)
qurulurdu. Belə adlandırmanın səbəbi bu idi.
Hacı talası (İsmaylın talası)- ərazidə İsmayıl adlı bir şəxsin evi
mövcud olmuşdur ki, son zamanlara qədər həmin binənin qalığı dururdu.
Kotanqaya- zirvəsi şiş qaya kotana bənzədiyi üçün ona belə
deyilirdi.
Darçay- dar sıldırım qayalarla əhatə olunmuş dərədən axırdı.
Çuxur tala- adı çəkilən tala çökək ərazi quruluşuna malik
olduğuna görə belə adlandırılmışdır. Ola bilsin Çalayudla eyni əraziyə
işarədir.
Palçıqlı- yurd yeri olub, ilin yağıntılı aylarında palçıqlıq olardı.
Qurtlu bulaq- suyun içində qurdlar üzərmiş.
Şotlanlı yaylağı- ?
Ələm ağacı- İmamlarımızın qətil günü insanlar həmin ağacın
ətrafına toplaşaraq mərsiyə deyərmişlər.
Yelli gədik- gədik aşırım deməkdir. Ərazi küləkli olduğu üçün belə
adlandırılmışdır.
Qırxqız- adın mənşəyi şah və onun qırx kənizi haqqındakı rəvayətlə
əlaqələndirilir.
Pərişan doğranan- deyilənə görə, həmin ərazidə Pərişan adlı bir
nəfər öldürülmüşdür.
Nayıblı dağı- ?
Bayram düşən- Bayramın yurd yeri olub.
Laləli dağ- ərazidə lalə gülü çox idi.
Təkqəbir- ərazidə tək məzar olmuşdur.
Talanın bulağı- bulaq yerləşdiyi ərazinin xüsusiyyətlərinə uyğun
adlandırılmışdır.
Haça bulaq- ?
Cavadların bulağı- kəndin adı ilə adlandırılmışdır.
Fındıqlı- ərazidə fındıq ağacı çoxluq təşkil edirdi.
Maşınuçan- ərazidə maşın qəzaya düşmüşdür.
Məhəmməd Ağanın qoruğu- Məhəmməd ağanın qoruq yeri
olmuşdur.
Dəvəboynu- ərazinin relyef quruluşu dəvənin boynunu xatırladırdı.
İstisu bulağı (İstisu)- ?
Sarı bulaq- ?
Alçalı- ərazidə alça ağacı üstünlük təşkil edirdi
46
Qreh yolu- fransızlar Çayqovuşandan Laçının Fərraş və Nürəddin
kəndlərinə Avropaya qiymətli qırmızı palıd aparmaq üçün araba yolu
çəkmişdilər.
Çayqovuşan- ərazidə iki çay qovuşurdu. Sağ qol Sarıtala çayı, sol
qol Alçalı çayı burada qovuşur.
Ulasdı yal- vələs ağacı ərazidə çox bitdiyi üçün belə adlandırılırdı.
Kosalar kəndi və ətrafındakı ərazilərdə adını
çəkmədiyimiz belə yerlər çox idi.
Kosalar XX əsrin əvvəllərində
XX əsrin əvvəllərində Kosalar kəndi ağır
sınaqlardan çıxmalı olmuşdur. 1905-ci ildə ermənilərin
azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələri zamanı
Kosalar da erməni planından kənarda qalmamışdır.
Ermənilərə qarşı cavab əməliyyatlarında-döyüşlərdə Kosalar
igidləri də fəal iştirak etmişdir. Mir Mövsüm Nəvvabın
“1905-1906-cı ildə erməni-müsəlman davası” adlı kitabında
Kosaların ermənilərə qarşı mübarizəsindən bəhs olunmuşdur.
Bu kitabda kəndimizin bir çox igidlərinin adı çəkilmişdir.
Ermənilər həmin zaman Kosalar kəndinə ayaq basa
bilməmişdilər. Layiq olduqları paylarını alaraq, geri
qayıtmışdılar.
47
Mir Mövsüm Nəvvabın yazdığına görə, ermənilərə qarşı
mübarizədə xəlfəlilərin arasında Qasım (Vəli oğlu Qasım)
adlı çox qeyrətli bir gənc vuruşurdu (yaşlı adamların
verdikləri məlumatlara görə Qasım Xəlifəli döyüşündə yox,
Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur). O, bu mübarizədə hədsiz cəsarət və
qəhrəmanlıqlar göstərirdi. Döyüşlərin birində Qasım 4 erməni
öldürmüşdü. Həmin döyüşdə birdən qəfil bir namərd gülləsi
onu haklayır (Qasımı ermənilər Tumaş daşının yanında
öldürdülər. Qasım vurulduqdan sonra ermənilər üç gün toy
edərək şənlənmişdilər). Daha bir cəsur Kosalar övladı döyüş
meydanında qəhrəmancasına həlak olur. Onun cənazəsi
Kosalar kəndinə gətirilir. Bir neçə nəfər at və qatırla molla
dalınca Qalaya (Şuşaya) gedirlər. Yolda ermənilər onları Yel
dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular.
Onlar çətinliklə özlərini “Qala”ya çatdıra bildilər. Əhvalatdan
xəbər tutan “Qala” (bəzən Şuşa şəhərinə belə müraciət
edirdilər) əhli silaha sarıldı...
Məlum olduğu kimi XX əsrin əvvəllərində ermənilərin
azərbaycanlılara qarşı təcavüzü daha da artmışdır. Belə
təcavüzlərə qarşı tutarlı cavab verən şəxslərdən biri də
İsmayıl oğlu Valah olmuşdur. O, sözün əsl mənasında
erməni qatili idi.
48
Qeyrətli vətən oğullarından biri də Qara Tağı olmuşdur.
O da ermənilərə qarşı aparılan mübarizədə xüsusi ilə amansız
olmuşdur. Bundan əlavə, Şırlan yaylağını zəbt edərək, özünə
mülk etmişdir.
XX əsrin əvvəllərində ermənilər Kosalara torpaq iddiası etməyə
başladılar. İş məhkəməyə düşür. Əslən Kosalar kəndindən olan Qara Tağı
və Murtuza Xəlfəli kəndində və Kosalarda yerləşən ən qədim
qəbiristanlıqda yerləşən baş daşlarını tapıb, məhkəmədə bir daha bu
yerlərin onların ata-babalarına məxsus olduğunu sübut etmişlər.
Məşədi Əbdül kişi və həyat yoldaşı Bayaz xala Kosalar
kənd Sovetliyinə daxil olan Canhəsən kəndində yaşayırdılar.
Süfrəmizin qırağında böyüyən ermənilər daim onlarda
olardılar. Həmişə hörmət görər, bu evin çörəyini yeyərdilər.
Sonralar bədnam düşmənlər dəfələrlə Canhəsənə hücum edir.
Növbəti basqında Məşədi Əbdül və yoldaşı kəndi tərk etmir.
Fikirləşirlər ki, bədnamlara bu qədər çörək vermişik, bizə heç
nə etməzlər. Düşmən onların evlərinə də “təşrif” buyurur.
Bayaz arvad onlara deyir ki, sizə bu əllərimlə çörək
vermişəm. Mənfur, vicdansız, çörəyi dizinin üstündə olan
düşmənlər deyir ki, elə birinci bizə çörək verən o əlini
kəsəcəyik. Belə də edirlər. Oğlanları Məcid (Həsənov), anası
ermənilər tərəfindən öldürüldüyü üçün, təkbaşına erməni
kəndlərinə yaxınlaşır, bulaq üstündəki ağaca çıxır, bulağın
başına gələnləri vuraraq, anasının qisasını alır, düşməni
öldürür, əllərini kəsir. Deyir: “Bu atamın əvəzi, bu anamın
əvəzi”. Sonralar ondan soruşanda ki, nə qədər erməni
öldürmüsən, deyərmiş başımın tükünün sanı qədər, çoxlarına
da cavab verməzmiş.
Bir dəfə Məcid kişi Xankəndinə gedir. Dükanların
birində əzəldən düşməni olan bir erməni ilə qarşılaşır. Onlar
bir-birlərini tanıyırlar. Erməni xəncəri çıxararaq ona hücum
edir. Məcid kişi özünü itirmədən yalın əllə xəncərin ağzından
tutub onun əlindən alır. Bunu belə görən ətrafdakı ermənilər
həmvətənlərini Məcid kişinin əlindən xilas edirlər.
49
Ermənilər tərəfindən faciəli şəkildə öldürülmüş
insanlardan biri də Ağəli olmuşdur. Kərbəlayi Məmməd
oğlu Ağəli 1879-cu ildə Kosalar kəndinin Başkənd obasında
anadan olmuşdur. O, el-obada igidliyi ilə ad-san qazanmış bir
şəxs idi. Ağəli də elin dar günündə silaha sarılaraq doğma
kəndinin müdafiəsinə qalxmışdır. Müharibə şəraitində silah-
sürsatnan təminat çətinləşmişdir. Belə bir vaxtda Ağəli gizli
yolla Malıbəylidən silah-sursat gətirirdi. Malıbəyli Kosalar
kəndindən 10 km şərqdə, Xankəndinin şimal-şərqində
yerləşirdi. Bir gecədə bu qədər dağlı-dərəli yolu qət edib,
kürəyində silah, patron gətirmək hər igidin hünəri deyildi.
1905-ci ilin dumanlı payız günlərindən birində, “Yalobanın
tili” adlanan qayalıqda bizim döyüşçülərə patron apararkən
düşmənlə qarşılaşır. Bunu görən ermənilər onu Azərbaycan
dilində çağırırlar. Kişi aldanaraq onlara tərəf gedir. Ermənilər
əvvəlcə onun barmaqlarını, qolunu və qıçını, daha sonra
başını kəsirlər. Onlar qaçıb gedəndən sonra bizimkilər kişinin
cəsədini bir yerə toplayıb dəfn etmişlər. Sonrakı döyüşlərdə
Kosalar igidləri düşməni darmadağın edərək layiqli
cavablarını verdilər.
İgid Kosalar oğullarından biri də Abdulhüseyn
olmuşdur. O da əfsanəvi mübariz Kosalar sakinlərindən idi.
Abdulhüseyn sonradan Xankəndində məskunlaşmışdır.
Burada onun 4 otaqlı evini ermənilər yandırdığından yenidən
doğma yurdu-Kosalara pənah aparmışdır. O, bu kəndin
müdafiəsində və erməni quldurlarına qarşı mübarizəsində fəal
iştirak edərək xüsusi qəhrəmanlıqları ilə fərqlənmişdir:
Abdulhüseyn bir dəfə eşidir ki, ermənilər Şuşa qalasına
hücum edəcəklər. Gedib türk əsgərlərinə xəbər verir ki,
ermənilər hücum edəcəklər. Türk əsgərləri ermənilərin tutarlı
cavablarını verərək onları geri çəkilməyə məcbur etmişlər. Bu
döyüşdə azərbaycanlılar da türklərlə birgə hərəkət edirdilər.
Abdulhüseyn də onlarla birgə idi. Bu döyüşdə xeyli sayda
erməni qulduru məhv edilmişdir. Ballıcada (Abdulhüseyn
Ballıcaya, Xənəzəyə, Mehdikəndə, Badaraya edilən
hücumlarda həmişə iştirak edərdi) ermənilərin üzərinə hücum
50
edirlər (çox vaxt o özü tək gedirmiş). Ermənilər qaçıb bir
binaya-Əlihisan bəyin evinə sığınırlar. Abdulhüseyn və
yoldaşları onun evində gizlənən ermənilərin hamısını qırır.
Abdulhüseyn qapının arxasında bir qız görür. O, qorxudan tir-
tir əsərək ağlayırdı. Bu gözəl qız Əlihisan bəyin qızı idi.
Abdulhüseynin ona yazığı gəlir, onu öldürmür, kar Səmədə
verir ki, apar dağa, ailəmin yanına. O da kəndə (Kosalara)
gələrkən yolda (meşədə) qızı öldürür. Abdulhüseyn dağa
gələn kimi “Səməd bura kimisə gətirməyib?”- deyə qızı
soruşur. Deyirlər ki, yox. Səməddən soruşur. Səməd deyir ki,
onu meşədə öldürdüm. Abdulhüseyn Səmədi yerə yıxaraq,
xəncərlə başını kəsmək istəyəndə güclə əlindən alırlar.
Abdulhüseynin igidlikləri bununla bitmir.
Abdulhüseyn Salahla Xankəndindən 160 başa qədər
qaramal qarət edib kəndə gətirmişdir.
Ballıca kəndində 40 erməni evinin yandırılmasında iştirak
etmişdir.
Qaybalı kəndində ermənilər bir uşağı şaqqa vuraraq gəlin
ət alın deyə car çəkiblər. Abdulhüseyn də Soltan bəyin qoşunu
ilə birgə ermənilərə qarşı hücumda iştirak edir. Onlar
ermənləri qıraraq uşağın meyidini basdırmışlar.
Abdulhüseynin bibisi oğlu Qasımı ermənilər
öldürmüşdülər. O, Qasımın qanını Darçayın körpüsündə 20
erməni öldürməklə almışdır.
Abdulhüseynin dayıları Saleh və Valeh də bir çox erməni
evlərini yandırmışdır.
Kalxozlaşma ilə əlaqədar olaraq, Sovet quruluşundan
ziyan çəkənlər arasında Abdul- hüseyn də olmuşdur. Onun
200 baş mal-qarası müsadirə edilərək kolxoza verilmişdi.
Nəticədə özü də kolxozda işləməyə məcbur olmuşdur.
Bağırov ona demişdir: “Sən bizim düşmənimizsən. Çoxlu
erməni öldürmüsən”. Ona görə də onu və 4 qardaşını-Musa,
Abdulhəsən, Cəmil və Xəlili sürgün etmişdilər. Bununla
kifayətlənməyib, onun yüzlərlə hektar yerini, evini və qalan
bütün əmlakını müsadirə etmişlər.
Harada və necə ölməsi ilə bağlı heç bir məlumat yoxdur.
51
Yaşlı nəslin əksəriyyəti ermənilərə öz layiqli cavablarını
vermişlər. Bunlardan Mirzalı Əhmədovu göstərmək olar. 80-
ci illərin ortalarında Mirzalı kişi
Xankəndində tibbi əməliyyat olarkən
erməni həkim soruşur ki (guya zarafatla)
köhnə kişilərdənsən, nə qədər erməni
öldürmüsən? Mirzalı kişi cavab verir ki,
sənin başının tükü qədər. Bircə sən
qalmısan. O vaxt əlimə düşsəydin, səni
də öldürərdim. Cavabdan pərt olan
erməni həkimi xəfifcə gülümsəyir.
Mirzalı kişi 1905-ci il erməni
müsəlman davasının canlı şahidi olub. 1918-ci il hadisələri
zamanı ermənilərə qarşı mübarizədə yaxından iştirak edib.
Mirzalı kişi danışarmış ki: “Ermənilər 1918-ci ildə Kosalara
Qaybalı tərəfdən hücum etmişdilər. O vaxt onları həmin
ərazidə çox qırmışıq. Rəhmətlik Abdulhüseynlə vuruşan
dəstələrə Malıbəylidən qorxulu yollarla çox patron
daşımışıq”.
Bir dəfə o, yoldaşları ilə erməni hücumunun qarşısını
alarkən təklənir. Qəflətən qarşısına 12 nəfərlik bir dəstə çıxır.
Mirzalı kişi tüfəngi çəkərək, dayanın, deyir. Gələnlər deyirlər
ki, atma, azərbaycanlıyıq, Soltan bəyin adamlarındanıq.
Mirzalı kişi də onlara qoşularaq birlikdə hərəkət edirlər.
Erməniləri pərən-pərən saldıqdan sonra Soltan bəy onları
yanına çağıraraq deyir, hansınız idi mənim adamlarıma tüfəng
çəkən? Mirzalı kişi vəziyyəti başa salaraq, mən idim, deyir.
Soltan bəy onun alnından öpüb afərin, deyir. Bu ərəfədə xəbər
gəlir ki, ermənilər Canhəsən kəndinə hücuma keçiblər. Soltan
bəy dəstəsini üç yerə bölərək 6 nəfərdən ibarət bir dəstəni
Mirzalı kişiyə tapşırır. Onlar üç istiqamətdə hücuma keçərək
erməniləri pərən-pərən salırlar.
52
Məhəmməd ağa Ataxan oğlu
Sayılan kənd sakinlərindən biri də Kosalar, Ballıca,
Xanbağı, Xocalı, Xənəzək və s. ərazilərdə mülkləri olan
Məhəmməd ağa olmuşdur. O, ucaboy, xasiyyətcə mülayim
adam olmuşdur. Onu da qeyd etməliyik ki, Məhəmməd ağanın
təsir gücünü həmişə ermənilər hiss etmiş, ondan qorxmuşlar. Bu
barədə yaşlı adamlar çox danışırlar. Demək olar ki, onun
Kosalar sakinləri ilə daim xoş münasibətləri və əlaqəsi
olmuşdur. Sonralar ermənilər onu öz ev-eşiyindən didərgin
etmişlər (1903).
Məhəmməd ağa Kosalara gələrək, kənddən 3 km şimal-qərbdə özünə
yeni iqamətgah salır. O, burada bir çox ərazilərin məskunlaşmasında əhaliyə
kömək edir, öz mülklərindən onlara yer ayırırdı. Ölümündən sonra mülkləri
baxımsız qalaraq dağılır. Ancaq son zamanlara qədər onun iqamətgahının
qalıqları qalırdı və bu ərazilərə “Məhəmməd ağanın otağı”, “Məhəmməd
ağanın evi” -deyə müraciət edirdilər.
1905-1906-cı illər erməni-müsəlman davası ərəfəsində
erməni quldur dəstələri Xənəzək kəndinə basqın edirlər.
Məhəmməd ağanın bu kənddə gözəl imarətləri və bağları var idi.
Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağlarını
ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz
qoyununu aparmışlar. Məhəmməd ağanın nökərləri qaçıb
canlarını xilas edə bilmişlər. Çoban isə onlardan qurtara
bilməmişdi. Quldurlar onu vəhşicəsinə öldürmüşlər. Xanəzək
kəndi və Xanbağı da Əbrəxanovun mülkü idi. Məhəmməd
ağanın orada tikdirdiyi ikimərtəbəli mülki var idi. Xənəzək
kəndində onun evi indi də kafirlərə məktəb kimi xidmət edir.
Xanbağında isə onun qış iqamətgahı, tut, alma, armud və s.
meyvə bağları olmuşdur.
Ağdərə də Məhəmməd ağanındır. Bu mülk atası
Əbrəxanovdan ona miras qalmış, o isə oranı qızına cehiz
vermişdir.
53
Represiya illəri
Azərbaycan xalqına qarşı törədilən faciələr, qırğınlar,
sürgünlər bitmək bilmir. Hələ ən dəhşətli faciəmiz qabaqda idi.
1937-1939-cu illər Azərbaycan xalqının başına gətirilən
represiya Kosalar kəndindən də yan keçməmişdir. Kənddə az,
çox dünyagörüşlü, savadlı adamları “Kulak”a salıb sürgün
edirdilər. Kənddən 25 nəfər müxtəlif səbəblərdən; bir neçə arı
saxladığına görə, müəyyən qədər ərzağa malik olduğuna görə,
məhsul oğurluğu adı ilə şərlənərək sürgün və represiyaya məruz
qalmışlar. Əgər bir kənddən, həm də əhalinin sayı elə də çox
olmayan bir dövrdə bu qədər adam sürgünə göndərilmişsə, onda
Respublikada represiyanın miqyasını müəyyən etmək çətin
deyildir.
Represiya qurbanları yaşayış üçün əlverişli olmayan Uzaq
Şərqə, Sibirə, Qazaxıstana sürgün edilirdilər. Sürgünə
göndərilələrin doğma yurdları ilə buranın iqlimi, mühiti
arasındakı kəskin fərqlər ucbatından onların çoxu məhv oldu.
