1. Fizika VI sinif. Ümumi sınaq. Ad, Soyad_____________________________________
1. Yerin Günəş ətrafındakı hərəkəti hansı
hadisədir?
A) İşıq
B) Mexaniki
C) İstilik
D) Elektrik
2. Cisimin fəzada tutduğu yer necə adlanır?
A) həcm
B) sıxlıq
C) kütlə
D) çəki
3. Maddələrin bir-birinə təsirini məsafədən
ötürən materiya növü necə adlanır?
A) atom
B) hərəkət
C) maddə
D) fiziki sahə
4. Molekullar( ... )ibarət mürəkkəb
əlaqəli sistemdir.
A) nüvədən
B) iki və daha çox atomdan
C) nüvə və elektronlardan
D) elektronlardan
5. Nə vaxt neytral atom müsbət iona çevrilir?
A) neytron itirdikdə
B) elektron qəbul etmədikdə
C) elektron qəbul etdikdə
D) elektron itirdikdə
6. Şəkilə əsasən 1 və 2 cisimlərinin yüklərinin
işarəsini müəyyən edin .
A) 1 + , 2 +
B) 1 + , 2 -
C) 1 - , 2 -
D) 1 - ,2 +
7. Gecə havanın temperaturu -2℃ , gündüz
isə +12℃ olmuşdur. Havanın temperaturu
necə dəyişmişdir?
A) 14℃ artmışdır
B) 10℃ artmışdır
C) 14℃ azalmışdır
D) 10℃ azalmışdır
8. Qazlardan fərqli olaraq ,mayelərdə
molekullar .......yerləşir?
A) bir-birinə daha yaxın
B) bir-birindən aralı
C) daha nizamsız
D) kiristal qəfəsin düyün nöqtələrində
9. Xətası 0,5 sm olan xətkeşin bir bölgüsünün
qiyməti nə qədərdir?
A) 0,5 sm
B) 2 sm
C) 5 sm
D) 1 sm
10. Vahidlərin artan sıra ilə düzülüşünü
müəyyən edin: 1 sm³, 1mm³, 1m³, 1dm³
A) 1mm³, 1 sm³, 1dm³, 1m³
B) 1m³, 1mm³, 1dm³, 1 sm³
C) 1 sm³, 1dm³, 1mm³, 1m³
D) 1m³, 1dm³, 1 sm³, 1mm³
Bir sual 10 bal.
Max. 100 bal.
Düz_______ Səhv________ Bal________
İmza__________________