5. İKS-lərin əsas elementi soba transformatorudur. Soba transformatoru
maqnitkeçiricidən və induktordan ibarətdir. Transformator və kanal altlıq hörgüsü ilə
birlikdə induksiya vahidi adlanır . İKS-lər çox vaxt bir neçə induksiya vahidi ilə
təchiz edilirlər. Hər bir induksiya vahidində isə öz növbəsində bir neçə kanal
yerləşdirilə bilər.
İnduksiya vahidinin quruluşu:
a- induksiya vahidi; b- maqnit keçirici; c-induktor.
6. Kanal sobalarının iş prinsipi ikinci dövrənin daim qapalı olmasını tələb
edir. Buna görə də bütün kanal sobaları tam tutumunun adətən 25-20% -ni
təşkil edən qalıq tutum ilə işləyir ki, bu da kanalda daim maye metalın
olmasını tələb edir.
Beləliklə İKS-lər yarımfasiləsiz rejimdə istismar olunur və əridiləcək
metalın dəyişdirilməsinə uyğun gəlmədiyi üçün kanal sobaları
xüsusiləşdirilmiş qurğular hesab edilir. Şəkildə bir induksiya vahidli kanal
sobasının ümumi görünüşü göstərilmişdir.
Hazırda İKS-lər əlvan metal və ərintilərin əldə edilməsində əsəs qurğu
hesab edilir. Bu sobalardan həmçinin çuqunların əridilməsində də istifadə
etmək mümkündür. Bununla yanaşı İKS-lər maye metalların
qızdırılmasında, ərintilərdə daimi temperatur şəraitinin yaradılmasında və
s. hallarda mikser kimi də tətbiq edilir.
7. Bir induksiya vahidli kanal sobasının ümumi görünüşü
1-hörgü; 2- vanna; 3-induktor; 4-kanal