Bir neçəsi geriyə dönüşün olmadığını anlayaraq, həyatlarını bu
torpaqlara bağladılar. Sürgün olunanların içərisində bəxt
üzlərinə gülənlər də oldu. Onlara yenidən vətənə qayıtmaq
xoşbəxtliyi nəsib oldu.
Kosalar Kənd Sovetliyində 1937-ci il represiyasına məruz
qalanlar:
1. Abdullayev Abduləli Abduləli o.
2. Ağaməmmədov Məhəmməd
3. Bağırov Məmmədbağır Vəli o.
4. Həsənov Mikayıl Cəbrayıl o.
5. Həsənov Nadir Cəbrayıl o.
6. Həsənov Valeh İsmayıl o.
7. Hümbətov Mirzalı Əhməd o.
8. Quliyev Abdulhüseyn Heydər o.
9. Quliyev Adil Cavad o.
10. Quliyev Ağalar Abış o.
54
11. Quliyev Əbülhəsən Heydər o.
12. Quliyev Həmzə Məşədi Cavad o.
13. Quliyev Murtuza Rza o.
14. Quliyev Musa Heydər o.
15. Quliyev Mirzə Rza o.
16. Nəcəfov Nəcəf Bayraməli o.
17. Nəcəfov Sarı Bayraməli o.
18. Nəcəfov Usub Ələsgər o.
19. Nəcəfov Zaman Ələsgər o.
20. Nəcəfov Azad Ələsgər o.
21. Nəcəfov Mahmud Ələsgər o.
22. Rüstəmov Zülfüqar Tağı o.
23. Rzayev Fərhad Murtuza o.
24. Rzayev Murtuz Murtuza o.
Bu illərdə haqsız yerə günahsız adamları haqsız olaraq
dövlətə xəyanət etməkdə ittiham edərək ya güllələyiblər, ya
da Uzaq Sibir və Qazağıstan çöllərinə sürgün ediblər.
Qaçaq Mahmud
Nəcəfov Mahmud Ələsgər oğlu Kosalar kəndində anadan
olmuşdur. Uşaqlığı və gəncliyi bu yerlərdə keçmişdir.
O, sarıyanız, boydan çox da hündür olmayan bir adam idi.
Şura hökmətinin Azərbaycanda yeritdiyi mürtəce siyasətə və
kollektivləşdirməyə qarşı yüzlərlə silahlı qaçaq dəstəsi fəaliyyət
göstərirdi.1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132
qaçaq dəstəsi fəaliyyət göstərmişdir. Təkcə 1929-33-cü illərdə -
4 il ərzində onların sayı 400-dən çox olmuşdur.
55
Belə qaçaqlardan olan, öz igidliyi, qoçaqlığı, qorxmazlığı ilə
seçilən, yuxarı Qarabağın
Kosalar kəndində
doğulmuş, ad-sanı ilə
tanınan Qacaq Mahmud
nəinki sovetlərə, hətta
ermənilərə qarşı çox
amansız olmuşdur. Qaçaq
olmasının səbəbi isə
ermənilərin ona qarşı
qərəzli hücumları
olmuşdur. Çünki o da
çoxlu erməni
öldürmüşdür. O zamankı
rayon rəhbərləri
Mahmudu tapıb və həbs
etmək istəyirlər. Ancaq
Mahmud erməni
silahlılarının qabağından elə qaçır ki, arxasınca güllə belə ata
bilmirlər. O, həm də sərrast atıcı olmuşdur.
Xankəndində Cəlal adlı bir erməni var idi. Qaçaq Mahmud
onu Kərkicahan tərəfdə o tay-bu tay “5 atılan“la atır. Digər
erməni quldurları başçılarının qanını almaq üçün Mahmudu
atəşə tutaraq mühasirəyə almağa çalışırlar. O, düşməni aldatmaq
üçün yapıncısını yerə ataraq, atın döşünə yatıb oradan uzaqlaşır.
Yapıncını görən düşmən Mahmudun vurulduğunu və atının
qaçdığını zənn edirlər.
Erməni quldurbaşı Calal ölməzdən qabaq, yaralıykən: “Məni
o məsafədən ancaq Mahmud ata bilərdi” -demişdir. Bunu
sonradan Calalın qızları deyirmiş.
Digər bir məlumata görə Mahmud kişi Əsgərandan keçəndə
görür ki, ermənilər daşa dolub onu gözləyirlər. Atı bərk sürərək
çiynindəki yapıncısını irəli tullayır. Düşmənlər elə bilirlər ki,
Mahmudu vurdular və o, atdan yıxıldı . Yapıncını gülləyə
tuturlar o isə atı geriyə çevirərək aradan çıxır.
56
Mahmud çox ehtiyatlı adam idi, heç kimə güvənməz, çətin
vəziyyətdə cəld qərar qəbul edərək gözlənilməz manevr edib
vəziyyətdən çıxardı. O, heç vaxt başqa adamla, hətta ailəsi ilə
bir yerdə yatmazmış (iki adamla bir yerdə yatmalı olanda,
yoldaşı yatandan sonra yerini dəyişərdi). Başqa-başqa yerlərdə
qalar, yerini tez-tez dəyişərmiş. Kosalar ərazisini “beş barmağı”
kimi tanıyırdı. Müxtəlif ərazilərdə yalnız özünə məlum olan
daldalanacaqları var idi. Belə yerlərdən biri də Sarı tala
meşəsindəki kaha idi ki, ona sonradan Mahmudun “siqreti”
deyirdilər.
Bir dəfə Mahmudun gizləndiyi yeri NKVD (Xalq Daxili
İşlər Komisarlığı) qüvvələri mühasirəyə alır. Bu yerdə onun
vəziyyətdən cəld çıxmaq bacarığı köməyinə gəlir. Mahmud
daldalandığı yerdən düşmənə atəş açmağı ailəsi üçün təhlükəli
hesab edir. O, qadın paltarı geyərək tüfəngi altdan qurşanıb,
əlində səhəng suya getmək adı ilə içərdən çıxır. Milis işçiləri
onun bu fəndinə aldanaraq su dalınca getməsinə icazə verirlər.
Bir az aralaşdıqdan sonra daşın dalına girib silahını milis
işçilərinə tərəf tuşlayaraq deyir: “Malı-mülkü götürün, ailəmi
sərbəst buraxın, yoxsa leşinizi yan-yana sərəcəyəm”.
Mahmudun sərrast atıcılığına bələd olan NKVD qüvvələri onun
ailəsini sərbəst buraxırlar.
Mahmud evinin çardağında yatdığı yerdə hiss edir ki, milis
işçiləri evə daxil oldu. Yuxarıdan aşağı onların ayaq səsinə
birini vurur və çardaqdan atın belinə atılaraq aradan çıxır.
Bir gün Mirzəyev Hüseyn yolla getdiyi yerdə arxadan səs
gəlir: “Geriyə çönmə, get evdən çörək gətir o ağacdan as”.
Hüseyn kişi elə də edir. Bu arada səs-küy düşür ki, kəndə milis
işçiləri gəlirlər... Sonradan Hüseyn kişi çörək qoyduğu yerə bir
neçə dəfə baş çəkir ki, görsün götürülüb ya yox. Ancaq çörək
yerində idi...
Mahmud ermənilərə qan uddururdu. O, çox erməni
öldürmüşdü.
Sarı Babada, Qırxqızda hökümətin çoxsaylı dəstələri onun
dalınca düşərmiş. O da həmişə bir və yaxud ikisini vurduqdan
sonra Mahmudan əl çəkib geri qayıdarmışlar.
57
Bəzən müxtəlif şəxslər el dağa gedəndə köçü çapıb
talayarmışlar və deyərlərmiş ki, bunu edən Mahmuddur. Bunun
cavabını Mahmud çox sərt ödətmişdir.
Onun arvadı Züleyxa da Mahmudla birgə 5 il qaçaqlıq edib.
Meşədə Züleyxanın bir qızı olur. Adını Sığınaq qoyurlar. Onu
uşaqla birgə tutaraq türməyə salırlar, sonra onu uşaqla birgə
türmənin yanında bir erməni evinə verirlər ki saxlasınlar.
Mahmud kişi günün günorta çağı gedib NKVD Kiponun evinə
girir. Kiponu hədələyib deyir ki, sabah onu azad edib
qohumlarına verməsən səni öldürəcəyəm. Kipo səhər tezdən
arvadı azad edib, Ağdamın Sarıcalı kəndində qardaşlarına təhvil
verdirir. Ancaq təəssüflər olsun ki, uşaq ölür. Züleyxa arvadı iki
dəfə tutmalarına baxmayaraq Mahmud kişi onu azad edir.
1937-ci ilə qədər hökumət onun 100 baş inəyini, bir ilxı
atını, qoyun, keçi sürüsünü və ev əmlakını əlindən alır.
Hökumətlə heç cür barışmayan Mahmud dövlətə, erməni
mənşəli məmurlarına qarşı daim amansız olmuşdur. Onun Usuf,
Azad, Behbud və Zaman adlı qardaşlarını həbs edib sürgünə
göndəriblər. Ancaq Kosalar əhalisi həmişə Mahmuda əllərindən
gələn köməkliyi etmişlər.
Deyilənə görə, onun 150 baş qaramalı, 2000 baş qoyunu, at
ilxısı, Xankəndində evi və karvansarası olmuşdur. Eyni zamanda
atasınnan da böyük mal-dövlət qalmışdır. Sadalananlardan əlavə
Darçayda onun iki dəyirmanı olub. Son dövürə qədər
dəyirmanın daşları dururdu.
“At muraddı” -deyiblər. Mahmud kişinin bir boz atı var
imiş. Onunla İrana və başqa yerlərə tez-tez səfərlər edərmiş. Bir
gün bu atı canavar yeyir. Bir həftə çörək yeməyən Mahmud kişi
deyir ki, boz atım getdi, mənim igidliyim də getdi.
Bir dəfə qaçahaqaç düşür, Mahmud kişi bütün qızıllarını
yığıb qardaşı arvadı Dürdanəyə (Məhəmməd ağanın qızı olub)
verir. Çayı keçəndə qızıllar onun əlindən çaya tökülür.
Mahmudun oğlu Məhəddin Məmmədov: “Mənim atam
ancaq erməniləri qırıb. Ermənilər atamı çox hərləyib, lakin tuta
bilməyiblər. Əsas məskəni Qırxqız meşələri olub. Mir Cəfər
Bağırov çox dəvət edib ki, üzə çıx səni tutmayacam”.
58
Bir dəfə Mahmud Ağdam tərəfdə ailəsi ilə dostunun yanında
idi. NKVD-dən bir qrup milis işçisi dostunun evinə gəlir.Onlar
Mahmudu tanımırlar. Birdən bir nəfər milis işçisi gözü
Mahmudun oğluna sataşır. O, deyir: “Gözlərin necə də
Mahmudun gözlərinə oxşayır”. Ev yiyəsi: “Mənim oğlumdur” -
deyərək, izi yayındırmaq üçün uşağı atı qaytarmaq bəhanəsi ilə
göndərir ki, milisin nəzərindən yayınsın.
O, 1936-cı ilə qədər qaçaqlıq etmiş, sonra izsiz, soraqsız
yoxa çıxmışdır. Mahmud bundan sonra bir daha üzə çıxmır, heç
bir yerdə görünmür.
Qeyri-rəsmi məlumatlara görə başqa adla Bərdə rayonunda
yaşamışdır. Müəyyən kənd sakinlərini görəndə bəzi sözlər
soruşar, doğma kəndi haqqında məlumat alaraq kövrələrdi.
“Dövrana bax, zamana bax bir vaxtlar at oynatdığım meşələr,
dağlar, indi sənə bir quş baxışı belə baxa bilmirəm”.
Mahmud Bərdə ərazisində XX əsrin 80-ci illərinə qədər onu
tanıyanlardan gizli şəkildə yaşamışdır. Bəlkə də hansısa qohumu
ondan xəbərdar idi...
Oğlu Məhəddin: “ Qarabağda atamı çox soraqladım, bir
nəfəri tapdım. O, mənə dedi ki, Mahmud kişi heç bir yana
getməyib. Qarabağda köçəri Təhlə tayfasının içində yaşayıb.
Şotlanlıdan Bahar adlı arvadı olub. 1984-cü ilə qədər yaşayıb və
102 yaşında vəfat edib. Sonra əsli türk olan Rza kişini tapdım.
Beş dəfə yanıma gəldi. Dedi ki, atanın çobanı olmuşam.Mənə
var-dövlət verib. Atamın yeganə şəkilini də o verdi”.
Qızı rəhmətə gedir. Bunu eşidən Mahmud kişi çox
kədərlənir. Gecə ikən xəbərsiz 7-yə qədər qoyunu yas üçün
gətirərək, oğlunun həyətində qoyub gedir.
1937-ci ildə bütün nəsli Orta Asiyaya sürgün edilmişdir.
Nəhayət, Qaçaq Mahmudun sağ qalan övladlarına
Ümumittifaq əzilmiş, günahsız siyası qurbanlar Assosiasiyasının
Azərbaycan şöbəsi 1989-cu il yanvar ayının 16-da bəraət verir.
Mahmudun Kosalar kəndində 12 otaqdan ibarət böyük evi
var idi. Sovet hökuməti bu evi müsadirə etdikdən sonra burada
bir çox müəsisələr fəaliyyət göstərmişdir: Bina uzun illər
59
(müxtəlif zamanlarda) məktəb, Kənd Soveti idarəsi, tikiş sexi,
oyuncaq sexi və s. kimi xalqa xidmət etmişdir.
Müsür Quliyev (qızının xatirələrindən): “...Sovet sədri
işləyirdim. Şuşanın naçalniki mənə dedi ki, Mahmud Qırxqızın
Çalayurd yaylağındadır... Onu tutmaq üçün bizə kömək
etməlisiniz. Bu xəbəri gecə ikən Mahmuda çatdırdıq. Xalq
Mahmudu sevdiyi üçün onu ələ vermirdi”.
Bu yerdə məhşur el misalı yada düşür: “Qaçağı el saxlar”.
Rza oğlu Mirzə
Mirzə kişi sayılıb-seçilən el ağsaqqallarından olmuşdur.
Onun xalq təbabəti sahəsində xidmətləri çox idi. O, məşhur
sınıqçı olmuşdur. Hətta tanınmış tibb işçilərinin müalicə edə
bilməyəcəyi sınığı o sağalda bilirdi.
Deyilənlərə görə, onun bacarığını yoxlamaq üçün belə bir
təcrübə keçirirlər: Küpəni sındıraraq, qırıqlarını xarala yığıb
qarşısına qoyurlar. O, çöldən xaraldakı qırıqları düzgün yığır və
mərci udur.
Mirzə kişi hətta ovuqlu sınığı da çöldən düzəldərək
sağaldarmış. Bu xüsusiyyəti irsən oğlu Hətəmə də keçmişdir.
Mirzə kişi tək xalq təbabəti sahəsindəki bacarıqları ilə
yaddaşlarda qalmamışdır. Bir çox maraqlı əhvalatları vardır ki,
el arasında dillər əzbəri olmuşdur və adamı şəxsiyyətinə heyran
edir.
60
Qədimdən xalqımızın maraqlı xüsusiyyətləri olmuşdur. Belə
xüsusiyyətlərdən biri də oğurluqda ad çıxarmayan insana qız
verməmək idi. Oğurluğu igidliyin bir nümunəsi kimi qəbul
edərmişlər.
Deyilənə görə, Mirzə kişi çeviklikdə tayı-bərabəri
olmayan bir şəxs olmuşdur. Ancaq onun əhvalatlarını
dinləyəndə ona oğru kimi yox, əksinə rəğbət hissi ilə yanaşırsan.
Mirzə kişi sürüdən yalnız bir heyvan oğurlayarmış. Nəfsi heç
vaxt ona güc gəlməmişdir. Deyilənə görə, özünün 100-ə qədər
yalnız dibiri (erkək keçi) olmuşdur.
Həmzə adlı bir nəfər ailəsinin qızıllarını ağacın koğuşunda
gizlədir. Necə olursa Mirzə kişi onları tapır. Qızılların
əksəriyyətinin qadın əşyaları olduğu üçün rahat yata bilmir.
Hamısını kom öz yiyəsinə qaytarır. Həmzə nə qədər edirsə
Mirzə kişi qızıldan heç nə götürmür. Bax bu yerdə onun
vicdanına, gözütoxluğuna heyran qalmaya bilmirsən.
Bir gün Nayıblıda belə bir əhvalat baş verir: Qırxqıza bir
neçə adam ova gedirmiş. Yolda Mirzə kişi ilə qarşılaşırlar. Elə
bu anda bir nəfər Laçınlı bazara satmağa iki toğlu aparırmış.
Ova gedən şəxslər Mirzə kişi ilə bir toğludan mərc gəlirlər ki,
çox özündən deyirsən, bax o toğlulardan birini oğurla, deyək ki,
əsl qoçaqsan. Mirzə kişi sahibinin ruhu da incimədən toğlunun
birini tutaraq, ayağını bağlıyıb kolluğa atır. Kişi arxaya baxaraq,
qoyunun birinin olmadığını görür. O biri qoyunu qoyaraq itəni
axtarmağa gedir. Mirzə kişi o birsinin də ayağını bağlayaraq, tez
kolluğa atır. Kişi kor peşman, mat-məəttəl qalır, necə ola bilər
qoyun ki, bir az bundan əvvəl burda idi?! Mərci udan Mirzə kişi
qənşərə çıxaraq, qoyunların onda olduğunu deyir. Kişi inanmır,
Mirzə kişinin zarafat etdiyini zənn edir: “Ay kişi zarafat ediləsi
halda deyiləm” -deyir. Mirzə kişi qoyunları yiyəsinə qaytarır.
Çox mübahisədən sonra kişi qoyunun birini Mirzə kişiyə verir.
Mirzə kişi: “Sənin qoyunun mənə lazım deyil, mərc gəlmişdim
onu da uddum” -deməsinə baxmayaraq, kişi: “Hamısını
aparsaydın neyləyəcəkdim”? Kor-peşman qalan Mirzə kişi
qoyunu götürməyə məcbur olur. Hamısı birgə oturaraq, qoyunu
61
kəsib yeyirlər. Yenə də ürəyi dözməyən Mirzə kişi
yoldaşlarından qoyunun pulunu yığıb kişiyə verir.
Mirzə kişi gözəl tütək də çalarmış. Həmçinin zarafatcıllığı
ilə də seçilirmiş. Bir dəfə qayanın üstündə oturaraq tütək
çalırmış. Atlılar gedərkən deyirlər: “Sağ ol ay cavan oğlan, yaxşı
çalırsan”. O, cavab verir: “Cavan deyil, baboydu, baboy”.
Represiya illərinin acı nəticələri Mirzə kişinin də
həyatından yan keçməmişdir. “Kulak”a salaraq onu Alma-Ataya
sürgün etmişlər. Sürgündə başqa bir Kosalardan olanla birgə
olmuşdur. Sürgündə olarkən yoldaşı Əfqanıstana keçməyi təklif
etmişdir. Ancaq Mirzə kişi: “Evimə, ailəmin yanına
qayıtmalıyam” -deyərək yoldaşının fikrinə etiraz edir. Yoldaşı
Əfqanıstana keçir və bir daha doğma vətəninə qayıtmır. Məhbəs
həyatına 6 il dözərək sinə gərən Mirzə kişiyə doğma elinə
qayıtmaq nəsib olur.
Rəştiyev Məcid
Rəştiyev Məcid Zülfüqar oğlu 1873-cü ildə Cənubi
Azərbaycanın Rəşt şəhərində anadan olmuşdur. Məcid kişi Rəşt
şəhərinin adından Rəştiyev soyadını qəbul etmişdir.
