1. DÜNYADA İQLİM DƏYİŞMƏSİ,
KƏHRİZ LƏRİN BU GÜNÜ VƏ SABAHI
Torpaqşünaslıq və Aqrokimya
institutu
UNESCO – nun “QƏDİM HİDRAVLİK
QURĞULAR– KƏHRİZLƏR” üzrə
dövlətlərarası idarə heyətinin üzvü.
AMEA –nın müxbir üzvü, professor
ƏLÖVSƏT QULİYEV
2. BMT–nin iqlim dəyişmələri üzrə Milli
məlumatlarına görə
1991-2000–ci illər ərzində havanın
temperaturu
Azərbaycan respubliksında
0,410 C
Naxçıvanda isə
0,470 C
qədər artmışdır.
FƏRQ- 0,60 C
4. 2021-2050–ci illərin iqlim proqnozlarında
qeyd olunur ki,
XXI əsrin 1–ci yarısında
Azərbaycan üzrə hava temperatur artımı
orta hesabla 10 ildə 0,30 C,
Naxçıvan MR-də isə (0.5 - 0,70 C)
Nə gözlənilə bilər?
5. BİR SÖZLƏ QURAQLIQLAŞMA BAŞ VERƏCƏKDİR?
-İllik yağıntıların miqdarının azalır;
-Torpaqda rütübət çatışmamazılğının artır;
-Şirin su hövzələri qurumağa başlayır;
Nəticədə:
• Bitki örtüyü quraqlığa məruz qalır;
• - İçməli su mənbələrində sular azalır, bəzən də
quruyurlar;
• -Əhali məcburən miqrasiya edir;
7. Azərbaycan arid iqlim zonasında
yerləşən bir ölkədir.
Onun su ehtiyyatının 75 %-ə qədəri
ölkədən kənarda formalaşan Araz və
Kür çayları hesabına təmin olunur.
Həmin çaylar Ermənistan, Gürcüstan
və İran tərəfindən çirklənməyə məruz
qaldığından ölkədə təmiz su
çatışmazlığı mövcuddur.
9. Azərbaycan Respublikası zəngin
yeraltı su ehtiyatına malik bir ölkədir.
Prof. F. Əliyevə görə ölkəmizin yeraltı
şirin su ehtiyatı 2,4 milyard kub
metrdən çoxdur.
Ta qədimdən Azərbaycanda yeraltı
sulardan kəhriz, ovdan və quyular
vasitəsi ilə istifadə edilmişdir.
10. KƏHRİZ NƏDİR?
Kəhriz - insanın yaradıcı fəaliyyəti
nəticəsində yeraltı suların öz
axını ilə yer səthinə çıxaran
hidrotexniki qurğulara deyilir.
Onlar ekoloji baxımdan ən etibarlı
və təmiz su mənbələridir.
12. -
Azərbaycanda оlan kəhrizlərin sayı 1500
dən çохdur. Lakin dövlət qeydiyatında
rəsmi оlaraq 885 kəhrizin qeyd
olunmuşdur. Azərbaycan kəhrizlərinin
cəmi sərfi 13-15 kubmetr /san-dir. Bu
isə il ərzində 400-450 milyоn kubmetr su
deməkdir.
Kəhriz suyundan istifadə etməsinə görə
Azərbaycan İran, Pakistan, Əfqanıstan,
Оman kimi dövlətlərədən sоnrakı yeri
tutur.
16. “2016-2017-cı illərdə tərəfimizdən Azəsu
ASC ilə birlikdə Azərbaycanın Gəncə
Qazax və Qarabağ regionlarında mövcud
kəhrizlərin tədqiqatı aparılmışdır.
Tədqiqatlar nəticəsində çox cüzi xərc
çəkməklə Ağstafa, Tovuz, Şəmkir,
Goranboy, Tərtər ərazilərindəki
kəhrizlərədən 8,1 milyon kubmetr içməli
suyun əldə olunması mümkünlüyunu sübut
etdik.
Bu heçdə kiçik rəqəm deyil!
18. Rayon
Kəhriz
in sayı
Baxış
quyuların
ın sayı
Quyuların
Uzunluğu
L (km-lə)
Su sərfi
(l/san) Artım ehtimalı
1938-ci il 2016-ci il
l/san m3/san mln.m3/il
Ağstafa 8 434 13.020 195 160 26 0.026 0,820
Qazax 1 87 1.750 142 50 - - Bərpa
Tovuz 7 136 2.710 125 107 22 0.022 0,694
Şəmkir 8 245 4.895 184 165.5 78 0.078 6, 7 39
Samux 13 580 11.665 - - - Bərpa
Goranboy 10 205 4.100 129 53 34 0.034 2,460
Göygöl 7 87 1.740 151 92.5 54 0.054 1,703
Ağcəbədi 5 121 2.410 180 - - - Bərpa
Ağdam 7 140 2.730 92 46 45 0.045 1,419
Bərdə 8 100 1.955 300 - - Bərpa
Tərtər 5 49 2.100 120 - - Bərpa
Cəmi 79 2184 49.075 1518 674 259 0,259 8,168
19. Göründüyü kimi Azərbaycanda
kəhrizlərin pоtensial imkanları
böyükdür və оnları bərpa etmək
vaхtı gəlib çatmışdır.
Kəhrizlərin bərpası, qоrunması
və yeni kəhrizlərin qazılması su
qıtlığı probleminin həllinə
aparan əsas yoldur.