Məcid kişi tacir olmuşdur. Onun Riqadan belə bir çox
şəhərlə ticarət əlaqələri var idi. Məcid kişinin Tiflisdə bir çox
dükanları var idi. O, Tiflis şəhərində özünə üçmərtəbəli imarət
tikdirmişdir. Evin inşası başa çatan ərəfədə ürək xəstəliyindən
əziyyət çəkir. Həkim ona Tiflisdə yaşamağı məsləhət görmür.
Çarəsiz qalan Məcid kişi evin qapısını qırmasınlar deyə açıq
qoyaraq (satmadan), Şuşaya gəlir. O, Şuşada şəhər hamamının
62
yanında, Mədəni-maarif texnikumu ilə üzbəüz ərazidə Tiflisdəki
formada ikinci imarəti tikdirir (evin 3-cü mərtəbəsindəki 70
nəfərlik məclis zalınının tavanı güzgülü idi. Birinci
mərtəbəsində isə dükanı vardı).
Məcid kişi xeyirxah insan idi. O, hər il Novruz bayramında
və digər müqəddəs bayramlarımızda məhəllələrində yaşayan 12
kasıb ailənin hər birinə 1 kq yağ və 2 kq düyü paylayardı.
Deyərdi ki, qoy onların da evindən plov iyi gəlsin və uşaqlarının
gözü başqasında olmasın. Bu minvalla o, özünə hər zaman
hörmət və savab qazanardı. Küçədə əlində zənbil olan seyid
Məcid kişini görən şəhər camaatı yaxınlaşıb zənbilini əlindən
alar, evinə qədər aparardılar. Camaat deyərdi ki, bizə eyib olar
seyid əlində zənbil aparır. Bu onun özünün böyük hörməti
hesabına idi.
Represiya illəri zamanı, təqiblərə görə (bir dəfə rus
əsgərləri onun evində axtarış aparırlar. Qurani-Kərimi görərək
yaxın getmirlər. Evi tərk edən anda əsgərlərdən biri təsadüfən
əlini evdəki masanın üstünə qoyur, masa qəfilətən açılır.
Masanın altından kömür çıxır. Vəziyyətin nə yerdə olduğunu
anlayan əsgərlər kömürü eşələyərək qızılların hamısını tapıb
aparırlar) Məcid kişi var-dövlətini, evini Şuşada qoyub, Kosalar
kəndinə, oğlu Məhəmmədin yanına gəlir. 1947-ci ildə elə burada
da dünyasını dəyişir.
Kosalar kənd qəbiristanlığında dəfn olunmuşdur.
Onun yaşayış evindən hökumət bir neçə məqsədlər üçün
istifadə etmişdir. Əvvəl uşaq bağçası kimi, sonra şəhər Sovet
İdarəsi kimi və şəhər Xalq Məhkəməsi binası kimi fəaliyyət
göstərmişdir.
Azərbaycan hökumətinin dövlət istifadəsində olmuş
evlərin sahiblərinə qaytarılması barədə 1950-ci ildə qərarı
olmuşdur. Oğlu Məhəmməd evin geri alınması haqqında
maraqlanmamışdır (çünki əhalidə Sovet hökumətinə hələ də
inam yox idi). Qarabağ hadisələrinin başlanma ərəfəsində nəvəsi
Nadir müəllim bütün sənədləri tam hazır etmişdi. Lakin mənfur
erməni işğalı bu işi yarımçıq qoydu.
63
Molla Ədil
Əliyev Ədil Hüseynalı oğlu, 1893-cü ildə Qaragav kəndində
anadan olmuşdur.
İbtidai təhsilini başa vurduqdan sonra, Şuşa şəhər ruhani
məktəbində dini təhsil almışdır. Çox bilikli bir şəxs idi. Dinin
əsaslarını dərindən bilirdi. Onun bilik və bacarığına hamı
inanırdı. Hər yerdə, istər doğma kəndində, istərsə də onun
hüdudlarından kənarda onu yaxşı tanıyırdılar. Ona “Molla Ədil”,
daha çox “Ədil əmi”- deyə müraciət edirdilər.
Ədil kişi 1950-ci ildən kolxozda briqadir vəzifəsində
çalışmışdır. O, eyni zamanda gizli də olsa dini işlərlə məşğul
olurdu.
Azərbaycanda Sovet hökuməti bərqərar edildikdən sonra,
hər yerdə dini təqiblərə başlanıldı. Sovet ateist təbliğatı dinin
inkişafına mane olsa da, xalq öz milli-mənəvi ənənələrini
qoruyub saxlamağa çalışırdı. Hər yerdə dini kitablar yığılır, dini
ibadətgahlar, məscidlər anbarlara, kitabxanalara, klublara
çevrilirdi. Məscidlərin sayı az da olsa fəaliyyətini davam
etdirirdi. Dini bayramlar, milli mərasimlər yarı gizli, yarı açıq
şəkildə qeyd olunurdu. Müqəddəs ocaqlar ziyarət edilirdi. Ədil
kişi müqəddəs kitablarını kafir əlinə keçməsin deyə qayada
gizlədərək, daşla hördürmüşdür. O, özü də övladlarının xatirinə
dini işlərlə məşğul olmaqdan əl çəkmişdir. O zamanlar ibadətlə
məşğul olan şəxsləri və övladları təqib edir, işə qəbul etmirdilər.
Ədil kişi müqəddəs dini kitablara baxaraq, maraqlı fikirlər
söyləyərdi. Söylədikləri əsasən düzgün çıxaraq həyata
keçmişdir. Deyilənə görə, o, SSRİ-yə xallı bir padşah gələcək və
bu ölkəni dağıdacaq demişdir. Sonrakı hadisələr də onun
dediyinin eyni ilə olmuşdur.
Ədil kişi 1987-ci il, aprel ayının 4-də vəfat etmişdir.
64
Kosalar Böyük Vətən
Müharibəsi illərində
Təəssüflər olsun ki, xalqımızın başına gətirilən faciələr
bitib-tükənmək bilmir. Böyük Vətən Müharibəsinin başlanması
ilə əlaqədar 1941-1945-ci illər ərzində Azərbaycandan cəbhələrə
600 minə qədər insan göndərilmişdir. Sözsüz ki, səfərbər
olunanlar içərisində Kosalar kəndindən olanlar da az deyildir. İş
yerləri, kolxoz və sovxozlar və digər ictimai xidmət sahələri boş
qoyularaq Kosalardan 122 nəfər səfərbər olunmuşdur. Onlardan
71 nəfərinin taleyi məlum deyildir. Yalnız 51 nəfər kənd
sakininə cəbhədən qayıtmaq qismət olmuşdur. Cəbhədən
qayıdanların çoxu əmək qabliyyətini qismən, yaxud tamamilə
itirmişlər. Kosalar oğullarının əksəriyyəti order və medallarla
təltif olunmuşdur. Fərqlənənlər arasında olanlardan Bayram
Nəsib oğlu Vəliyevi göstərmək olar ki, o, “Qırmızı ulduz”
medalı ilə təltif olunmuşdur. O, ayağından bərk yaralanmış, diz
qapağı çıxmışdır. Müalicədən sonra ayağı qatlanmırdı.
Dünyasını dəyişənə qədər ayağında mərmi qəlpəsi gəzdirərək,
bütün ömrü boyu əziyyət çəkdi.
Döyüşdən medalla qayıtdı kəndə,
Neçə-neçə qızı salmışdı bəndə.
Döyüşdə olmuşdu qəhrəman əsgər,
İndi də əməyə olmuş səfərbər.
Bəyməmməd Quliyev
Kosalar oğullarından cəbhə ilə yanaşı partizan hərəkatında
da fəal iştirak edənlər az deyildir. Kəndin belə oğullarından
olan Surxay Həsənov partizan hərəkatında iştirak etmiş, Vətənə
qəhrəman kimi qayıtmışdır. Onun haqqında rus yazıçılarından
biri roman da yazmışdır.
Böyük Vətən müharibəsində itkin düşən və ya barələrində “Qara
kağız” gələnlər:
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı
Rauf mirzənin kosalar kitabı

Weitere ähnliche Inhalte

Ähnlich wie Rauf mirzənin kosalar kitabı

Ähnlich wie Rauf mirzənin kosalar kitabı (6)

Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
Cemile ++
Cemile ++Cemile ++
Cemile ++
 
M.жџ.sabir
M.жџ.sabirM.жџ.sabir
M.жџ.sabir
 

Rauf mirzənin kosalar kitabı

  • 2. 2 Rauf Mirzə K O S A L A R Ümumi məlumatlar toplusu BAKI-2013
  • 3. 3 Redaktor: İradə Aytel Rauf Mirzənin ərsəyə gətirdiyi bu kitab Qarabağımızın dilbər guşəsi olan Kosalar kəndinin tarixi, coğrafi ərazisi, mədəniyyəti, adət-ənənsi, əhalisindən bəhs etməklə, həm də bütövlükdə Qarabağ yanğısını özündə əks etdirir. Kirabda torpaqlarımız uğrunda şəhid olan, döyüşən hər bir vətənpərvərdən ayrıca bəhs edilir. Kitab gələcək nəsillərə həm tarixi biliyin, eləcədə milli vətənpərvərlik ruhunun aşılanmasında böyük əhəmiyyətə malikdir “Kosalar kəndinin ensklopediyası” müəllifin ilk kitabıdır. ... nəşriyyatı Bakı 2013
  • 4. 4 Kosalar kənd orta məktəbinin fəaliy- yətinin 90 illik yubileyinə həsr olunur
  • 5. 5 Müəllifdən Əziz oxucular, yəqin ki, tariximizin necə zəngin və keşməkeşli olduğu sizin hər birinizə məlumdur. Tarixi zənginliklərimiz hər əyalətdə, rayonda, kənddə özünü qabarıq büruzə verir. Belə zəngin tarixə malik olan bölgələrimizdən biri də Qarabağdır ki, onun hər bir yaşayış məntəqəsi özünə xas orjinal xüsusiyyətləri ilə diqqəti cəlb edir... Füsünkar təbiətə, zəngin tarixə malik olan gözəl Qarabağımızın bir parçası idi Kosalar kəndi. Bütöv Qarabağımız kimi bu kənd də uzun illər yadellilərin xain planlarında olmaqla hücum hədəfinə çevrilmişdir. Onun Xankəndi ilə Laçın rayonu arasındakı əlverişli strateji-coğrafi mövqeyi daim əzəli düşmənlərimiz olan ermənləri buraya cəlb etmişdir. Zəngin sərvətləri, gözəl təbiəti başına bəla olmuşdur daim bu yurdun... Müvəqqəti də olsa məqsədlərinə çatdı xain düşmənlərimiz... Məqsələrinə catdı, ancaq bu onlar üçün elədə asan olmadı. Kosalar sakinləri əzəli düşmənlərimiz olan ermənilərin tutarlı cavablarını həm XX əsrin əvvəllərində, həmdə sonlarında vermişdilər. Biz hər zaman acı günlərimizi, soyqrıma uğramamızı yada salaraq gənc nəsillərin yaddaşında neqativ hisslər formalaşdırırıq- hər zaman əzilmişik, hər dəfə qırılmışıq. Əksinə bu heçdə belə deyildir. Artıq qəhrəmanlıqlarımızı yada salaraq, etdiklərimizi təbliğ etməyin vaxtıdır. Hər zaman Azərbaycan oğulları bir itkinin əvəzini bir neçəsi ilə ödədiblər... Belə şanlı irsimizi gələcək nəsillərə çatdırmalı, böyük məqsədimizə nail olmaq üçün hər birimiz
  • 6. 6 əlimizdən gələni əsirgəməməliyik. Keçmişimizi dərindən öyrənib gələcəyimizi özümüz müəyyənləşdirməliyik... Bu baxımdan mən də çalışdım ki, heç olmasa öz doğulub boya-başa çatdığım yurd yerlərimizi xatırladaraq yaddan çıxmağa qoymayım. İşğalda olan hər qarış torpağımız haqqında bir kitab yazılmalıdır. Bunu yaxşı bələd olduqları yerlər haqqında hər bir ziyalı etsə kifayətdir. Yeri gəlmişkən, Kosalar kəndi haqqında hansısa yazı yazaraq onun tarixini işıqlandıran hər bir qələm əhlinə öz dərin minnətdarlığımı bildirirəm. Deyirəm ki, sal yadına, sal yadına yurd-yuvanı, Sal yadına oymaqları, sal yadına el-obanı, O gəzdiyin çölü, düzü, həm gecəni, həm gündüzü, Vətəninin hər yanını, gündoğanı, günbatanı. Sal yadına o keçdiyin cığırları, bənd-bərəni. Vətən oğlu nədir belə, unutmusan doğma kəndi?! Bir zamanlar bulağından su içəni axı səndin, Düzlərində at oynadıb, cövlan edən axı səndin. Nə oldu bəs doğma yurddan ayrı qaldın? Düşmənlərin bu yerlərdə qovğasına seyrə qaldın. Bir azda döz doğma kəndim, qayıdacaq övladların, Yandıracaq çırağını əbədi var olan kəndim. İş olan yerdə nöqsan da olar deyərlər. Bu kitabı sizin müzakirənizə verərək haqlı irad və təkliflərinizi gözləyir və eyni zamanda kitabın ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkürümü bildirirəm. Kitabda Kosalar kəndinin və ətraf ərazilərin coğrafi mövqeyindən, zəngin təbiətindən,
  • 7. 7 tarixindən, mədəni həyatından, sosial-iqtisadi vəziyyətindan bəhs edən bir çox materiallar öz əksini tapmışdır. Əziz oxucular kitabda mətnlər müəyyən məzmun xəttinə uyğun olaraq ardıcıllıqla verilmişdir. Əsas məqalələr qara hərflərlə, onların məzmunundan irəli gələnlər isə kursivlə verilmişdir.
  • 8. 8 Ümumi Məlumat Azərbaycanın gözəl təbiətə, füsunkar gözəlliyə malik yerlərindən biri də Kosalar kəndidir. Kosalar buz bulaqları, zəngin meşələri, geniş yaylaqrı, görməli- gəzməli yerləri, uca, başı həmişə qarlı dağları ilə çox məşhur idi. Füsünkar təbiətə malik bu ərazilər görən hər bir kəsi valeh edər və öz sehirli dünyasından çıxmağa qoymazdı. Kosaların təbiəti olduqca gözəldir. Sanki ilahi bir qüvvə öz rəngli fırçası ilə bu yerlərə bəzək vurmuşdur. Kənd sıx meşələrlə, sıra dağlarla əhatə olunmuşdur. Bahar fəslində bu yerlərin əsrarəngiz gözəlliyi insanın qəlbini coşdurur. Nəhəng və uca palıd ağacına qonub şən nəğmələr oxuyan alabaxtanın səsi ətrafa yayılır. Sərt, sıldırım qayaların arasından çıxıb şırıltı ilə axan buz kimi sərin bulaqların zümzüməsi quşların nəğməsinə qarışır, gözəl simfoniya yaradır. Bağlarda, meşələrdə meyvə ağaclarının çiçək açması təsvirə
  • 9. 9 gəlməyən xalıya bənzəyir. Havalar isindikcə burada istirahət etməyin ayrı ləzzəti var. Adam ağacın kölgəsində özünü sanki dağların başında hiss edir. Çox zaman turistlər, səyyahlar gördükləri yerləri tərifləyirlər. Mən isə deyərdim ki, bizim yerlər nağıllarda təsvir olunan əsil cənnətdir. Hər cür meyvəsi, sərin bulaqları, təmiz havası, ümumi mənzərəsi gözəl bir yeri həqiqətən cənnət adlandırmaq olar. Bu, təvazökarlıqdan uzaq, əsil həqiqətdir. Bizim üçün Azərbaycanın hər yeri vətəndir. Ancaq doğma Kosalar kəndi bir an belə yaddan çıxmır... Kəndimizə yenidən qovuşsaq, bu bizim üçün xoşbəxtlik və səadət olar. Gecələr yuxumda görürəm səni, Yurdumuz, yuvamız viran Kosalar. Unutmaq olarmı doğma vətəni, Çıxmayır yadımdan bir an Kosalar. Bəyməmməd Quliyev Flora və faunası Kosaların zəngin meşələrində müxtəlif növ ağac və kollar bitir. Bunlardan: palıd, vələs, fıstıq, gəvriş, cökə, qarağac, ağcaqayın və s. göstərmək olar. Eyni zamanda Kosaların meşələri yabanı meyvə ağacları ilə də zəngindir. Onlardan armud, alma, əzgil, alça, zoğal, qarağat, yemişan, zirinc, qoz, fındıq, quşarmudu və s. göstərmək olar. Ərazidə müalicəvi əhəmiyyətə malik dərman bitkiləri olan bənövşə, kəklikotu,
  • 10. 10 əvəlik, qırxbuğum, yarpız, qatırquyruğu, dəvədabanı, qurdotu, lüləpər, çobanyastığı bitkiləri də daha çoxdur. Yaşıl xalısını sərmiş təbiət, Adi torpaq deyil, sanki bir cənnət. Qatarlanıb durur sıra dağları, Barlı-bəhərlidir meyvə bağları. Bəyməmməd Quliyev Kosalar kəndinin meşələri zəngin flora ilə yanaşı eyni zamanda zəngin faunaya da ____________ II. Yüksək dağlığın (subalp və alp) çəmən landşaftlarında Cənubi Qafqaz muflonu, Bezoar keçisi, köpgər, Dağıstan turu, qonur ayı, canavar, bəbir, tülkü, Kiçik Asiya gürzəsi, qaya kərtənkələləri, Qafqaz petrası, göyərçinlər və s. III.Orta dağlığın meşə və meşədən sonra yaranmış çəmən-kol landşaftlarında nəcib maral, cüyür, Bezoar keçisi, köpgər, çöldonuzu, lenot, qonur ayı, vaşaq, bəbir, çölpişiyi, daşlıq dələsi, meşə dələsi, İran sincabı, süleysin, Hindistan tirəndazı, Rostonbəyov kərtənkələsi, zolaqlı kərtənkələ, yaşılqarın
  • 11. 11 kərtənkələ, bataqlıq tısbağası, göl qurbağası, Qafqaz petrası, qırqovul, qaraleylək, göyərçinlər, qızılxallı və s. ____________________ malikdir. Meşələrimizdə ayı, canavar, porsuq, çaqqal, tülkü, vaşaq, ceyran, cüyür, dovşan; quşlardan: kəklik, turac, qartal, qızılquş, qırğı, qaratoyuq, alabaxta, qırqovul, tetra, qarğa, sağsağan, sərçə və s. göstərə bilərik. Kosalar kəndinin ətrafında Qırxqız, Dəvəboynu, Ya Əli və s. dağlar vardır. Qırx qızdan yaranmış o Qırxqız dağı, Buzdan da sərindir Haça bulağı. Cüyür mələrtisi, ayı nərəsi, Gəlir xəyalıma bəndi-bərəsi. Bəyməmməd Quliyev Topdaşın əhvalatı Baba, nənə, nəvə səhər yeməklərin yeyərək yola çıxdılar. Gün təzəcə qalxırdı. Nəvə dinc durmur tez-tez gah babaya gah da nənəyə müxtəlif suallar verirdi: - Baba, bu nədi? - Bulaqdır balası, Mehvalının bulağı. - Baba, bu nədi? - Ağacır. - Baba, bu nədi? - Ağacın köğuşudur.
  • 12. 12 - Onu kim elə edib? - Dələ. - Baba, bəs bu nədir? - Daşdır, Topdaş. - Onu kim üst-üstə yığıb? - Div yığıb mənim əziz balam. - Div bəs harada yaşayırdı? - Bax o kahada. - Bəs indi hanı? - Div keçmişdə yaşayıb indi yoxdur. - Bəs indi niyə yoxdur?... Nəvənin sualları bitmək, tükənmək bilmir. Baba isə çalışır ki, hər bir suala nəvəyə maraqlı gələcək bir cavab tapıb versin... Kosalar kənd inzibati ərazi vahidi Coğrafi mövqeyi. Kosalar kəndi Azərbaycanın cənub- qərbində, kiçik Qafqazın qoynunda, Xankəndindən 8 km
  • 13. 13 qərbdə, Şuşadan 10 km şimal-qərbdə, Xocalıdan 14 km cənub- qərbdə, Qarabağ silsiləsinin şimal- şərqində, dəniz səviyyəsində n 1350 m yüksəklikdə, çox əlverişli, gözəl yerdə yerləşir. Geniş əraziyə malik olan Kosalar kəndi Şuşa, Xocalı, Xankəndi, Laçınla geniş mənada əhatələnmişdi. Sovetliyi Şuşa və Xankəndi ilə 2 istiqamətdə avtomobil yolları birləşdirirdi. Ərazisi Darçay-Kərkicahan arası (Kosalara baxar üzü Ağdaş), Hacı talası, Çobandaşaşıran, Çuxurtala-Muxtökən yoxuşu, Şırlanın Qoruqlar üzü, Palçıqlı, Qurtlu bulaq, Şotlanlı yaylağı, Ələm ağacı, Yelli gədik (Laçın üzü), Pərişan doğranan, Nayıblı dağı, Bayramdüşən, Qaragav kəndi (Qaragav-Qayabaşı arası), Çayqovşan (Sağ qol Sarı tala çayı, sol qol Alçalı çayı), Canhəsən, Canhəsəndən yenir Darlı piri və oradan Darçayın özünə olan yerlər arasındakı torpaqları əhatə edir. Sahəsi 58,5 km2 -dir. Əhalinin sıxlığı 1 km2 – də 22 nəfər (1992-ci ilə qədər; hazırda demək olar ki, ərazidə heç kim yaşamır: Kənd sökülərək xarabazara çevrilmişdir).
  • 14. 14 Zaman- zaman kəndin ərazisi Ballıca və Xənəzək kəndləri arasında bölüşdürülmüş dür. Kosalar kəndi əvvəllər Şuşa qəzasının, 1930-1978-ci illərdə Stepanakert rayonunun (1923-cü ilə qədər Xankəndi), 1978-1991-ci illərdə Əsgəran (qəsəbə) rayonunun, 1991-ci ildən isə Xocalı rayonunun tərkibinə daxil edilmişdir. Hazırda da Xocalı rayonunun tərkibindədir. Göründüyü kimi, Kosalar müxtəlif zamanlarda müxtəlif inzibati ərazi vahidlərinə daxil olmuşdur. Hətta, 1991-ci ildə yeni rayon mərkəzi məsələsində Xocalı ilə alternativ variant olub. Hər halda Kosalar kəndi nümayəndəliyə daxil olan kəndlərlə birlikdə vahid orqan halında daim öz spesifikliyi ilə seçilib. Yəni, hansı rayon tərkibində olmasıdından asılı olmayaraq, daim müstəqilliyə, özünəməxsusluğa, fərqliliyə meyilli olub. Bəzən başqa rayonda hardan olduğunu bildirmək üçün hansı rayondan olduğunu deyirsən. Bu baxımdan “Kosalardanam” demək kifayətdir. Kənd infrastrukturunun formalaşdırılmasında birinci addım 1923-cü ildə Kosalar kənd sovetliyinin yaradılması ilə atılmışdır. Sovetliyin ilk sədri Bilal.............. olmuşdur. Sonralar da bu vəzifədə qüsursuz əmək fəaliyyətinə malik insanlar çalışmışdır. Kosalar kənd sovetliyi (mərkəzi Kosalar kəndi olmaqla) 6 kənddən: Kosalar, Başkənd, Yaloba, Cavadlar, Canhəsən və Qaragav yaşayış məntəqəsindən ibarət olmuşdur.
  • 15. 15 K O S A L A R K Ə N D N Ü M A Y Ə N D Ə L İ Y İ Ümumi Məlumat. Azərbaycanın gözəl təbiətə, füsunkar gözəlliyə malik yerlərindən biri də Kosalar kəndidir. Kosalar buz bulaqları, zəngin meşələri, görməli-gəzməli yerləri, uca, başı həmişə qarlı dağları ilə çox məşhurdur. Görən hər bir kəsi valeh edir və öz sehrli dünyasından çıxmağa qoymur. Kəndimizin təbiəti olduqca gözəldir. Kənd sıx meşələrlə, sıra dağlarla əhatə olunmuşdur. Kosalar kəndinin ətrafında Qırxqız, Dəvəboynu, Ya Əli və s. dağlar vardır. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olur. Bu yerlər əsasən qışı quraq keçən soyuq iqlim zonasına aiddir. Qış uzun çəkir (5-6 ay). Əraziyə 400-600 mm, dağlara isə hətta 800 mm-ə qədər yağıntı düşür. Yağıntılar əsasən yazın axırı, yay aylarında düşür. Kosalar kənd nümayəndəliyinə 6 kənd daxil idi. Nümayəndəlik Kosalar kəndində yerləşirdi. Kəndlər: Cavadlar mərkəzi kənddən 0,9 km, Yaloba 2 km, Canhəsən 5 km, Başkənd 5 km, Qaragav 25 km aralıda yerləşirdi. Mərkəzi kəndin, eyni zamanda digər kəndlərin istər daxili, istərsə də şəhərlər ilə əlaqəli yolları qurunt yolları idi.
  • 16. 16 Coğrafi Mövqeyi. Kosalar kəndi Azərbaycanın cənub- qərbində, Kiçik Qafqazın qoynunda, Xankəndindən 8 km qərbdə, Şuşadan 10 km şimal-qərbdə, Xocalıdan 14 km cənub- qərbdə, Qarabağ silsiləsinin şimal-şərqində çox əlverişli, gözəl yerdə yerləşir. Memarlıq xüsusiyyətləri. Keçmişdə ərazidə “Qaradam” (“Ev damı”, “Torpaq dam”) və “Tağbənd” ev tipləri geniş yayılmışdır. Kənd özünəməxsus mətbəxi ilə də seçilirdi. Sənətkarlıq. Bölgədə toxucluq və xüsusi ilə xalçaçılıq inkişaf etmişdir. Ərazidə Xovlu və xovsuz xalçalar, həndəsi ornamentli cejimlər, tikmələr geniş yayılmışdır. Qarabağ xalçaları əsas etibarı ilə palıdı, al-qırmızı, piyazi rənglərdə olardı. Qarabağda xalçaçılığın əsas mərkəzi Şuşa idi. Bundan əlavə sənətkarlığın digər sahələri; dəmirçilik, dülgərlik, nəccarlıq və s. inkşaf etmişdir. Təsərrüfat sahələri. Əmək qabiliy-yətinə malik kənd sakinlərinin demək olar ki, əksəriyyəti bu və ya digər sahələrdə çalışırdılar. Buna misal olaraq kənd təsərrüfatının ayrı-ayrı sahələrini, Səhiyyə idarəsini, İcra Nümayəndəliyini, təhsil müəssisələrini, mədəniyyət müəsisələrini, tikiş sexlərini, oyuncaq istehsalı sahəsini, rabitə qovuşağını və digər sahələri göstərmək olar. Son zamanlar kəndin bütün infrastrukturu yenidən qurulmuşdur. Yeni su kəməri çəkilmiş, kənd telefonlaşdırılmış, qaz xətti çəkilmiş, bir neçə sex, o cümlədən mərkəzi kənddə çox böyük tikiş sexi tikilmişdir. Əlavə olaraq, 1990-cı ilə qədər kəndə göstərilən diqqət və qayğını da nəzərə alsaq, Kosalara kənd yox, şəhər demək olardı. Kəndimiz dağlıq ərazidə yerləşdiyi üçün kənd təsərrüfatı həmişə geridə qalırdı. Bunun başlıca səbəbi vilayətin erməni başçıları idi. Onlar kəndin qətiyyən inkişaf etməsini istəmirdilər,
  • 17. 17 əksinə, bir neçə dəfə kəndin Xankəndi şəhərinin ətrafına (Xoruztəpə adlanan yerə) köçməsi təklifini vermişdilər. Yaranma tarixi. (bax: Kosalar adının etimalogiyası) Kosalar XX əsrin əvvəllərində. (bax: Eyni adlı başlıq) Represiya illəri. (bax: Eyni adlı başlıq) Kosalar Böyük Vətən Müharibəsi illərində. (bax: Eyni adlı başlıq) Müharibədən sonrakı illər. Müharibədən sonrakı dövrdə Kosalar yavaş-yavaş dirçəlib inkişaf etməyə başladı. Yeni yollar çəkildi, əkin sahələri genişləndirildi, texniki təchizat yaxşılaşdırıldı, 1961-ci ildə kəndə elektrik xətti çəkildi, elektriklə işləyən dəyirman inşa olunub istifadəyə verildi və digər tədbirlər həyata keçirildi (bax: Təsərrüfat). Kosaların bu inkşafı və əhalinin getdikcə sürətlə artımı bədnam qonşumuzu- yəni vaxtı ilə Qarabağa köçürülmüş erməniləri narahat etməyə başladı. Ərazinin çox hissəsinin dağlıq relyefə malik olması və kənd təsərrüfatının inkişafı üçün yararsız olması bəhanəsilə çıxış edən ermənilər azərbaycanlıları buradan köçürməyə çalışırdılar. Kənd sakinlərinin qətiyyəti, yurduna bağlılığı sayəsində düşmən mənfur niyyətinə çata bilmədi. Kənd Qarabağ müharibəsi illərində. (bax: Eyni adlı başlıq) Kosalar öz varlığını 1992-ci il 9 may tarixinə kimi qoruyub saxlaya bildi. Diqqət yetirin bu tarixə, bu tarix həmin tarixdir ki, o zaman keçmiş DQMV-nin çərçivəsində heç bir azərbaycanlı yaşayış məntəqəsi qalmamışdır. Demək, Kosalar son qanına, son nəfəsinə qədər vuruşan və başının üstünü qara buludlar alan yaşayış məntəqəsi idi. Bu qanlı-qadalı döyüşlərdə xeyli insan yaralanmış və şəhid olmuşdur. Təkcə Kosalardan bu qanlı döyüşlərdə 18 nəfər şəhid olmuşdur.
  • 18. 18 Bu oğulların xidmətləri hökumətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. Tabil Qasım oğlu Həsənovla bərabər, Natiq İliyas oğlu Əhmədov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” (ölümündən sonra), Möhsüm Şahin oğlu Məmmədov “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adına layiq görülmüş, Xəzani Kərəm oğlu Əsgərov “Azərbaycan Bayrağı Ordeni” (ölümündən sonra) medalı ilə təltif olunmuşdur. Kənd infrastrukturunun formalaşması. Kənd infrastrukturunun formalaşdırılmasında birinci addım 1923-cü ildə Kosalar kənd sovetliyinin yaradılması ilə atılmışdır. Sovetliyin ilk sədri Bilal.............. olmuşdur. Sonralar da bu vəzifədə qüsursuz əmək fəaliyyətinə malik insanlar çalışmışlar. Onlardan aşağıdakı şəxsləri göstərmək olar: Həmid; Həzrətqulu; Bilal; Tamaşa (Böyük Vətən müharibəsi illərində); Rəşid Quliyev; Fərhad Məmmədov ( 14 il ); Bayram Vəliyev (9 il, 1959-cu ilədək); Salah Mərdanov; İsfəndiyar Quliyev; Fərhad Məmmədov; İsfəndiyar Quliyev; Kərəm Əsgərov (25.07.1974-30.11.2009); Şahid Rzayev (2010-cu ildən). Kosalar kənd sovetliyində kənd infrastrukturunun formalaşdırılmasında əsas addımlardan biri ilk ibtidai məktəbin yaradılması idi. Məktəbin ilk müəllim və müdiri Məhərrəm Qaybaliıyev olmuşdur. (bax. Kosalar kənd orta məktəbi) Kəndin sosial obyektləri (infrastrukturu). (bax. Eyni adlı başlıq)
  • 19. 19 Xüsusi olaraq: Kənd klubu müxtəlif tədbirlərlə sakinlərin qəlbində unudulmaz xatirələrlə dolu dərin iz buraxmışdır... Bir zamanlar hələ televiziyanın kəndə ayaq açmadığı vaxtlar idi... Kəndə tez-tez müxtəlif ölkələrin, xüsusilə Hindistanın istehsalı olan filmlər gətirilərək klubda nümayiş etdirilirdi. Müxtəlif yaş qruplarından olan insanları, eləcə də qadınları və qızları bu tamaşalarda görmək olardı... O zamanlar başqa idi bu həvəs. Hamı kinoya baxmağa tələsərdi. Klubda belə qələbəliyin olması kino göstərənləri buraya tez-tez gəlməyə sövq edərdi. Başqa idi toplu halında kinoya baxmağın ləzzəti. Cavanlar özlərini film qəhrəmanlarına oxşadaraq həmin tərzdə geyinməyə çalışardılar. Uzun saçlar, enli balaqlı, xüsusilə də cins şalvarlar bu cür geyimlərin əsas tərkib hissələri idi... Klub, mərkəzi kənd olan Kosalar kəndində yerləşdiyi üçün digər kəndlərin sakinləri məsafənin uzun olmasına baxmayaraq bütün tamaşalarda iştirak edirdilər. Axşam saatlarında tamaşa bitdikdən sonra isə hərə öz söhbəti tutan adamla yol yoldaşı olardı... Necə də gözəl anlar idi o anlar... Yolu necə qət etdiyini, hara ilə gəldiyini xatırlamaqda çətinlik çəkirsən... Kənd klubu eyni zamanda özünün hazırladığı tədbirlərlə də tamaşaçılarının qarşısına çıxardı. Bəzən müxtəlif yerlərdən konsert qrupları da gələrdi. Belə konsertlərin hamısında mütləq Gəlmə konsert qrup ilə birgə çıxış edir Möhübbət Əliyev yerli nümayəndə də çıxış edərdi. Elə olurdu ki, kənd klubu öz kollektivi ilə səfərdə olurdu...
  • 20. 20 Ə h a l i s i. (bax. Kosalar əhalisi hazırda) 9 May 1992-ci ildə kənd işğal olunan zaman əhalisi 1530 nəfər idi. Əskərov Kərəm Əskərov Kərəm Əşrəf oğlu 1941-ci il may ayının 20-də Xankəndi rayonunun Kosalar kənd sovetliyinə daxil olan Yaloba kəndində dünyaya göz açmışdır. O, ilk təhsilini Kosalar kənd 7 illik məktəbində, 11 illik təhsilini isə Kosalar kənd fəhlə- kəndli axşam məktəbində alaraq, Ağdam kənd təsərrüfatı texnikumuna daxil olmuşdur. Kərəm kişi 1978-ci ildə həmin məktəbi bitirərək, ali partiya məktəbinin dinləyicisi olmuşdur (1978-83-cü illərdə). O, 1989- cu ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına qəbul olmuş, 1996-cı ildə oranı aqranom və politexnik ixtisasları üzrə bitirmişdir. Kərəm kişi bir müddət klub müdiri, 1964-69-cu illərdə kolxoz komsomol komitəsinin katibi, 1974-cü ilədək isə kolxoz partiya təşkilatı katibi işləyib. 13 dəfə kənd, rayon, vilayət deputatı seçilib, 14 il Vilayət Ali məhkəməsinin üzvü olub. O, 1974-2009-cu illərdə Kosalar kənd İcra Nümayəndəsi vəzifəsində çalışmışdır. Bütün fəaliyyəti dövünrdə o, elinə bağlılığı ilə daim seçilmişdir. Kərəm kişi bu vəzifədə işlədiyi ilk
  • 21. 21 illərdə Sovetliyin 5 ştat yeri olmuşdur. Sonralar yeni iş yerləri təşkil olunmuşdu ki, belə iş yerlərinin açılmasında onun da xidmətləri az olmamışdır. Bundan başqa, bir müddət Cəmilli kəndi də müvəqqəti olaraq Kosalar İcra Nümayəndəliyinə tabe edilmişdir. Burada da bir çox sosial obyektlərin təşkilində Kərəm kişi yaxından iştirak etmişdir. Fəaliyyəti dövründə göstərdiyi xidmətlərinə görə o, bir çox fəxri fərman və mükafatlarla təltif olunmuş, 1986-cı ildə “Əmək veteranı” medalı ilə, 2008-ci ildə “Dövlət qulluğunda fərqləndiyinə görə” medalı ilə təltif olunmuşdur. Maarif Quliyev: “İstər Kosalardakı fəaliyyəti dövründə, istərsə də Hacıkənddəki fəaliyyəti dövründə Kosalar kənd orta məktəbinə rayon rəhbərləri ilə yanaşı kənd nümayəndəsi Kərəm Əskərov da xüsusi diqqət və qayğısı ilə həmişə seçilmişdir. Məktəblərimizin müvəffəqiyyət qazanmasında çox böyük təsiri olmuşdur. Kərəm kişi həmişə kollektivin yanında olmuş, çətin günlərdə öz kömək əlini uzatmışdır. O, “Son zəng” və digər müxtəlif tədbirlərdə birinci növbədə Kosalar kənd orta məktəbində iştirak etmişdir”. Müharibə illərində də Kərəm kişinin xidmətləri az olmamışdır. Kəndin müdafiəsinin təşkilində, silah-sürsatla təminatında onun xidmətləri danılmazdır. Əsgərov Kərəm: “May ayının 6-da 120 min avtomat patronu və 100 top mərmisini Kosalara gətirmişdik. Ayın 8 və 9- da gedən ağır döyüşlərdə həmin patron və top mərmiləri köməyimizə çatdı. May ayının 9-da saat 2-də patronumuz qurtardı. Kömək isə gəlmədi...”
  • 22. 22 Məmmədov Kamran Məmmədov Kamran Cümşüd oğlu, 1940-cı il may ayının 9-da Xankəndi rayonunun Kosalar kəndində anadan olub. 1947-ci ildə Kosalar kənd (Başkənd kənd) ibtidai məktəbinə gedib. O vaxt məktəbin müəllimi və rəhbəri Malbəylidən olan Alxanov Qulam idi. 1958-ci ildə Kosalar kənd 7 illik məktəbini bitirib. Təhsilini 1958-60-cı illərdə Xankəndi şəhər 4 saylı orta məktəbində davam etdirmişdir. Orta məktəbi əla qiymətlərlə bitirərək, 1960-cı ilin oktyabrında hərbi xidmətə yola düşür. Əsgəri xidməti Başqırdıstanın Ufa şəhərində Aviasiya hərbi hissəsində keçirir. O, orda həm də mexanik-elektrik təlimi alır. 1961-ci ildən xidmət üçün və ixtisası üzrə işləmək üçün Kürdəmir rayonuna Aviabazaya göndərilir. 1962-ci ildə hərbi xidməti bitirərək, doğma kəndinə qayıdır. 1962-ci ilin sentyabrında Şuşa Kənd Təsərrüfatı Texnikumuna “zootexnik” ixtisası üzrə daxil olur. 1967-ci ildə oranı bitirir. 1963-65-ci illərdə Şuşa Kənd Təsərrüfatı Texnikumunda komsomol təşkilatında sədr işləyib. 1967-73-cü illərdə Kosalar kolxozunda süd-əmtəə fermasında briqadir işləyir. 1973-87-ci illərdə kənddə anbardar vəzifəsində işləmişdir. 1987-ci ildən Kosalar kənd Xalq Deputatları Sovetində katib vəzifəsində işləmişdir. 1987-91-ci illərdə Kosalar kənd yerli Zəhmətkeş Deputatları Sovetinin deputatı olub. Kosalar kənd sovetliyində katib vəzifəsində çalışmışdır. 1992-ci ildən qurumun adı dəyişdirilmiş, kənd İcra Numayəndəliyi adlandırılmışdır. Kamran kişi nümayəndəlikdə müavin kimi əvvəlki işini davam etdirməyə başlamışdır. 2008-ci ildə isə bu qocaman əmək insanı öz ərizəsi ilə təqaüdə çıxmışdır.