22. İşğaldan azad edilmiş ərazilərdə vaxtı ilə
aşağıdakı məlumatlar əldə etdik:
Ağdam rayonunda 98 kəhrizdən il
ərzində 64,333 mln. m3,
Fizuli rayonunda 71 kəhrizdən il
ərzində 19.016 mln. m3,
Cəbrayıl rayonunda 111 kəhrizdən
34,658 mln. m3,
Qarabağın dağlıq hissəsində 52
kəhrizdən 4,225 mln. m3 kəhriz suyu əldə
etdilmişdir.
24. Beləliklə ötən əsrin 50 ci illərində işğaldan
azad edilmiş ərazilərdə il ərzində 122,232
mln.m3, içməli su əldə edilmişdir;
Deməli, biz Ağdam, Fizuli, Cəbrayıl
rayonları üzrə 118,0 mln.m3, içməli kəhriz
suyundan istifadə etməliyik. Əgər iqlim
dəyişmələrinin və s. problemləri nəzərə alsaq bir
ildə 280 kəhrizdən ən azı 80-90 mln.m3 su əldə
edə bilərik. Bu da bir milyon əhalinin su ilə təmin
olunması deməkdi. Halbuki bu suyun bir qismi
suvarma üçün istifadə olunurdu. Bu gün məsələy
baxış dəyişməlidir.Yəni qiymətli yeraltı sudan
içmək üçün istifadə olunmalırır.
25. Bu gün insan sağlamlığı üçün saf su məsələsi hamını
rahatsız edir. Hərə bir yerdən nə yolla isə təmiz su adı
altında 20 litr 5-8 manata sular satılır. Satılan sular ya
subartezian quyulardan, ya da filtrdən keçmiş sular
olub sağlamlıq üçün o qədərdə etibarlı deyil. Onların
bəziləri yerin dərinliklərindən süni və təbii yolla əldə
olunan sulardır.
Təcrübələr göstərirki kəhriz suyu insan sağlamlığ
üçün ən etibarlı sudur. Kəhriz suyu şoran torpaqlardakı
duzu tez yuyur.
Belə olduğu halda kəhriz suyu içilən bölgələrdə
yaşayanlarda böyrək daşına rast gəlinmir.
Minerallaşması 0,3 – 0,6 q/l arası olan kəhriz suyu
orqanizm üçün çox sərfəlidir.
26. Deməli biz Qarabağda əhali üçün və eləcə aran
rayonlar üçün etibarlı kəhriz suyu ilə təmin etmək olar.
Belə olduqda Qarabağda həyata keçirilən layihələrdə
kəhrizlərdən yan keçmək olmaz. Xüsusi ilə Cəbrayıl və
Fizuli rayonlarında əhalinin əksəriyyətinin kəhiz suyu
ilə təmin oluması, işğaldan öncə Cəbrayıl şəhərinin su
təchizatının iki kəhriz hesabına ödənilməsi hamıya
məlumdur.
Buradan belə nəticəyə gəlmək olarki Qarabağda
həyata keçirilən layihələrdə, yaşayış məntəqələri üçün su
axtarışında mütləq kəhrizlərə istinad edilsin. Çay
şəbəkəsindən məhrum olan Cəbrayıl və Füzulidə həyata
keçirilən layihələrdə ən etibarlı, heç bir enerji sərf
etmədən əldə olunan kəhriz suyundan istifadəsinə
ehtiyac var.
27. Bu işləri görmək üçün müvafiq kəhriz
bərpa təcrübəsinə malik peşəkar kankanlar,
hidrogeoloqlarımız vardır.
Bu işlər 2016-2017-ci illərdə AMEA
Torpaqşünaslıq və Aqrokimya və AzərSu
ASC mütəxəssisləri ilə birlikdə Gəncə
Qazax və Qarabağ kəhrizlərinin
monitorinqi aparılmışdır.
Nəticədə “Azərbaycan kəhrizləri”(2019)
və “Azerbaijan qanats”(2021) ingilis
dilində monoqrafiyaları dərc edilmişdir.
28. BU GÜN NƏLƏRƏ EHTİYACIMIZ VAR??
Qarabağ kəhrizləri üzrə müfəssəl
şəkildə monitorinqlərin aparılmasına
ehtiyac var!
Kəhrizlərin pasportlaşdırılmalsına
ehtiyac vardır.
Onların üzərində olan kəhriz memarlıq
abidələrin qeydə alınmağa ehtiyac var;
29. Bu gün Qarabağa yerləşən kəndlərdə , əhalinnin
öz yerlərinə qayıtması vaxtı həyata keçirilən
layihələrdə su mənbələri əsas əhəmiyyət kəsb etdiyi
bir zamanda subartezian quyulardan çox kəhrizlərə
önəm verilməlidir.
Çünki,kəhrizlər ən etibarlı, ekoloji təmiz su
mənbəyi olaraq istifadə edilməlidir. Eyni zamanda
kəhrizlər iqtisadi cəhətdəndə əlverişli, çox ucuz
başa gələn ,xalqın tarixi keçmişini özündə əks
etdirən milli irs abidələridir.
Ölkədə kifayət qədər qədim idrs abidələri vardır.
30. YEKUN
Bizim Qarabağ qayıdış proqramımız var. Burada həyata
keçirilən su layihələrində çox vaxt asan olsun deyə
subartezian quyulara üstünlük verilir halbuki burada
kəhrizlər mütləq nəzərə alınmalıdır. Bu həm tarixi, həm
coğrafi, həmdə milli baxımdan özünü təsdiq edən ən
etibarlı, iqtisadi cəhətdən ən ucuz başa gələn su
mənbəyidir.
Bu layihələrdə Qarabağın qədim su mədəniyyəti
abidələri olan kəhrizlərin bərpası mütləq nəzərə
alınmalıdır.
Sizdən təvəqqəm , xahişim budur.