  • 23. 23 Kamran kişi zəhmətkeş, xalqını sevən, onun xeyir-şərinə yarayan bir insandır. O, lazım olan anda fərq qoymadan, kimliyindən asılı olmayaraq, hamının köməyinə çatan, nurani, haqqında mənfi rəy söylənməyəcək insanlardandır. Kamran kişi işlədiyi müddətdə Kosalar kənd orta məktəbinin keçirdiyi bütün tədbirlərdə: “Əlifba bayramı”, “Son zəng” və digər tədbirlərdə yaxından iştirak edir. Rzayev Şahid Rzayev Şahid Şahmar oğlu 25 may 1968-ci ildə Xankəndi rayonunun Kosalar kəndində anadan olmuşdur. Şahid 1975-85-ci illərdə Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbində orta təhsil almışdır. O, 1986-cı ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnistutunun “Əməyin iqtisadiyyatı” fakültəsinə qəbul olunmuşdur. O, 1987-1989-cu illərdə sovet ordusu sıralarında hərbi xidmət keçmişdir. Hərbi xidməti başa vurub vətənə qayıdan Şahid 1989-94-cü illərdə Azərbaycan Dövlət İqtisad Universtetində təhsilini davam etdirmişdir. Şahid müəllim əmək faliyətinə fəhlə kimi başlamışdır. 1989-94-cü illərdə Şuşa rayon elektrik şəbəkəsində iqtisadçı, 1995-97-ci illərdə Xocalı rayon 54 saylı yol istismar İdarəsində baş mühasib, 2003-cü ildən 2009-cu ilə kimi Kosalar kənd İcra
  • 24. 24 nümayəndəliyində baş mühasib vəzifələrində çalışmışdır. 2010- cu ildən isə Kosalar kənd İcra nümayəndəsi vəzifəsində çalışır. Şahid müəllim kənd icra nümayəndəsi vəzifəsində çalışdığı müddətdə uğurlu fəaliyyəti ilə seçilmişdir. Təhsil və mədəniyyət müəssisələri ilə işin səmərəli təşkili sahəsindəki gördüyü işlər xüsusi ilə təqdirəlayiqdir. Hər şeydən öncə edilən müraciətlərin cavabsız qalmaması, əhalinin sözünü demək bacarığı ona xas xüsusiyyətlərdəndir. Məlum Dağlıq Qarabağ hadisələri ilə əlaqədar olaraq Kosalar kənd sakinlərinin 60%-dən çoxu Gəncə şəhər Hacıkənd qəsəbəsində yaşayır. Bu baxımdan kənd idarə və strukturlarının 95%-i burada yerləşir. Qaçqınçılıq şəraitində olmasına baxmayaraq bütün müəssisələr öz fəaliyyətlərini uğurla davam etdirir. Müxtəlif əlamətdar günlər münasibəti ilə konsertlər və tədbirlər həyata keçirilir ki, bu sahədə başda Şahid müəllim olmaqla nümayəndəliyin, onun strukturlarının rolu təqdirəlayiqdir. K O S A L A R Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km qərbdə, Şuşadan şimal – qərbdə, Xocalıdan cənub–qərbdə dağlıq ərazidə yerləşir. Kənd Darçayın yaxası boyu dərə-təpə və yamaclar qoynunda salınmışdır. Dağların sərt təbiətinə uyğunlaşıb sinə gərən dağ adamları bu sıldırım yamaclarda isti od-ocaq, yurd-yuva sahibi olmuşdular. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Geniş çəmənliklərə malik idi. Daha çox
  • 25. 25 meyvəçilik üçün əlverişli idi. Kənddə geniş meyvə bağları mövcud olmuşdur. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərində n idi. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış uzun çəkirdi (5-6 ay). Adının mənşəyi, yaranma tarixi. Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz da deyərmişlər (“Kosa” seyrək saqqallı adamlara deyilir). Beləliklə, sonrakı nəsillər Kosalar adlandırılmış, kəndin adı da belə yaranmışdır. Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Bunu təsdiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir. Maraqlı xüsusiyyət ondan ibarətdir ki, bütün elmi ədəbiyyatda Kosalar adı nümayəndəlik yerləşən kəndin adı kimi getsə də, kənd əhalisi bunu ümumi ad kimi qəbul edirlər. Eyni zamanda, Kosalar kənd sakinləri öz yaşadıqları ərazini ”Beşdəlilər” , “Tərifdaş” kimi də adlandırırlar. Hər halda nümayəndəliyə daxil olan altı kəndən əhalisi “Kosalar” adını ümumi ad kimi qəbul edirlər. Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı erməni qəsbkarları təcavüzə başlayan gündən, Kosalar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar.
  • 26. 26 Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi, Kosalar kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşən olmasına baxmayaraq, igid oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd oğullarından Həsənov Tabil “Azərbaycanın Milli Qəhrəmanı” (ölümündən sonra) adına layiq görülmüş, Rüstəmov Eldar (ölümündən sonra), Ağayev Rasim (ölümündən sonra), Abdullayev Mahir (ölümündən sonra) isə “İgidliyə görə” medalı ilə təltif olunmuşlar. Göründüyü kimi, kəndi “Qəhrəman kənd” adlandırmaq olar. 1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav (Kosalar kənd nümayəndəliyi) döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Artıq ermənillər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Məcbur olan əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka (düşmənə qalmasın deyə) od vuraraq dağlarla kəndi tərk etməyə məcbur oldular. Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Kosalar kəndində 177 ailə, 629 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız
  • 27. 27 azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1 ibtidai məktəb, 5 kitabxana, 2 klub, 1 mədəniyyət evi, 1 həkim ambulatoriyası mövcud idi. İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı, əhali hökumətdən gizli olaraq (Sovet dövründə şəxsi təsərrüfata geniş yer verilmirdi). şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. Geniş otlaq sahələrinin olması heyvandarlığı daha da gəlirli sahəyə çevirirdi. CAVADLAR Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km qərbdə, Şuşadan şimal- qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə yerləşir. Kənddən baxanda Qırxqızın və Qarabağın füsünkar gözəlliyi göz oxşayırdı. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin
  • 28. 28 sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Sakinlər yaxşı xatırlayırlar, may ayının ortalarında qar yağdığı məlumdur. Qeyri-adi hadisələr unudulmur, 21 iyunda kəndin yüksəkliklərinə qar yağdığı olmuşdur. Adının mənşəyi, yaranma tarixi . Əslən Xəlfəlidən olan Cavad kişi (Məşhəddə olduğuna görə ona Məşədi Cavad deyirdilər) XIX əsrin 80-ci illərində Kosalar kəndinə gəlir. Kənddə yaşayan mülkədar Məhəmməd ağadan yaşamaq üçün yer alır. Orada özünə dam tikərək mülk salır. Sonradan tək qalmamaq üçün Məhəmməd ağadan özünə qonşu gətirmək icazəsini alır. İllər keçdikcə əhali artır, kənd yaranmağa başlayır.
  • 29. 29 Kəndin adı da buranın ilk sakini Məşədi Cavadın adı ilə bağlıdır. Kənd Xocalı rayon Kosalar kənd nümayəndəliyinə daxildir. Son zamanlar 45-50-yə qədər ev mövcud idi. Müasir tarix (erməni təcavüzü). Düşmən baş qaldıran elə ilk andan Cavadlar kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Cavadlar kəndində də əhalinin əlində olan ov silahları rusların əli ilə yığılmışdır. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etdilər. Döyüşlərdə şəhid olan, yaralanan və itkin düşənlər olmasına baxmayaraq igid oğullarımız öz vətənini düşmənə vermədi. Öz itkisindən çox düşmənə itki verdi. Belə igid kənd oğullarından biri də Rzayev İldırım Barat oğlu olmuşdur. O, kənd uğrunda bütün döyüşlərdə qəhrəmanlıqla iştirak etmişdir. Təəssüflər olsun ki, tale gənc İldırımın üzünə gülmədi. Döyüşlərin birində İldırım itkin düşdü. 1992-ci il may ayının 8-də Şuşa şəhərinin işğalı kəndin müdafiəsini mümkünsüz etdi. Bununlada kənd mühasirəyə düşmüş oldu. Qız-gəlini çıxarmaq üçün döyüşçülər Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Burada da itkilər çox oldu. Məcbur olan əhali yol olmadığından texnikaya və daşınılmaz əmlaka od vuraraq, dağlıq ərazilərlə kəndi göz yaşları içərisində tərk etdilər. Tarixi memarlıq abidələri. Ərazidə tapılan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Cavadlar kəndində 68 ailə, 255 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir. Onlar müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nəaliyyətləri təqdirəlayiqdir.
  • 30. 30 Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 2 kitabxana, 1 klub, 1 FMM mövcuddur. İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı, əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. B A Ş K Ə N D Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 11 km qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub –qərbdə dağlıq ərazidə yerləşir. Kənd Mıxtökən dağının ətəyində yerləşir. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik sahələri üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Sakinlər yaxşı xatırlayırlar, may ayının ortalarında qar yağdığı məlumdur. Adının mənşəyi, yaranma tarixi. Məlumatlara görə Başkənd kəndinə məskunlaşmaq üçun bir qrup insan XIX əsrin əvvələrində qonşuluqda yerləşən Mirzələr kəndindən gəlmişlər. Bəzi məlumatlara görə kənd sakinlərinin ulu babası Kosa Avazın oğlu Məhərrəm olmuşdur.
  • 31. 31 Bütün bunlara baxmayaraq Başkənd ərazisi qədim yaşayış məskəni olmuşdur. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar bir daha sübut edir. Başkənd adının etimalogiyası da maraq doğuran məsələdir. Hər şeydən əvvəl “Baş” sözü böyük, yüksək, əsas, başlanğıc və s. mənalara gəlir. Məlumatlara görə bir çox digər kəndlərə məskunlaşmaq üçün əhali bu kənddən köç etmişdir. Mövqe baxımından da kənd müəyyən qədər yüksəkdə yerləşir, Şuşaya nəzərən Kosaların birinci kəndidir. Əhali arasında bu kənd bir neçə digər adlarla da adlandırılmışdır. Məsələn: “Ankova” (Ayankı oba: O tərəfki oba mənasında). Müasir tarix (erməni təcavüzü). Başkənd kəndində də əhalinin əlində olan ov silahları yığılmışdı. Buna baxmayaraq, özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək, kəndin müdafiəsini təşkil etdilər. Bunun sayəsində öz itkilərindən çox düşmənə itki verdirdilər. Müdafiənin səmərəliliyi kənd oğullarının igidliyi sayəsində mümkün oldu. Belə igid kənd oğullarından biri də Sərvər Yelmar oğlu Məmmədov idi. O, kəndin müdafiəsində xüsusi fədakarlıq göstərmişdir. Bu qəhrəmanlıqlarına görə o, “İgidliyə görə” medalı ilə təltif olunmuşdur. 1992-ci il may ayının 8–də Şuşa şəhəri erməni qəsbkarları tərəfindən işğal olundu. Bu xəbər kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Kənd müdafiəçiləri daha bir gündə müdafiə olundular. Ancaq daha müdafiə olunmaq mümkün deyidi. Çünki, kənd müdafiəçilərinin ərzaq, silah- sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Belə ki, Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Erməni texnikası artıq Şuşa üzərindən kəndə yeridildi. Qız-gəlini çıxarmaq ümidi ilə kənd döyüşçüləri Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Bütün avtolobil yolları nəzarətə alınmışdı... Burada da itkilər çox oldu...
  • 32. 32 Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu bir daha sübut edir. Tarixi qəbiristanlıq Çuxurtalada idi. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Başkənd kəndində 84 ailə, 340 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Kənd əhalisi arasında ziyalılar çoxluq təşkil edir ki, onlar da müxtəlif sahələrdə təmsil olunur. Elm və təhsil sahəsindəki nailiyyətləri təqdirəlayiqdir. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 2 kitabxana, 2 klub, 1 FMM mövcuddur. İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. Y A L O B A Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 10 km Qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə, dağlıq ərazidə yerləşir. Kənd yal üstündə salınmışdı. Sağ və solu sıldırım dərələrdən ibarət idi. Başkənd kəndi ilə onu bir dərə ayırırdı. Ən qədim və böyük qəbristanlıq da bu kəndin yuxarı hissəsində yerləşirdi. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha
  • 33. 33 çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərində ndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. Zəngin çəmənlərə malik olması burada heyvandarlığın inkşafına müsbət təsir göstərirdi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Adının mənşəyi, yaranma tarixi. Yaloba məskunlaşma baxımından demək olar ki, Kosalar nümayəndəliyinə daxil olan kəndlər arasında daha sonraya aiddir. XIX əsrin ortalarında əhali burada daha da sıx məskunlaşmışdır. Əvvəllər bu ərazi yaylaq kimi mal-qaranın saxlanması üçün əlverişli otlaq olub. Sonralar XX əsrin əvvəllərində (1905- 06-cı illərdə) erməni hücumlarından xeyli ziyan görən Məhəmməd Ağa adlı bir nəfər mülkədar Xənəzəkdə öz mülkünü qoyaraq məcburən burada özünə məskən salaraq bu zonada ağalıq edir.
  • 34. 34 Bütün tarixi faktlar Yaloba ərazisinin qədim yaşayış məskəni olduğunu sübut edir. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir. Yaloba adının etimalogiyası da maraq doğuran məsələdir. Əslində bu adın mənası aydındır: “Yal”-təpə, yüksəklik; “Oba”- el, oymaq mənasındadır. Müasir tarix (erməni təcavüzü). Düşmənlərimiz yurdumuza göz dikdikləri gündən Yaloba kəndində də sakinlər könüllü özünümüdafiə dəstələri yaratdılar. Münaqişə başlayan ilk vaxtdan Qarabağın bütün ərazilərində olduğu kimi Yaloba kəndində də əhalinin əlində olan ov silahları yığılmışdı. Buna baxmayaraq özünümüdafiə dəstələri ayrı-ayrı rayon və hərbi hissələrdən özləri üçün döyüş silahları təmin edərək kəndin müdafiəsini təşkil etdilər. Şuşanın işğalı ilə əhalinin son ümid çırağı da söndü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Bundan daha əvvəl Xocalı, Xankəndi işğal olunmuşdur. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxartdı. Dinc əhalini çıxarmaq ümidi ilə Kosalar, Cavadlar, Başkənd, Yaloba, Canhəsən, Qaragav döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Artıq ermənilər bu istiqamətdə də hərbi texnika çıxardı. Əsas yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Əhali apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka (düşmənə qalmasın deyə) od vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu. Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri əsas tarixi abidələr sayıla bilər. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Bundan əlavə təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı.
  • 35. 35 Əhalisi (sayı, milli tərkibi). Yaloba kəndində 77 ailə, 302 nəfər əhali yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 3 kitabxana, 1 mədəniyyət evi, 1 klub, 1 muzey, 1 FMM mövcud idi (hazırda bu müəssisələrin əksəriyyəti öz fəaliyyətini davam etdirir). İqtisadiyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Bu sahələrə kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. C A N H Ə S Ə N Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 8 km şimal-qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə yerləşir. Əkin sahələri ilə nisbətən yaxşı təmin olunmuşdur. Ərazi meyvəçilik üçün daha çox əlverişli olduğundan geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xüsusiyyətlərindəndir. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Adının mənşəyi, yaranma tarixi. Kənd əhalisinin əksəriyyəti XIX əsrdə İranın Həmədan şəhərindən
  • 36. 36 Ağcabədiyə gəlmişlər. Sonradan onların bir qismi Xənəzəyə və Kosalar kəndinə gələrək, Kosalardan 2 km şimalda məskunlaşırlar. Onlar bəy nəslindən idilər. Dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəyovla nəsil bağlarına malik idilər. Deyirlər ki, Üzeyir bəy onlara “Fışqanın yalı” deyilən yerdə beşmərtəbəli ev tikdirib onları məskunlaşdıracaqmış. Canhəsənlilərin qohumlarının xeyli hissəsi Ağcabədidə qalmışdır. Hüseyn bəy adlı varlı qohumları tez-tez Canhəsənə gələr, onlara pul paylayarmış. Kənd əhalisinin bir hissəsi isə Kosalar kənd nümayəndəliyinə daxil olan Qaragavdan köçüb gəlmişlər. Müasir tarix (erməni təcavüzü). Münaqişə başlayar başlamaz Qarabağın bütün bölgələrində olduğu kimi Canhəsən kəndində də əhalinin əlində olan ov silahları yığılmışdır. Çətinliklədə olsa döyüşçülər özləri üçün silah təmin edə bildilər. Bütün çətinliklərə və çatışmamazlıqlara baxmayaraq kənd oğullarının igidlikləri unudulmazdır. Belə igid kənd oğullarından biri də Möhsün Məmmədov idi. O, kəndin müdafiəsində və sonralar Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə xüsusi fədakarlıq göstərmişdir. Bu qəhrəmanlıqlarına görə ona “Azərbaycan Respublikasının Milli Qəhrəmanı” adı verilmişdir. Göründüyü kimi kəndi “Qəhrəman kənd” adlandırmaq olar. Hələ Böyük Vətən müharibəsi başlayan gündən cəbhəyə yollanan kənd oğullarından biri də Surxay Həsənov olmuşdur. Döyüşlərin birində düşmənə əsir düşməsinə baxmayaraq mübarizəsini partizan hərəkatında davam etdirmişdir. Onun qəhrəmanlıqları dillər əzbəridir. 1992-ci il may ayının 8-də Şuşanın işğal olunması xəbəri kəndə mayın 9-da çatanda əhalinin son ümid çırağı da söndü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Kənd müdafiəçiləri qız-gəlini çıxarmaq ümidi ilə Laçın istiqamətində geri çəkilməyə hazırlaşdılar. Bu istiqamətdə
  • 37. 37 olan yllar düşmən tərəfindən tutuldu. Erməni hərbi texnikası Şuşa istiqamətindən kəndə yeridilərək bütün yolları nəzarətə götürdü. Burada da itkilər çox oldu. Əhali apara bilmədiyi əmlak od vuraraq dağlarla çıxmağa məcbur oldu. Tarixi memarlıq abidələri. Ərazidə tapılan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Canhəsən kəndində 28 ailə, 107 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. İqtisadiyyat. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı, əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu aid idi. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 kitabxana, 1 klub, 1 FMM mövcuddur. Q A R A G A V Coğrafi mövqeyi və təbii şəraiti. Kənd Qarabağda, Xankəndindən 14 km şimal-qərbdə, Şuşadan şimal-qərbdə, Xocalıdan cənub-qərbdə dağlıq ərazidə, dəniz səviyyəsindən 1500 m yüksəklikdə yerləşir. On altı evdən ibarət kənd Qırxqız dağının ətəyində yerləşirdi. Kosalar kənd sovetliyinə
  • 38. 38 daxil olan ən ucqar kənd idi. Ərazi əsasən dağlıq ərazi olduğu üçün əkin sahələri ilə az təmin olunmuşdur. Daha çox meyvəçilik üçün əlverişli idi. Geniş meyvə bağları mövcud idi. Soyuq bulaqlar, sıx çay şəbəkəsi kəndin xarakterik xusüsiyyətlərindən idi. Həmçinin meşələri və ətraf dağları zəngin flora və faunaya malik idi. Zəngin çəmənlərə malik olması burada heyvandarlığın inkşafına müsbət təsir göstərirdi. İqlimi yayda sərin, səfalı, qışda isə sərt olurdu. Qış 5, hətta 6 ay çəkirdi. Adının mənşəyi, yaranma tarixi. Qaragav qədim yaşayış məskənlərimizdəndir. Ərazinin məskunlaşılması XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə aiddir. Deyilənlərə görə, əhali əsasən Laçın ərazisindən gəlib. Əhalisi demək olar ki, bir nəsildəndi. Bütün bunlara baxmayaraq, Qaragav ərazisi qədim yaşayış məskəni olmuşdur. Bunu qədim qəbir abidələri, müxtəlif tapıntılar, tikili qalıqları bir daha sübut edir. Ancaq uzun illər bu yaşayış məntəqəsi bütün rəsmi sənədlərdən kənarda qalmışdır. Kosalar kənd nümayəndəliyinə daxil olan kəndlərdə hamı nümayəndəliyin 6 kənddən ibarət olduğunu bilirdi. Lakin bu rəsmi sənədlərdə öz əksini tapmamışdır. Sovet hökuməti dövründə bu, erməni xislətinin nəticəsi olmuşdur. Ermənilər Qarabağda azərbaycanlıların və yaşayış məskənlərinin sayını az göstərmək naminə belə xain əməllərə əl atmışlar. Qaragav adının etimalogiyası da maraq doğuran məsələdir. Qaragav: “Qara” – böyük; ulu; qara (rəng), “Gav” – keçid; çətin keçilən keçid. Müasir tarix (erməni təcavüzü). Torpaqlarımıza qarşı erməni qəsibkarları təcavüzə başlayan gündən Qaragav kəndindən olan könüllülər özünümüdafiə dəstələri yaratdılar. Münaqişə ərəfəsində ruslar tərəfindən əhalinin əlində olan ov silahları da yığıldığından müəyyən çətinliklər meydana çıxdı.
  • 39. 39 Buna baxmayaraq özünümüdafiə dəstələri ümidlərini itirmədən vətənin keşiyində mərd dayandılar. Şuşanın işğalı əhalinin son ümid çırağını da söndürdü. Çünki kənd müdafiəçilərinin ərzaq, silah-sursat ilə təminatında Şuşa yeganə ümid yeri idi. Daha əvvəl Xocalı və Xankəndinin işğalı kəndin vəziyyətini onsuzda ağırlaşdırmışdı. Şuşanın işğalı isə kəndin mühasirəyə düşməsinə gətirib çıxardı. Qız-gəlini çıxarmaq ümidi ilə Qaragav döyüşçüləri Laçın istiqamətində geri çəkilmayə hazırlaşdılar. Əhali düşmənə qalmasın deyə apara bilmədiyi texnikaya və daşınılmaz əmlaka od vuraraq dağlıq ərazilərlə çıxmağa məcbur oldu. Tarixi memarlıq abidələri. Ərazidə mövcud olan qədim qəbir abidələri buranın qədim yaşayış məntəqəsi olduğunu sübut edir. Qaragavın tarixi qəbiristanlığı “Bayramdüşən”dədir. Eyni zamanda tarixi məlum olmayan, araşdırılmamış tikinti qalıqları mövcud idi. Təsadüfi qazıntılar zamanı müxtəlif əşyalar tapılırdı. Əhalisi (sayı, milli tərkibi). Qaragav kəndində 36 ailə, 150 nəfər sakin yaşayırdı. Əhalinin etnik tərkibi yalnız azərbaycanlılardan ibarət idi. Elm, mədəniyyət, maarif, tibb ocaqları. Kənddə 1 məktəb, 1 kitabxana, 1 klub, 1 FMM mövcuddur. İqtisadiyyatı. İşğaldan əvvəl kollektiv təsərrüfat mövcud idi. Bununla yanaşı əhali şəxsi təsərrüfata da malik idi. Əhalinin sosial vəziyyətinin yüksəldilməsində şəxsi təsərrüfat aparıcı rol oynayırdı. Belə təsərrüfatlara kənd təsərrüfatının əkinçilik və maldarlıq olmaqla hər iki qolu, arıçılıq və ovçuluq aid idi. Ancaq əhalinin əsas məşğuliyyəti maldarlıq olmuşdu. Geniş otlaq və meşə sahələri mövcud idi. Qarabağ əhalisinin xeyli hissəsini yağla, ətlə, balla Qaragav təmin edirdi. Geniş əkin və biçənək sahələri var idi. Uca dağların
  • 40. 40 qoynunda, əsrarəngiz təbiətə, gözəl içməli sulara malik olan bu kəndə XX əsrin sonlarına qədər avtomobil yolu çəkilməmişdir. Elektrik yox idi. Əhalinin yeganə nəqliyyat vasitəsi atlar idi. Qoçaq, cəsur adamları ilə seçilən bu kəndin çoxlu qoyun sürüləri, mal-qara naxırları, at ilxıları olardı. Sonradan çəkilən avtomobil yolları Qaragavı Ballıca və Kosalar kəndləri ilə birləşdirirdi. Qarabağ müharibəsi ərəfəsində Meşəli kəndinə qədər dağ yolu çəkilmişdir. Kosalar adının etimalogiyası Kəndin adı və ilk sakinləri ilə bağlı maraqlı məlumatlar vardır. Kəndin ilk sakinlərindən biri də Hacı Avaz olmuşdur. Ona Kosa Avaz (“Kosa” seyrək saqqallı adamlara deyilir) da deyərmişlər. Beləliklə, sonrakı nəsillər Kosalar adlandırıla, kəndin adı da belə yarana bilərdi. Azərbaycanın bir çox bölgələrində, o cümlədən qədim yurdumuz Borçalı mahalında Kosalar adlı yaşayış məntəqələri mövcuddur (aşağıdakı cədvələ bax).
  • 41. 41 Bəzi yaşayış məntəqələrinin adlarındakı sonluqlarda fərq olsada, əslində adlar eyni kökdəndir. Maraqlıdır, hələ bizə məlum olan bu yaşayış məntəqələri (ola bilsin ki, qədim Qərbi, Cənubi Azərbaycan, yaxud da ki, digər bölgələrimizdə belə adlı yaşayış məntəqələri vardı) tarixi Azərbaycan torpaqları boyunca səpələnmişdir. Bu yerdə həmin adın etimalogiyası bizi düşünməyə vadar edir. Xocalı rayon Kosalar kəndinin adı ilə bağlı ehtimalı xatırlayaq. Bəs onda digər yer adlarının adı hardandır? Bu sahədə müxtəlif Yaşayış məntəqəsinin adı. Hansı kənd nümayəndəliyinə daxildir. Hansı rayona daxildir. Kosalar k. Kosalar k. Xocalı Kosalar k. Göytəpə k. Ağdam Kosalar k. Kosalar k. Qazax Kosalar k. Kərmətük qəsəbə Nüm. Lənkəran Kosalar k. Qosmalan Lerik Kosalar k. ------------- Laçın Kosalar k. ------------- ------- (Türkiyə, Şərqi Anadolu) Kosalar k. Ağbulaq ərazi. ------- (Gürcüstan, Borçalı) Kosalı k. ------------- Qardabani (Gürcüstan) Kosakan (lar) k. Cahangirbəyli Zəngilan Kosagül k. Banbaşı Masallı Kosacan k. Siyaqut Şərur
  • 42. 42 fərziyyələr yürütmək olar. Ancaq bir fakt mövcuddur ki, bu ad Türk mənşəlidir və bu məntəqələr qədim Azərbaycan yaşayış məskənləridir. Baxmayaraq ki, bədnam qonşularımız, ermənilər “Kosa” sözünün sonuna “kan” hissəciyi artırmağa cəhd etmişlər. Bu nə adın mənasını, nə də ki, kənd əhalisinin mənşəyini dəyişə bilməz. Kəndimizdə əhalinin məskunlaşması ilə əlaqədar bir neçə fərziyyə mövcuddur. Bunlardan biri Laçının Kosalar kəndindən gələnlərlə əlaqələndirilməsidir. Ancaq bu, bir o qədər də ağılabatan deyil. Əhalinin oradan köçüb eyni şəraitə malik əraziyə gəlməsi ideyası bir o qədər də özünü doğrultmur. Başqa bir məlumatda bildirilir ki, kənd əhalisi Qazağın Kosalar kəndindən gəlmişdir. Tariximizin vərəqlərini bir-bir səhifələdikcə görürük ki, gürcülər tez-tez Azərbaycan sərhədlərini pozardılar. Nəticədə çoxlu adam qaçıb canını onların basqınlarından qurtarmışlar (mənbələrin məlumatına görə Türk soylu Qazax tayfası XI- XII əsirlərdə Azərbaycanın şimal-qərb torpaqlarında məskunlaşmışdılar. XVIII əsrin əvvəllərində bir hissəsi Qarabağa köçmüşdür). Bu ehtimallar da özlüyündə sübutunu tapmamış bir fərziyyədir. Bütün göstərilən maraqlı tarixi faktlara baxmayaraq, Kosalar kəndi qədim tarixə malik kəndlərdən biridir. Tarixi faktlar, araşdırmalar kəndin 700 illik tarixə malik olduğunu sübut edir. Nəsil şəcərələrini izlədikcə bir daha buna əmin olursan. Demək heç də burada əhalinin məskunlaşmasını XVIII əsrə aid etmək doğru olmazdı. Əhali burada köklü tarixə malikdir. Bunu təstiq edən tapıntılar az deyildir. Əksinə, kəndin daha da qədim tarixə malik olduğunu göstərir. Təpə adlanan yerdə tikinti işləri aparılan zaman və Balaqan adlanan yerdə əkin zamanı tapılan küplər, mis, gümüş qurşaqlar, mis qablar,
  • 43. 43 Qədim qəbir abidəsi gil qablar və s. tapıntılar, eyni zamanda müsəlman adət- ənənəsinə uyğun qədim Oğuz qəbir abidələri kəndin qədim Oğuz-Azərbaycan yurdu olduğunu sübut edir. Bu qəbir abidələrinin üzərində yazılar olmasa da, qeyd etdiyimiz kimi dəfn üsulu bu qəbirlərin babalarımıza, həm də çox keçmişdə yaşayan ulu babalarımıza aid olduğunu göstərir. Əhalinin haradan gəlib, nə zaman məskunlaşmasından asılı olmayaraq, biz o yerlərdə doğulmuş, böyümüş, öləndə də o yerlərdə ölməliyik. İnsanın doğulduğu yer onun anasıdır, onun üçün müqəddəsdir.
  • 44. 44 Toponimika (Yer adları) Hər bir yerdə olduğu kimi Kosalar kəndində də maraqlı yer adları mövcud olmuşdur. Bu adların hərəsinin öz tarixi, mənşəyi və maraqlı izahı vardır: Uzun yer- eninə, boyu nisbətən çox uzun olduğuna görə belə adlandırılmışdır. Pencərli yal- heyvanların yataq yeri olduğundan həmin yerdə çoxlu pencər (cincilim) olurdu. Ağaların yeri- yəqin ki, ya hansısa ağanın və yaxud ağa adlı adamın yeri olmuşdur. Sarının binəsi- Sarı adlı bir nəfər həmin yerdə ağacdan tövlə tikib mal qara saxlayıb. Yəni binə edib. İmamqulu əkən- adı çəkilən şəxsin əkin yeri olmuşdur. Əskər əkən təpə- adı çəkilən şəxsin əkin yeri olmuşdur. Mədətin yeri- Mədətin əkin-biçin sahəsi olub. Zoğallıq- əkin yeri olmuşdur, ətrafında zoğal ağacı çox idi. Cəbrayılın yeri- Cəbrayılın əkin-biçin sahəsi olub. Qurbanın yeri- Qurbanın əkin-biçin sahəsi olub. Zamanın yeri- Zamanın əkin-biçin sahəsi olub. Sarı tala- qış vaxtı kolxozun mal-qarasının saxlandığı yer olub. Bu ad orada çoxlu müxtəlif sarı çiçəklərin olması ilə bağlıdır. Göl yeri- vaxtı ilə göl olub. Balaqan- ? Əzgilli- əzgil ağaclarının çoxluq təşkil etdiyinə görə həmin yerə bu ad verilmişdi. Ya Əli dağı- dağ kəndin cənubunda yerləşirdi. Göründüyü kimi qibləyə düşürdü. Ola bilsin ki, bu baxımdan sakinlər üzlərini qibləyə tutub Ya Əli deyə iman gətirərək, kömək diləmişlər... Muxtökən (Mıx tökən)- sərt yoxuş olduğu üçün atların ayağında nal durmurdu. Çobandaşaşıran- el yaylağa gedərkən həmişə bu ərazidən keçərdi. Çobanlar hündür qayanın arxa üzünə daş aşırmaq üçün mərc gəlirlər. Biri bu işin öhdəsindən gələ bilir, bununla həmin qayanın adı Çobandaşaşıran qalır. Mıraqaz- ? Mirzə əkən- Mirzə kişinin əkin sahəsi olub. Darılı- çox güman ki, həmin ərazidə darı əkinləri üstünlük təşkil etdiyindən həmin ərazi belə adlandırılmışdır.
  • 45. 45 Çalayurd- ərazi yurd yeri idi. Çökəklik olduğuna görə belə deyilirdi. Qaşqa güney- Ərazinin relyef xüsusiyyətlərinə görə bu cür adlandırılırdı. Təndirli- ? Dəflər- yurd yeri idi. Hər yay burada çoxlu alaçıqlar (dəf) qurulurdu. Belə adlandırmanın səbəbi bu idi. Hacı talası (İsmaylın talası)- ərazidə İsmayıl adlı bir şəxsin evi mövcud olmuşdur ki, son zamanlara qədər həmin binənin qalığı dururdu. Kotanqaya- zirvəsi şiş qaya kotana bənzədiyi üçün ona belə deyilirdi. Darçay- dar sıldırım qayalarla əhatə olunmuş dərədən axırdı. Çuxur tala- adı çəkilən tala çökək ərazi quruluşuna malik olduğuna görə belə adlandırılmışdır. Ola bilsin Çalayudla eyni əraziyə işarədir. Palçıqlı- yurd yeri olub, ilin yağıntılı aylarında palçıqlıq olardı. Qurtlu bulaq- suyun içində qurdlar üzərmiş. Şotlanlı yaylağı- ? Ələm ağacı- İmamlarımızın qətil günü insanlar həmin ağacın ətrafına toplaşaraq mərsiyə deyərmişlər. Yelli gədik- gədik aşırım deməkdir. Ərazi küləkli olduğu üçün belə adlandırılmışdır. Qırxqız- adın mənşəyi şah və onun qırx kənizi haqqındakı rəvayətlə əlaqələndirilir. Pərişan doğranan- deyilənə görə, həmin ərazidə Pərişan adlı bir nəfər öldürülmüşdür. Nayıblı dağı- ? Bayram düşən- Bayramın yurd yeri olub. Laləli dağ- ərazidə lalə gülü çox idi. Təkqəbir- ərazidə tək məzar olmuşdur. Talanın bulağı- bulaq yerləşdiyi ərazinin xüsusiyyətlərinə uyğun adlandırılmışdır. Haça bulaq- ? Cavadların bulağı- kəndin adı ilə adlandırılmışdır. Fındıqlı- ərazidə fındıq ağacı çoxluq təşkil edirdi. Maşınuçan- ərazidə maşın qəzaya düşmüşdür. Məhəmməd Ağanın qoruğu- Məhəmməd ağanın qoruq yeri olmuşdur. Dəvəboynu- ərazinin relyef quruluşu dəvənin boynunu xatırladırdı. İstisu bulağı (İstisu)- ? Sarı bulaq- ? Alçalı- ərazidə alça ağacı üstünlük təşkil edirdi
  • 46. 46 Qreh yolu- fransızlar Çayqovuşandan Laçının Fərraş və Nürəddin kəndlərinə Avropaya qiymətli qırmızı palıd aparmaq üçün araba yolu çəkmişdilər. Çayqovuşan- ərazidə iki çay qovuşurdu. Sağ qol Sarıtala çayı, sol qol Alçalı çayı burada qovuşur. Ulasdı yal- vələs ağacı ərazidə çox bitdiyi üçün belə adlandırılırdı. Kosalar kəndi və ətrafındakı ərazilərdə adını çəkmədiyimiz belə yerlər çox idi. Kosalar XX əsrin əvvəllərində XX əsrin əvvəllərində Kosalar kəndi ağır sınaqlardan çıxmalı olmuşdur. 1905-ci ildə ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırım hadisələri zamanı Kosalar da erməni planından kənarda qalmamışdır. Ermənilərə qarşı cavab əməliyyatlarında-döyüşlərdə Kosalar igidləri də fəal iştirak etmişdir. Mir Mövsüm Nəvvabın “1905-1906-cı ildə erməni-müsəlman davası” adlı kitabında Kosaların ermənilərə qarşı mübarizəsindən bəhs olunmuşdur. Bu kitabda kəndimizin bir çox igidlərinin adı çəkilmişdir. Ermənilər həmin zaman Kosalar kəndinə ayaq basa bilməmişdilər. Layiq olduqları paylarını alaraq, geri qayıtmışdılar.
  • 47. 47 Mir Mövsüm Nəvvabın yazdığına görə, ermənilərə qarşı mübarizədə xəlfəlilərin arasında Qasım (Vəli oğlu Qasım) adlı çox qeyrətli bir gənc vuruşurdu (yaşlı adamların verdikləri məlumatlara görə Qasım Xəlifəli döyüşündə yox, Kosalar kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur). O, bu mübarizədə hədsiz cəsarət və qəhrəmanlıqlar göstərirdi. Döyüşlərin birində Qasım 4 erməni öldürmüşdü. Həmin döyüşdə birdən qəfil bir namərd gülləsi onu haklayır (Qasımı ermənilər Tumaş daşının yanında öldürdülər. Qasım vurulduqdan sonra ermənilər üç gün toy edərək şənlənmişdilər). Daha bir cəsur Kosalar övladı döyüş meydanında qəhrəmancasına həlak olur. Onun cənazəsi Kosalar kəndinə gətirilir. Bir neçə nəfər at və qatırla molla dalınca Qalaya (Şuşaya) gedirlər. Yolda ermənilər onları Yel dəyirmanı qayasından və Qaybalı kəndindən atəşə tutdular. Onlar çətinliklə özlərini “Qala”ya çatdıra bildilər. Əhvalatdan xəbər tutan “Qala” (bəzən Şuşa şəhərinə belə müraciət edirdilər) əhli silaha sarıldı... Məlum olduğu kimi XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü daha da artmışdır. Belə təcavüzlərə qarşı tutarlı cavab verən şəxslərdən biri də İsmayıl oğlu Valah olmuşdur. O, sözün əsl mənasında erməni qatili idi.
  • 48. 48 Qeyrətli vətən oğullarından biri də Qara Tağı olmuşdur. O da ermənilərə qarşı aparılan mübarizədə xüsusi ilə amansız olmuşdur. Bundan əlavə, Şırlan yaylağını zəbt edərək, özünə mülk etmişdir. XX əsrin əvvəllərində ermənilər Kosalara torpaq iddiası etməyə başladılar. İş məhkəməyə düşür. Əslən Kosalar kəndindən olan Qara Tağı və Murtuza Xəlfəli kəndində və Kosalarda yerləşən ən qədim qəbiristanlıqda yerləşən baş daşlarını tapıb, məhkəmədə bir daha bu yerlərin onların ata-babalarına məxsus olduğunu sübut etmişlər. Məşədi Əbdül kişi və həyat yoldaşı Bayaz xala Kosalar kənd Sovetliyinə daxil olan Canhəsən kəndində yaşayırdılar. Süfrəmizin qırağında böyüyən ermənilər daim onlarda olardılar. Həmişə hörmət görər, bu evin çörəyini yeyərdilər. Sonralar bədnam düşmənlər dəfələrlə Canhəsənə hücum edir. Növbəti basqında Məşədi Əbdül və yoldaşı kəndi tərk etmir. Fikirləşirlər ki, bədnamlara bu qədər çörək vermişik, bizə heç nə etməzlər. Düşmən onların evlərinə də “təşrif” buyurur. Bayaz arvad onlara deyir ki, sizə bu əllərimlə çörək vermişəm. Mənfur, vicdansız, çörəyi dizinin üstündə olan düşmənlər deyir ki, elə birinci bizə çörək verən o əlini kəsəcəyik. Belə də edirlər. Oğlanları Məcid (Həsənov), anası ermənilər tərəfindən öldürüldüyü üçün, təkbaşına erməni kəndlərinə yaxınlaşır, bulaq üstündəki ağaca çıxır, bulağın başına gələnləri vuraraq, anasının qisasını alır, düşməni öldürür, əllərini kəsir. Deyir: “Bu atamın əvəzi, bu anamın əvəzi”. Sonralar ondan soruşanda ki, nə qədər erməni öldürmüsən, deyərmiş başımın tükünün sanı qədər, çoxlarına da cavab verməzmiş. Bir dəfə Məcid kişi Xankəndinə gedir. Dükanların birində əzəldən düşməni olan bir erməni ilə qarşılaşır. Onlar bir-birlərini tanıyırlar. Erməni xəncəri çıxararaq ona hücum edir. Məcid kişi özünü itirmədən yalın əllə xəncərin ağzından tutub onun əlindən alır. Bunu belə görən ətrafdakı ermənilər həmvətənlərini Məcid kişinin əlindən xilas edirlər.
  • 49. 49 Ermənilər tərəfindən faciəli şəkildə öldürülmüş insanlardan biri də Ağəli olmuşdur. Kərbəlayi Məmməd oğlu Ağəli 1879-cu ildə Kosalar kəndinin Başkənd obasında anadan olmuşdur. O, el-obada igidliyi ilə ad-san qazanmış bir şəxs idi. Ağəli də elin dar günündə silaha sarılaraq doğma kəndinin müdafiəsinə qalxmışdır. Müharibə şəraitində silah- sürsatnan təminat çətinləşmişdir. Belə bir vaxtda Ağəli gizli yolla Malıbəylidən silah-sursat gətirirdi. Malıbəyli Kosalar kəndindən 10 km şərqdə, Xankəndinin şimal-şərqində yerləşirdi. Bir gecədə bu qədər dağlı-dərəli yolu qət edib, kürəyində silah, patron gətirmək hər igidin hünəri deyildi. 1905-ci ilin dumanlı payız günlərindən birində, “Yalobanın tili” adlanan qayalıqda bizim döyüşçülərə patron apararkən düşmənlə qarşılaşır. Bunu görən ermənilər onu Azərbaycan dilində çağırırlar. Kişi aldanaraq onlara tərəf gedir. Ermənilər əvvəlcə onun barmaqlarını, qolunu və qıçını, daha sonra başını kəsirlər. Onlar qaçıb gedəndən sonra bizimkilər kişinin cəsədini bir yerə toplayıb dəfn etmişlər. Sonrakı döyüşlərdə Kosalar igidləri düşməni darmadağın edərək layiqli cavablarını verdilər. İgid Kosalar oğullarından biri də Abdulhüseyn olmuşdur. O da əfsanəvi mübariz Kosalar sakinlərindən idi. Abdulhüseyn sonradan Xankəndində məskunlaşmışdır. Burada onun 4 otaqlı evini ermənilər yandırdığından yenidən doğma yurdu-Kosalara pənah aparmışdır. O, bu kəndin müdafiəsində və erməni quldurlarına qarşı mübarizəsində fəal iştirak edərək xüsusi qəhrəmanlıqları ilə fərqlənmişdir: Abdulhüseyn bir dəfə eşidir ki, ermənilər Şuşa qalasına hücum edəcəklər. Gedib türk əsgərlərinə xəbər verir ki, ermənilər hücum edəcəklər. Türk əsgərləri ermənilərin tutarlı cavablarını verərək onları geri çəkilməyə məcbur etmişlər. Bu döyüşdə azərbaycanlılar da türklərlə birgə hərəkət edirdilər. Abdulhüseyn də onlarla birgə idi. Bu döyüşdə xeyli sayda erməni qulduru məhv edilmişdir. Ballıcada (Abdulhüseyn Ballıcaya, Xənəzəyə, Mehdikəndə, Badaraya edilən hücumlarda həmişə iştirak edərdi) ermənilərin üzərinə hücum
  • 50. 50 edirlər (çox vaxt o özü tək gedirmiş). Ermənilər qaçıb bir binaya-Əlihisan bəyin evinə sığınırlar. Abdulhüseyn və yoldaşları onun evində gizlənən ermənilərin hamısını qırır. Abdulhüseyn qapının arxasında bir qız görür. O, qorxudan tir- tir əsərək ağlayırdı. Bu gözəl qız Əlihisan bəyin qızı idi. Abdulhüseynin ona yazığı gəlir, onu öldürmür, kar Səmədə verir ki, apar dağa, ailəmin yanına. O da kəndə (Kosalara) gələrkən yolda (meşədə) qızı öldürür. Abdulhüseyn dağa gələn kimi “Səməd bura kimisə gətirməyib?”- deyə qızı soruşur. Deyirlər ki, yox. Səməddən soruşur. Səməd deyir ki, onu meşədə öldürdüm. Abdulhüseyn Səmədi yerə yıxaraq, xəncərlə başını kəsmək istəyəndə güclə əlindən alırlar. Abdulhüseynin igidlikləri bununla bitmir. Abdulhüseyn Salahla Xankəndindən 160 başa qədər qaramal qarət edib kəndə gətirmişdir. Ballıca kəndində 40 erməni evinin yandırılmasında iştirak etmişdir. Qaybalı kəndində ermənilər bir uşağı şaqqa vuraraq gəlin ət alın deyə car çəkiblər. Abdulhüseyn də Soltan bəyin qoşunu ilə birgə ermənilərə qarşı hücumda iştirak edir. Onlar ermənləri qıraraq uşağın meyidini basdırmışlar. Abdulhüseynin bibisi oğlu Qasımı ermənilər öldürmüşdülər. O, Qasımın qanını Darçayın körpüsündə 20 erməni öldürməklə almışdır. Abdulhüseynin dayıları Saleh və Valeh də bir çox erməni evlərini yandırmışdır. Kalxozlaşma ilə əlaqədar olaraq, Sovet quruluşundan ziyan çəkənlər arasında Abdul- hüseyn də olmuşdur. Onun 200 baş mal-qarası müsadirə edilərək kolxoza verilmişdi. Nəticədə özü də kolxozda işləməyə məcbur olmuşdur. Bağırov ona demişdir: “Sən bizim düşmənimizsən. Çoxlu erməni öldürmüsən”. Ona görə də onu və 4 qardaşını-Musa, Abdulhəsən, Cəmil və Xəlili sürgün etmişdilər. Bununla kifayətlənməyib, onun yüzlərlə hektar yerini, evini və qalan bütün əmlakını müsadirə etmişlər. Harada və necə ölməsi ilə bağlı heç bir məlumat yoxdur.
  • 51. 51 Yaşlı nəslin əksəriyyəti ermənilərə öz layiqli cavablarını vermişlər. Bunlardan Mirzalı Əhmədovu göstərmək olar. 80- ci illərin ortalarında Mirzalı kişi Xankəndində tibbi əməliyyat olarkən erməni həkim soruşur ki (guya zarafatla) köhnə kişilərdənsən, nə qədər erməni öldürmüsən? Mirzalı kişi cavab verir ki, sənin başının tükü qədər. Bircə sən qalmısan. O vaxt əlimə düşsəydin, səni də öldürərdim. Cavabdan pərt olan erməni həkimi xəfifcə gülümsəyir. Mirzalı kişi 1905-ci il erməni müsəlman davasının canlı şahidi olub. 1918-ci il hadisələri zamanı ermənilərə qarşı mübarizədə yaxından iştirak edib. Mirzalı kişi danışarmış ki: “Ermənilər 1918-ci ildə Kosalara Qaybalı tərəfdən hücum etmişdilər. O vaxt onları həmin ərazidə çox qırmışıq. Rəhmətlik Abdulhüseynlə vuruşan dəstələrə Malıbəylidən qorxulu yollarla çox patron daşımışıq”. Bir dəfə o, yoldaşları ilə erməni hücumunun qarşısını alarkən təklənir. Qəflətən qarşısına 12 nəfərlik bir dəstə çıxır. Mirzalı kişi tüfəngi çəkərək, dayanın, deyir. Gələnlər deyirlər ki, atma, azərbaycanlıyıq, Soltan bəyin adamlarındanıq. Mirzalı kişi də onlara qoşularaq birlikdə hərəkət edirlər. Erməniləri pərən-pərən saldıqdan sonra Soltan bəy onları yanına çağıraraq deyir, hansınız idi mənim adamlarıma tüfəng çəkən? Mirzalı kişi vəziyyəti başa salaraq, mən idim, deyir. Soltan bəy onun alnından öpüb afərin, deyir. Bu ərəfədə xəbər gəlir ki, ermənilər Canhəsən kəndinə hücuma keçiblər. Soltan bəy dəstəsini üç yerə bölərək 6 nəfərdən ibarət bir dəstəni Mirzalı kişiyə tapşırır. Onlar üç istiqamətdə hücuma keçərək erməniləri pərən-pərən salırlar.
  • 52. 52 Məhəmməd ağa Ataxan oğlu Sayılan kənd sakinlərindən biri də Kosalar, Ballıca, Xanbağı, Xocalı, Xənəzək və s. ərazilərdə mülkləri olan Məhəmməd ağa olmuşdur. O, ucaboy, xasiyyətcə mülayim adam olmuşdur. Onu da qeyd etməliyik ki, Məhəmməd ağanın təsir gücünü həmişə ermənilər hiss etmiş, ondan qorxmuşlar. Bu barədə yaşlı adamlar çox danışırlar. Demək olar ki, onun Kosalar sakinləri ilə daim xoş münasibətləri və əlaqəsi olmuşdur. Sonralar ermənilər onu öz ev-eşiyindən didərgin etmişlər (1903). Məhəmməd ağa Kosalara gələrək, kənddən 3 km şimal-qərbdə özünə yeni iqamətgah salır. O, burada bir çox ərazilərin məskunlaşmasında əhaliyə kömək edir, öz mülklərindən onlara yer ayırırdı. Ölümündən sonra mülkləri baxımsız qalaraq dağılır. Ancaq son zamanlara qədər onun iqamətgahının qalıqları qalırdı və bu ərazilərə “Məhəmməd ağanın otağı”, “Məhəmməd ağanın evi” -deyə müraciət edirdilər. 1905-1906-cı illər erməni-müsəlman davası ərəfəsində erməni quldur dəstələri Xənəzək kəndinə basqın edirlər. Məhəmməd ağanın bu kənddə gözəl imarətləri və bağları var idi. Erməni quldurları vəhşicəsinə bu imarətləri dağıtmış, bağlarını ağaclarını doğramış, evdə olan mal-dövləti qarət etmiş və üç yüz qoyununu aparmışlar. Məhəmməd ağanın nökərləri qaçıb canlarını xilas edə bilmişlər. Çoban isə onlardan qurtara bilməmişdi. Quldurlar onu vəhşicəsinə öldürmüşlər. Xanəzək kəndi və Xanbağı da Əbrəxanovun mülkü idi. Məhəmməd ağanın orada tikdirdiyi ikimərtəbəli mülki var idi. Xənəzək kəndində onun evi indi də kafirlərə məktəb kimi xidmət edir. Xanbağında isə onun qış iqamətgahı, tut, alma, armud və s. meyvə bağları olmuşdur. Ağdərə də Məhəmməd ağanındır. Bu mülk atası Əbrəxanovdan ona miras qalmış, o isə oranı qızına cehiz vermişdir.
  • 53. 53 Represiya illəri Azərbaycan xalqına qarşı törədilən faciələr, qırğınlar, sürgünlər bitmək bilmir. Hələ ən dəhşətli faciəmiz qabaqda idi. 1937-1939-cu illər Azərbaycan xalqının başına gətirilən represiya Kosalar kəndindən də yan keçməmişdir. Kənddə az, çox dünyagörüşlü, savadlı adamları “Kulak”a salıb sürgün edirdilər. Kənddən 25 nəfər müxtəlif səbəblərdən; bir neçə arı saxladığına görə, müəyyən qədər ərzağa malik olduğuna görə, məhsul oğurluğu adı ilə şərlənərək sürgün və represiyaya məruz qalmışlar. Əgər bir kənddən, həm də əhalinin sayı elə də çox olmayan bir dövrdə bu qədər adam sürgünə göndərilmişsə, onda Respublikada represiyanın miqyasını müəyyən etmək çətin deyildir. Represiya qurbanları yaşayış üçün əlverişli olmayan Uzaq Şərqə, Sibirə, Qazaxıstana sürgün edilirdilər. Sürgünə göndərilələrin doğma yurdları ilə buranın iqlimi, mühiti arasındakı kəskin fərqlər ucbatından onların çoxu məhv oldu. Bir neçəsi geriyə dönüşün olmadığını anlayaraq, həyatlarını bu torpaqlara bağladılar. Sürgün olunanların içərisində bəxt üzlərinə gülənlər də oldu. Onlara yenidən vətənə qayıtmaq xoşbəxtliyi nəsib oldu. Kosalar Kənd Sovetliyində 1937-ci il represiyasına məruz qalanlar: 1. Abdullayev Abduləli Abduləli o. 2. Ağaməmmədov Məhəmməd 3. Bağırov Məmmədbağır Vəli o. 4. Həsənov Mikayıl Cəbrayıl o. 5. Həsənov Nadir Cəbrayıl o. 6. Həsənov Valeh İsmayıl o. 7. Hümbətov Mirzalı Əhməd o. 8. Quliyev Abdulhüseyn Heydər o. 9. Quliyev Adil Cavad o. 10. Quliyev Ağalar Abış o.
  • 54. 54 11. Quliyev Əbülhəsən Heydər o. 12. Quliyev Həmzə Məşədi Cavad o. 13. Quliyev Murtuza Rza o. 14. Quliyev Musa Heydər o. 15. Quliyev Mirzə Rza o. 16. Nəcəfov Nəcəf Bayraməli o. 17. Nəcəfov Sarı Bayraməli o. 18. Nəcəfov Usub Ələsgər o. 19. Nəcəfov Zaman Ələsgər o. 20. Nəcəfov Azad Ələsgər o. 21. Nəcəfov Mahmud Ələsgər o. 22. Rüstəmov Zülfüqar Tağı o. 23. Rzayev Fərhad Murtuza o. 24. Rzayev Murtuz Murtuza o. Bu illərdə haqsız yerə günahsız adamları haqsız olaraq dövlətə xəyanət etməkdə ittiham edərək ya güllələyiblər, ya da Uzaq Sibir və Qazağıstan çöllərinə sürgün ediblər. Qaçaq Mahmud Nəcəfov Mahmud Ələsgər oğlu Kosalar kəndində anadan olmuşdur. Uşaqlığı və gəncliyi bu yerlərdə keçmişdir. O, sarıyanız, boydan çox da hündür olmayan bir adam idi. Şura hökmətinin Azərbaycanda yeritdiyi mürtəce siyasətə və kollektivləşdirməyə qarşı yüzlərlə silahlı qaçaq dəstəsi fəaliyyət göstərirdi.1931-ci ildə kollektivləşdirməyə qarşı çıxan 132 qaçaq dəstəsi fəaliyyət göstərmişdir. Təkcə 1929-33-cü illərdə - 4 il ərzində onların sayı 400-dən çox olmuşdur.
  • 55. 55 Belə qaçaqlardan olan, öz igidliyi, qoçaqlığı, qorxmazlığı ilə seçilən, yuxarı Qarabağın Kosalar kəndində doğulmuş, ad-sanı ilə tanınan Qacaq Mahmud nəinki sovetlərə, hətta ermənilərə qarşı çox amansız olmuşdur. Qaçaq olmasının səbəbi isə ermənilərin ona qarşı qərəzli hücumları olmuşdur. Çünki o da çoxlu erməni öldürmüşdür. O zamankı rayon rəhbərləri Mahmudu tapıb və həbs etmək istəyirlər. Ancaq Mahmud erməni silahlılarının qabağından elə qaçır ki, arxasınca güllə belə ata bilmirlər. O, həm də sərrast atıcı olmuşdur. Xankəndində Cəlal adlı bir erməni var idi. Qaçaq Mahmud onu Kərkicahan tərəfdə o tay-bu tay “5 atılan“la atır. Digər erməni quldurları başçılarının qanını almaq üçün Mahmudu atəşə tutaraq mühasirəyə almağa çalışırlar. O, düşməni aldatmaq üçün yapıncısını yerə ataraq, atın döşünə yatıb oradan uzaqlaşır. Yapıncını görən düşmən Mahmudun vurulduğunu və atının qaçdığını zənn edirlər. Erməni quldurbaşı Calal ölməzdən qabaq, yaralıykən: “Məni o məsafədən ancaq Mahmud ata bilərdi” -demişdir. Bunu sonradan Calalın qızları deyirmiş. Digər bir məlumata görə Mahmud kişi Əsgərandan keçəndə görür ki, ermənilər daşa dolub onu gözləyirlər. Atı bərk sürərək çiynindəki yapıncısını irəli tullayır. Düşmənlər elə bilirlər ki, Mahmudu vurdular və o, atdan yıxıldı . Yapıncını gülləyə tuturlar o isə atı geriyə çevirərək aradan çıxır.
  • 56. 56 Mahmud çox ehtiyatlı adam idi, heç kimə güvənməz, çətin vəziyyətdə cəld qərar qəbul edərək gözlənilməz manevr edib vəziyyətdən çıxardı. O, heç vaxt başqa adamla, hətta ailəsi ilə bir yerdə yatmazmış (iki adamla bir yerdə yatmalı olanda, yoldaşı yatandan sonra yerini dəyişərdi). Başqa-başqa yerlərdə qalar, yerini tez-tez dəyişərmiş. Kosalar ərazisini “beş barmağı” kimi tanıyırdı. Müxtəlif ərazilərdə yalnız özünə məlum olan daldalanacaqları var idi. Belə yerlərdən biri də Sarı tala meşəsindəki kaha idi ki, ona sonradan Mahmudun “siqreti” deyirdilər. Bir dəfə Mahmudun gizləndiyi yeri NKVD (Xalq Daxili İşlər Komisarlığı) qüvvələri mühasirəyə alır. Bu yerdə onun vəziyyətdən cəld çıxmaq bacarığı köməyinə gəlir. Mahmud daldalandığı yerdən düşmənə atəş açmağı ailəsi üçün təhlükəli hesab edir. O, qadın paltarı geyərək tüfəngi altdan qurşanıb, əlində səhəng suya getmək adı ilə içərdən çıxır. Milis işçiləri onun bu fəndinə aldanaraq su dalınca getməsinə icazə verirlər. Bir az aralaşdıqdan sonra daşın dalına girib silahını milis işçilərinə tərəf tuşlayaraq deyir: “Malı-mülkü götürün, ailəmi sərbəst buraxın, yoxsa leşinizi yan-yana sərəcəyəm”. Mahmudun sərrast atıcılığına bələd olan NKVD qüvvələri onun ailəsini sərbəst buraxırlar. Mahmud evinin çardağında yatdığı yerdə hiss edir ki, milis işçiləri evə daxil oldu. Yuxarıdan aşağı onların ayaq səsinə birini vurur və çardaqdan atın belinə atılaraq aradan çıxır. Bir gün Mirzəyev Hüseyn yolla getdiyi yerdə arxadan səs gəlir: “Geriyə çönmə, get evdən çörək gətir o ağacdan as”. Hüseyn kişi elə də edir. Bu arada səs-küy düşür ki, kəndə milis işçiləri gəlirlər... Sonradan Hüseyn kişi çörək qoyduğu yerə bir neçə dəfə baş çəkir ki, görsün götürülüb ya yox. Ancaq çörək yerində idi... Mahmud ermənilərə qan uddururdu. O, çox erməni öldürmüşdü. Sarı Babada, Qırxqızda hökümətin çoxsaylı dəstələri onun dalınca düşərmiş. O da həmişə bir və yaxud ikisini vurduqdan sonra Mahmudan əl çəkib geri qayıdarmışlar.
  • 57. 57 Bəzən müxtəlif şəxslər el dağa gedəndə köçü çapıb talayarmışlar və deyərlərmiş ki, bunu edən Mahmuddur. Bunun cavabını Mahmud çox sərt ödətmişdir. Onun arvadı Züleyxa da Mahmudla birgə 5 il qaçaqlıq edib. Meşədə Züleyxanın bir qızı olur. Adını Sığınaq qoyurlar. Onu uşaqla birgə tutaraq türməyə salırlar, sonra onu uşaqla birgə türmənin yanında bir erməni evinə verirlər ki saxlasınlar. Mahmud kişi günün günorta çağı gedib NKVD Kiponun evinə girir. Kiponu hədələyib deyir ki, sabah onu azad edib qohumlarına verməsən səni öldürəcəyəm. Kipo səhər tezdən arvadı azad edib, Ağdamın Sarıcalı kəndində qardaşlarına təhvil verdirir. Ancaq təəssüflər olsun ki, uşaq ölür. Züleyxa arvadı iki dəfə tutmalarına baxmayaraq Mahmud kişi onu azad edir. 1937-ci ilə qədər hökumət onun 100 baş inəyini, bir ilxı atını, qoyun, keçi sürüsünü və ev əmlakını əlindən alır. Hökumətlə heç cür barışmayan Mahmud dövlətə, erməni mənşəli məmurlarına qarşı daim amansız olmuşdur. Onun Usuf, Azad, Behbud və Zaman adlı qardaşlarını həbs edib sürgünə göndəriblər. Ancaq Kosalar əhalisi həmişə Mahmuda əllərindən gələn köməkliyi etmişlər. Deyilənə görə, onun 150 baş qaramalı, 2000 baş qoyunu, at ilxısı, Xankəndində evi və karvansarası olmuşdur. Eyni zamanda atasınnan da böyük mal-dövlət qalmışdır. Sadalananlardan əlavə Darçayda onun iki dəyirmanı olub. Son dövürə qədər dəyirmanın daşları dururdu. “At muraddı” -deyiblər. Mahmud kişinin bir boz atı var imiş. Onunla İrana və başqa yerlərə tez-tez səfərlər edərmiş. Bir gün bu atı canavar yeyir. Bir həftə çörək yeməyən Mahmud kişi deyir ki, boz atım getdi, mənim igidliyim də getdi. Bir dəfə qaçahaqaç düşür, Mahmud kişi bütün qızıllarını yığıb qardaşı arvadı Dürdanəyə (Məhəmməd ağanın qızı olub) verir. Çayı keçəndə qızıllar onun əlindən çaya tökülür. Mahmudun oğlu Məhəddin Məmmədov: “Mənim atam ancaq erməniləri qırıb. Ermənilər atamı çox hərləyib, lakin tuta bilməyiblər. Əsas məskəni Qırxqız meşələri olub. Mir Cəfər Bağırov çox dəvət edib ki, üzə çıx səni tutmayacam”.
  • 58. 58 Bir dəfə Mahmud Ağdam tərəfdə ailəsi ilə dostunun yanında idi. NKVD-dən bir qrup milis işçisi dostunun evinə gəlir.Onlar Mahmudu tanımırlar. Birdən bir nəfər milis işçisi gözü Mahmudun oğluna sataşır. O, deyir: “Gözlərin necə də Mahmudun gözlərinə oxşayır”. Ev yiyəsi: “Mənim oğlumdur” - deyərək, izi yayındırmaq üçün uşağı atı qaytarmaq bəhanəsi ilə göndərir ki, milisin nəzərindən yayınsın. O, 1936-cı ilə qədər qaçaqlıq etmiş, sonra izsiz, soraqsız yoxa çıxmışdır. Mahmud bundan sonra bir daha üzə çıxmır, heç bir yerdə görünmür. Qeyri-rəsmi məlumatlara görə başqa adla Bərdə rayonunda yaşamışdır. Müəyyən kənd sakinlərini görəndə bəzi sözlər soruşar, doğma kəndi haqqında məlumat alaraq kövrələrdi. “Dövrana bax, zamana bax bir vaxtlar at oynatdığım meşələr, dağlar, indi sənə bir quş baxışı belə baxa bilmirəm”. Mahmud Bərdə ərazisində XX əsrin 80-ci illərinə qədər onu tanıyanlardan gizli şəkildə yaşamışdır. Bəlkə də hansısa qohumu ondan xəbərdar idi... Oğlu Məhəddin: “ Qarabağda atamı çox soraqladım, bir nəfəri tapdım. O, mənə dedi ki, Mahmud kişi heç bir yana getməyib. Qarabağda köçəri Təhlə tayfasının içində yaşayıb. Şotlanlıdan Bahar adlı arvadı olub. 1984-cü ilə qədər yaşayıb və 102 yaşında vəfat edib. Sonra əsli türk olan Rza kişini tapdım. Beş dəfə yanıma gəldi. Dedi ki, atanın çobanı olmuşam.Mənə var-dövlət verib. Atamın yeganə şəkilini də o verdi”. Qızı rəhmətə gedir. Bunu eşidən Mahmud kişi çox kədərlənir. Gecə ikən xəbərsiz 7-yə qədər qoyunu yas üçün gətirərək, oğlunun həyətində qoyub gedir. 1937-ci ildə bütün nəsli Orta Asiyaya sürgün edilmişdir. Nəhayət, Qaçaq Mahmudun sağ qalan övladlarına Ümumittifaq əzilmiş, günahsız siyası qurbanlar Assosiasiyasının Azərbaycan şöbəsi 1989-cu il yanvar ayının 16-da bəraət verir. Mahmudun Kosalar kəndində 12 otaqdan ibarət böyük evi var idi. Sovet hökuməti bu evi müsadirə etdikdən sonra burada bir çox müəsisələr fəaliyyət göstərmişdir: Bina uzun illər
  • 59. 59 (müxtəlif zamanlarda) məktəb, Kənd Soveti idarəsi, tikiş sexi, oyuncaq sexi və s. kimi xalqa xidmət etmişdir. Müsür Quliyev (qızının xatirələrindən): “...Sovet sədri işləyirdim. Şuşanın naçalniki mənə dedi ki, Mahmud Qırxqızın Çalayurd yaylağındadır... Onu tutmaq üçün bizə kömək etməlisiniz. Bu xəbəri gecə ikən Mahmuda çatdırdıq. Xalq Mahmudu sevdiyi üçün onu ələ vermirdi”. Bu yerdə məhşur el misalı yada düşür: “Qaçağı el saxlar”. Rza oğlu Mirzə Mirzə kişi sayılıb-seçilən el ağsaqqallarından olmuşdur. Onun xalq təbabəti sahəsində xidmətləri çox idi. O, məşhur sınıqçı olmuşdur. Hətta tanınmış tibb işçilərinin müalicə edə bilməyəcəyi sınığı o sağalda bilirdi. Deyilənlərə görə, onun bacarığını yoxlamaq üçün belə bir təcrübə keçirirlər: Küpəni sındıraraq, qırıqlarını xarala yığıb qarşısına qoyurlar. O, çöldən xaraldakı qırıqları düzgün yığır və mərci udur. Mirzə kişi hətta ovuqlu sınığı da çöldən düzəldərək sağaldarmış. Bu xüsusiyyəti irsən oğlu Hətəmə də keçmişdir. Mirzə kişi tək xalq təbabəti sahəsindəki bacarıqları ilə yaddaşlarda qalmamışdır. Bir çox maraqlı əhvalatları vardır ki, el arasında dillər əzbəri olmuşdur və adamı şəxsiyyətinə heyran edir.
  • 60. 60 Qədimdən xalqımızın maraqlı xüsusiyyətləri olmuşdur. Belə xüsusiyyətlərdən biri də oğurluqda ad çıxarmayan insana qız verməmək idi. Oğurluğu igidliyin bir nümunəsi kimi qəbul edərmişlər. Deyilənə görə, Mirzə kişi çeviklikdə tayı-bərabəri olmayan bir şəxs olmuşdur. Ancaq onun əhvalatlarını dinləyəndə ona oğru kimi yox, əksinə rəğbət hissi ilə yanaşırsan. Mirzə kişi sürüdən yalnız bir heyvan oğurlayarmış. Nəfsi heç vaxt ona güc gəlməmişdir. Deyilənə görə, özünün 100-ə qədər yalnız dibiri (erkək keçi) olmuşdur. Həmzə adlı bir nəfər ailəsinin qızıllarını ağacın koğuşunda gizlədir. Necə olursa Mirzə kişi onları tapır. Qızılların əksəriyyətinin qadın əşyaları olduğu üçün rahat yata bilmir. Hamısını kom öz yiyəsinə qaytarır. Həmzə nə qədər edirsə Mirzə kişi qızıldan heç nə götürmür. Bax bu yerdə onun vicdanına, gözütoxluğuna heyran qalmaya bilmirsən. Bir gün Nayıblıda belə bir əhvalat baş verir: Qırxqıza bir neçə adam ova gedirmiş. Yolda Mirzə kişi ilə qarşılaşırlar. Elə bu anda bir nəfər Laçınlı bazara satmağa iki toğlu aparırmış. Ova gedən şəxslər Mirzə kişi ilə bir toğludan mərc gəlirlər ki, çox özündən deyirsən, bax o toğlulardan birini oğurla, deyək ki, əsl qoçaqsan. Mirzə kişi sahibinin ruhu da incimədən toğlunun birini tutaraq, ayağını bağlıyıb kolluğa atır. Kişi arxaya baxaraq, qoyunun birinin olmadığını görür. O biri qoyunu qoyaraq itəni axtarmağa gedir. Mirzə kişi o birsinin də ayağını bağlayaraq, tez kolluğa atır. Kişi kor peşman, mat-məəttəl qalır, necə ola bilər qoyun ki, bir az bundan əvvəl burda idi?! Mərci udan Mirzə kişi qənşərə çıxaraq, qoyunların onda olduğunu deyir. Kişi inanmır, Mirzə kişinin zarafat etdiyini zənn edir: “Ay kişi zarafat ediləsi halda deyiləm” -deyir. Mirzə kişi qoyunları yiyəsinə qaytarır. Çox mübahisədən sonra kişi qoyunun birini Mirzə kişiyə verir. Mirzə kişi: “Sənin qoyunun mənə lazım deyil, mərc gəlmişdim onu da uddum” -deməsinə baxmayaraq, kişi: “Hamısını aparsaydın neyləyəcəkdim”? Kor-peşman qalan Mirzə kişi qoyunu götürməyə məcbur olur. Hamısı birgə oturaraq, qoyunu
  • 61. 61 kəsib yeyirlər. Yenə də ürəyi dözməyən Mirzə kişi yoldaşlarından qoyunun pulunu yığıb kişiyə verir. Mirzə kişi gözəl tütək də çalarmış. Həmçinin zarafatcıllığı ilə də seçilirmiş. Bir dəfə qayanın üstündə oturaraq tütək çalırmış. Atlılar gedərkən deyirlər: “Sağ ol ay cavan oğlan, yaxşı çalırsan”. O, cavab verir: “Cavan deyil, baboydu, baboy”. Represiya illərinin acı nəticələri Mirzə kişinin də həyatından yan keçməmişdir. “Kulak”a salaraq onu Alma-Ataya sürgün etmişlər. Sürgündə başqa bir Kosalardan olanla birgə olmuşdur. Sürgündə olarkən yoldaşı Əfqanıstana keçməyi təklif etmişdir. Ancaq Mirzə kişi: “Evimə, ailəmin yanına qayıtmalıyam” -deyərək yoldaşının fikrinə etiraz edir. Yoldaşı Əfqanıstana keçir və bir daha doğma vətəninə qayıtmır. Məhbəs həyatına 6 il dözərək sinə gərən Mirzə kişiyə doğma elinə qayıtmaq nəsib olur. Rəştiyev Məcid Rəştiyev Məcid Zülfüqar oğlu 1873-cü ildə Cənubi Azərbaycanın Rəşt şəhərində anadan olmuşdur. Məcid kişi Rəşt şəhərinin adından Rəştiyev soyadını qəbul etmişdir. Məcid kişi tacir olmuşdur. Onun Riqadan belə bir çox şəhərlə ticarət əlaqələri var idi. Məcid kişinin Tiflisdə bir çox dükanları var idi. O, Tiflis şəhərində özünə üçmərtəbəli imarət tikdirmişdir. Evin inşası başa çatan ərəfədə ürək xəstəliyindən əziyyət çəkir. Həkim ona Tiflisdə yaşamağı məsləhət görmür. Çarəsiz qalan Məcid kişi evin qapısını qırmasınlar deyə açıq qoyaraq (satmadan), Şuşaya gəlir. O, Şuşada şəhər hamamının
  • 62. 62 yanında, Mədəni-maarif texnikumu ilə üzbəüz ərazidə Tiflisdəki formada ikinci imarəti tikdirir (evin 3-cü mərtəbəsindəki 70 nəfərlik məclis zalınının tavanı güzgülü idi. Birinci mərtəbəsində isə dükanı vardı). Məcid kişi xeyirxah insan idi. O, hər il Novruz bayramında və digər müqəddəs bayramlarımızda məhəllələrində yaşayan 12 kasıb ailənin hər birinə 1 kq yağ və 2 kq düyü paylayardı. Deyərdi ki, qoy onların da evindən plov iyi gəlsin və uşaqlarının gözü başqasında olmasın. Bu minvalla o, özünə hər zaman hörmət və savab qazanardı. Küçədə əlində zənbil olan seyid Məcid kişini görən şəhər camaatı yaxınlaşıb zənbilini əlindən alar, evinə qədər aparardılar. Camaat deyərdi ki, bizə eyib olar seyid əlində zənbil aparır. Bu onun özünün böyük hörməti hesabına idi. Represiya illəri zamanı, təqiblərə görə (bir dəfə rus əsgərləri onun evində axtarış aparırlar. Qurani-Kərimi görərək yaxın getmirlər. Evi tərk edən anda əsgərlərdən biri təsadüfən əlini evdəki masanın üstünə qoyur, masa qəfilətən açılır. Masanın altından kömür çıxır. Vəziyyətin nə yerdə olduğunu anlayan əsgərlər kömürü eşələyərək qızılların hamısını tapıb aparırlar) Məcid kişi var-dövlətini, evini Şuşada qoyub, Kosalar kəndinə, oğlu Məhəmmədin yanına gəlir. 1947-ci ildə elə burada da dünyasını dəyişir. Kosalar kənd qəbiristanlığında dəfn olunmuşdur. Onun yaşayış evindən hökumət bir neçə məqsədlər üçün istifadə etmişdir. Əvvəl uşaq bağçası kimi, sonra şəhər Sovet İdarəsi kimi və şəhər Xalq Məhkəməsi binası kimi fəaliyyət göstərmişdir. Azərbaycan hökumətinin dövlət istifadəsində olmuş evlərin sahiblərinə qaytarılması barədə 1950-ci ildə qərarı olmuşdur. Oğlu Məhəmməd evin geri alınması haqqında maraqlanmamışdır (çünki əhalidə Sovet hökumətinə hələ də inam yox idi). Qarabağ hadisələrinin başlanma ərəfəsində nəvəsi Nadir müəllim bütün sənədləri tam hazır etmişdi. Lakin mənfur erməni işğalı bu işi yarımçıq qoydu.
  • 63. 63 Molla Ədil Əliyev Ədil Hüseynalı oğlu, 1893-cü ildə Qaragav kəndində anadan olmuşdur. İbtidai təhsilini başa vurduqdan sonra, Şuşa şəhər ruhani məktəbində dini təhsil almışdır. Çox bilikli bir şəxs idi. Dinin əsaslarını dərindən bilirdi. Onun bilik və bacarığına hamı inanırdı. Hər yerdə, istər doğma kəndində, istərsə də onun hüdudlarından kənarda onu yaxşı tanıyırdılar. Ona “Molla Ədil”, daha çox “Ədil əmi”- deyə müraciət edirdilər. Ədil kişi 1950-ci ildən kolxozda briqadir vəzifəsində çalışmışdır. O, eyni zamanda gizli də olsa dini işlərlə məşğul olurdu. Azərbaycanda Sovet hökuməti bərqərar edildikdən sonra, hər yerdə dini təqiblərə başlanıldı. Sovet ateist təbliğatı dinin inkişafına mane olsa da, xalq öz milli-mənəvi ənənələrini qoruyub saxlamağa çalışırdı. Hər yerdə dini kitablar yığılır, dini ibadətgahlar, məscidlər anbarlara, kitabxanalara, klublara çevrilirdi. Məscidlərin sayı az da olsa fəaliyyətini davam etdirirdi. Dini bayramlar, milli mərasimlər yarı gizli, yarı açıq şəkildə qeyd olunurdu. Müqəddəs ocaqlar ziyarət edilirdi. Ədil kişi müqəddəs kitablarını kafir əlinə keçməsin deyə qayada gizlədərək, daşla hördürmüşdür. O, özü də övladlarının xatirinə dini işlərlə məşğul olmaqdan əl çəkmişdir. O zamanlar ibadətlə məşğul olan şəxsləri və övladları təqib edir, işə qəbul etmirdilər. Ədil kişi müqəddəs dini kitablara baxaraq, maraqlı fikirlər söyləyərdi. Söylədikləri əsasən düzgün çıxaraq həyata keçmişdir. Deyilənə görə, o, SSRİ-yə xallı bir padşah gələcək və bu ölkəni dağıdacaq demişdir. Sonrakı hadisələr də onun dediyinin eyni ilə olmuşdur. Ədil kişi 1987-ci il, aprel ayının 4-də vəfat etmişdir.
  • 64. 64 Kosalar Böyük Vətən Müharibəsi illərində Təəssüflər olsun ki, xalqımızın başına gətirilən faciələr bitib-tükənmək bilmir. Böyük Vətən Müharibəsinin başlanması ilə əlaqədar 1941-1945-ci illər ərzində Azərbaycandan cəbhələrə 600 minə qədər insan göndərilmişdir. Sözsüz ki, səfərbər olunanlar içərisində Kosalar kəndindən olanlar da az deyildir. İş yerləri, kolxoz və sovxozlar və digər ictimai xidmət sahələri boş qoyularaq Kosalardan 122 nəfər səfərbər olunmuşdur. Onlardan 71 nəfərinin taleyi məlum deyildir. Yalnız 51 nəfər kənd sakininə cəbhədən qayıtmaq qismət olmuşdur. Cəbhədən qayıdanların çoxu əmək qabliyyətini qismən, yaxud tamamilə itirmişlər. Kosalar oğullarının əksəriyyəti order və medallarla təltif olunmuşdur. Fərqlənənlər arasında olanlardan Bayram Nəsib oğlu Vəliyevi göstərmək olar ki, o, “Qırmızı ulduz” medalı ilə təltif olunmuşdur. O, ayağından bərk yaralanmış, diz qapağı çıxmışdır. Müalicədən sonra ayağı qatlanmırdı. Dünyasını dəyişənə qədər ayağında mərmi qəlpəsi gəzdirərək, bütün ömrü boyu əziyyət çəkdi. Döyüşdən medalla qayıtdı kəndə, Neçə-neçə qızı salmışdı bəndə. Döyüşdə olmuşdu qəhrəman əsgər, İndi də əməyə olmuş səfərbər. Bəyməmməd Quliyev Kosalar oğullarından cəbhə ilə yanaşı partizan hərəkatında da fəal iştirak edənlər az deyildir. Kəndin belə oğullarından olan Surxay Həsənov partizan hərəkatında iştirak etmiş, Vətənə qəhrəman kimi qayıtmışdır. Onun haqqında rus yazıçılarından biri roman da yazmışdır. Böyük Vətən müharibəsində itkin düşən və ya barələrində “Qara kağız” gələnlər: