SlideShare ist ein Scribd-Unternehmen logo
1 von 3
Gen Terapiyası
Gen terapiyası ilə müalicə etmə və ya xəstəliyin təsirlərinin azaldılması, yəni
xəstənin hüceyrəsinə genetik materialın daxil edilməsi tibb tarixindəki dönüş
nöqtələrindən biridir.Müəyyən genlərin məməli hüceyrəsinə köçürülməsi
üsulları əvəllər elmi tədqiqat işləri üçün istifadə olunurdu,indi isə müxtəlif
genetik xəstəliklərin müalicəsində istifadə edilir.Gen terapiyası zamanı bir və
yaxud bir neçə mutant allel daşıyan somatik hüceyrəyə müvafiq genin normal
alleli köçürülür.
Gen terapiyasının aparılması üçün xəstəliyə səbəb olan genin tapılması və onun
klonlaşdırılması vacibdir.
“Human Genome Project” yəni insanın gen xəritələrinin çıxarılması sayəsində
artıq bütün genlərin idarə etdiyi əlamətlər öyrənilmişdir.Lakin bu genlərin
hazırladığı gen məhsulları hələlik məlum deyil.Bundan başqa müalicəsi lazım
olan xəstəliyi və genin köçürüləcəyi hüceyrəni yaxşı tanımaq onunla çıxa
biləcək hər hansı bir yan təsiri qabaqcadanhesablamaq lazımdır.
Gen terapiyası somatik və cinsiyyət hüceyrələrinə tətbiq edilir.Cinsiyyət
hüceyrələrinin terapiyasında genetik mutasiyaların qarşısını almaq üçün cinsi
hüceyrələrin genləri dəyişdirilir.Bu tip terapiyada genlərə edilən hər hansı bir
dəyişiklik nəsildən-nəsilə ötürüldüyü üçün müalicə öz-özlüyündə bir sıra
problemlərlə qarşılaşır.Somatik hüceyrə terapiyası isə cinsi hüceyrələr təsir
etmir və sadəcə müalicə olunan fərdə təsir göstərir.Hal-hazırda aparılan
terapiyaların çoxu məhz somatik gen terapiyasıdır.
Gen terapiyası eyni zamanda dərman nəqli üçün də istifadə edilir.Burada
dərman,köçürülən genin kodlaşdırdığı zülaldır.Məsələn əməliyyatlarda
laxtalanmanın qarşısını alan bir zülalı kodlaşdıran geni uyğun hüceyrələrin
DNT-sinə köçürərək təhlükəli ola biləcək qan laxtalarının qarşısı alınır.
Alimlər gen terapiyasinda qarşılaşdıqları əsas problemin genlərin köçürülməsi
olduğunu söyləyirlər.İnsan hüceyrəsinə genlər çox müxtəlif üsullarla
keçirilir.Bunlardan vektor kimi viruslardan istifadə olunma üsulu,klonlaşdırılmış
DNT ardıcıllığı olan genin hüceyrə membranından keçməsini asanlaşdıran
kimyəvi metod və s. misal göstərmək olar.
Gen terapiyasında ən çox vektor kimi retroviruslardan istifadə olunur.”Vektor”
sözünün mənası daşıyıcı deməkdir.Gen terapiyasında genləri hüceyrələrə
köçürmək məqsədi ilə istifadə olunan genetik olaraq zərərsiz hala gətirilmiş
viruslara vektor deyilir.İndiki dövrdə aparılan təcrübələrdə virusların xəstəliyə
yol açan genlərinin yerinə xəstələri sağaltmaq üçün rekombinant genlər
yerləşdirilir.Rekombinant genləri daşıyanviruslar öz üsulları ilə hüceyrəyə daxil
olur və hüceyrə genomumun bir hissəsi kimi xromosomla birləşərək
kodlaşdırdığı zülalı sintez etməyə başlayır.Viruslar öz genini itirdiyindən
bölünüb çoxala bilmir.
Genlərin bədənə daxil edilməsinin müxtəlif üsulları vardır: Ex vivo,in vivo və
in stu.Ex vivo gen terapiyasında xəstədən alınan hüceyrələr labarotoriya
şəraitində çoxaldılır və vektor vasitəsi ilə normal genlər bu hüceyrələrə
köçürülür.Daha sonra genləri daxilinə almış hüceyrələr seçilir və çoxaldılır.Son
mərhələdə isə çoxaldılan bu hüceyrələr yenidən xəstəyə verilir.İn vivo və in stu
gen terapiyasında isə genləri daşıyan viruslar birbaşa qana və ya toxumaya
ötürülür.
Hüceyrə membranı geni hüceyrəyə daxil etmə prosesində ortaya çıxan ilk
əngəldir.Bu əngəli keçdikdən sonra qarşıya bir başqa əngəl-lizosomlar
çıxır.Vektorun bu lizosomlardan kənar qaçması lazımdır yoxsa,lizosomlardakı
fermentlər vektorun DNT-sini parçalaya bilər.Lizosomları da keçdikdən sonra
hüceyrədaxili axırıncı əngəl nüvə membranı-kariolemmadır.Kənar DNT-lərin
nüvə membranından keçməsi heç asan deyil.Ölçüsü 10 nm-dən az olan bəzi
molekullar və kiçik zülallar nüvə məsamələrindən asanlıqla keçə bildiyi
halda,böyük molekulların buradan keçməsi üçün enerji lazım gəlir.Vektor nüvə
membranını keçdikdən sonra isə başqabir problem nüvə daxilində nuklein
turşularını parçalayan nukleaza qrupu fermentlərin olmasıdır.
İn vivo gen terapiyasında vektorlar hücyrədaxili əngəllərlə yanaşı hüceyrəxarici
əngəllərlə də qarşılaşır.Hüceyrəxarici əngəllərə toxumaların xüsusi quruluşu və
bədənin immun sistemi aiddir.Üzərində heç bir örtük olmayan çılpaq DNT qan
plazmasındakı bir çox müsbət yüklü zülallara yapışıb öztəsirini itirə
bilər.Bundan başqaqan plazmasındakı proteaza və nukleaza fermentlər qurupu
vektorları parçalaya bilər.
İnsan üzərində ilk gen terapiyası təcrübəsini 1990-cı ildə Dr.French Anderson
irsi xəstəlik olan kombinasiyalı immun çatışmazlığı xəstəliyindən əziyyət çəkən
Aşeni Da Silva üzərində apardı.Exvivo üsulla aparılan gen terapiyasında əsas
məqsəd adenozindezaminaza fermentinin(ADA) çatışmazlığından əmələ gələn
xəstəliyin müalicəsi idi.ADA çatışmazlığı çox nadir rast gəlinən bir
xəstəlikdir.Belə xəstələrin immun sistemi demək olar ki,fəaliyyət göstərmir və
onlar insan üçün təhlükəli olmayan hər hansı bir infeksiyadan dünyasını
dəyişirlər.Bu xəstəliyin əsas səbəbiADA fermentini kodlaşdırangenin
mutasiyasıdır.
ADA çatışmazlığının ilk gen terapiyası təcrübəsi olaraq seçilməsinin bəzi
səbəbləri var.Bu xəstəlik tək bir gendəki mutasiyadan qaynaqlanır və bu
vəziyyət gen terapiyasının uğurla nəticələnmə ehtimalını artırır.ADA
fermentinin çoxaz miqdarda sintezi belə bəzi klinik yaralara gətirib
çıxarır,yüksək miqdarda sintezi isə heç bir zərər vermir.
Terapiyada ilk addımxəstələrdən T-limfositlərin götürülməsidir.Bu hüceyrələr
orqanizmin immun sisteminin mühüm bir hissəsi olub genetik cəhətdən
modifikasiya olunmuş ADA geninin normal sürətini daşıyan retrovirusla
qarışdırılır.Virus T-limfositə daxil olaraq ADA-nın funksional sürətini
hüceyrənin genomuna daxil edir.Modifikasiya olunmuş T-limfositlər
labarotoriya şəraitində 10 gün boyunca çoxaldılır.Sonmərhələdə isə milyonlarla
yeni T-limfositləri xəstənin qan damarına vurulur.Bu proses,yəni
T-limfositlərinin xəstədən alınması,labarotoriya şəratində modifikasiya olunub
xəstəyə geri verilməsi müalicənin ilk 10 ayı içərsində 6-8 həftədən bir
təkrarlandı.Daha sonra bu köçürmələr 6-12 ayda bir davam etdirildi.Aşani De
Silvanı müalicə etdikdən sonra onun T-limfositlərinin 25-30% ADA
fermentinin səviyyəsi normallaşmış,özü isə sağalmışdır.Lakin ikinci bir uşaqda
aparılan təcrübədə normal genin aktivləşməsi 0.1-1% T-hüceyrələrində
fəaliyyət göstərdi və bu da xəstənin sağalması ücün kifayət deyil.
Bu ilk insan terapiyasından sonra sistik fibrosis,hiperxolesteramiya,bəzi xərçəng
xəstəlikləri və QİÇS kimi xəstəliklərlə də mübarizə aparmaq üçün gen
terapiyaları hazırlandı.
Xərçəng xəstəliyinin müalicəsi üçün elm adamları,immun sistemi hüceyrələrini
gen terapiyası yolu ilə dəyişdirərək xərçəngli hüceyrələrin üzərinə göndərməyə
çalışırlar.Məqsəd bu hüceyrələrin xərçənglə mübarizəsini həyata keçirən
genlərlə silahlandırılıb təkrarən bədənə verilməsidir. Bu mövzudakı klinik
təcrübələr hal –hazırda davam etdirilir.

Weitere ähnliche Inhalte

Mehr von ATB

Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇ATB
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)ATB
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluATB
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriATB
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiATB
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiriATB
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemiATB
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiATB
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiATB
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıATB
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarATB
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizATB
 
Seboreya
SeboreyaSeboreya
SeboreyaATB
 
Kandidozlar
KandidozlarKandidozlar
KandidozlarATB
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaATB
 
Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromuATB
 
Tuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksiniTuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksiniATB
 
Qida borusunun şişləri
Qida borusunun şişləriQida borusunun şişləri
Qida borusunun şişləriATB
 
Hamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbuluHamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbuluATB
 
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...ATB
 

Mehr von ATB (20)

Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇Patoloji hücre zedelenmesi̇
Patoloji hücre zedelenmesi̇
 
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
Dərman allergiyasi-Layella sindromu(TOXIC EPIDERMAL NECROLYSIS)
 
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun roluOperativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
Operativ Cərrahlıq və Topoqrafik-Anatomiyanın inkişafında N.İ.Piroqovun rolu
 
Başın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləriBaşın arterial qan təchizatının xüsusiyyətləri
Başın arterial qan təchizatının xüsusiyyətləri
 
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsiPrimer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
Primer immun defisitlə onkoloji xəstəliklərin əlaqəsi
 
Mikoplazmaların immun sistemə təsiri
Mikoplazmaların immun   sistemə  təsiriMikoplazmaların immun   sistemə  təsiri
Mikoplazmaların immun sistemə təsiri
 
Komplement sistemi
Komplement sistemiKomplement sistemi
Komplement sistemi
 
Dağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmiDağınıq sklerozun immun mexanizmi
Dağınıq sklerozun immun mexanizmi
 
Autoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmiAutoimmun qastritin immun mexanizmi
Autoimmun qastritin immun mexanizmi
 
Ailəvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırmasıAiləvi aralıq dənizi qızdırması
Ailəvi aralıq dənizi qızdırması
 
Neyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalarNeyroendokrin immun patologiyalar
Neyroendokrin immun patologiyalar
 
Siqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve bizSiqaret,alkoqol ve biz
Siqaret,alkoqol ve biz
 
Seboreya
SeboreyaSeboreya
Seboreya
 
Kandidozlar
KandidozlarKandidozlar
Kandidozlar
 
Lejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m babaLejen sindromu by həki̇m baba
Lejen sindromu by həki̇m baba
 
Daun sindromu
Daun sindromuDaun sindromu
Daun sindromu
 
Tuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksiniTuberkulin sınağı və BCG vaksini
Tuberkulin sınağı və BCG vaksini
 
Qida borusunun şişləri
Qida borusunun şişləriQida borusunun şişləri
Qida borusunun şişləri
 
Hamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbuluHamiləlik və laktasiya zamanı dərman qəbulu
Hamiləlik və laktasiya zamanı dərman qəbulu
 
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...“Uzun QT” sindromlu xəstələrin  əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
“Uzun QT” sindromlu xəstələrin əsas və yanaşı xəstəliklərinin farmakoloji mü...
 

Gen terapiyasi

  • 1. Gen Terapiyası Gen terapiyası ilə müalicə etmə və ya xəstəliyin təsirlərinin azaldılması, yəni xəstənin hüceyrəsinə genetik materialın daxil edilməsi tibb tarixindəki dönüş nöqtələrindən biridir.Müəyyən genlərin məməli hüceyrəsinə köçürülməsi üsulları əvəllər elmi tədqiqat işləri üçün istifadə olunurdu,indi isə müxtəlif genetik xəstəliklərin müalicəsində istifadə edilir.Gen terapiyası zamanı bir və yaxud bir neçə mutant allel daşıyan somatik hüceyrəyə müvafiq genin normal alleli köçürülür. Gen terapiyasının aparılması üçün xəstəliyə səbəb olan genin tapılması və onun klonlaşdırılması vacibdir. “Human Genome Project” yəni insanın gen xəritələrinin çıxarılması sayəsində artıq bütün genlərin idarə etdiyi əlamətlər öyrənilmişdir.Lakin bu genlərin hazırladığı gen məhsulları hələlik məlum deyil.Bundan başqa müalicəsi lazım olan xəstəliyi və genin köçürüləcəyi hüceyrəni yaxşı tanımaq onunla çıxa biləcək hər hansı bir yan təsiri qabaqcadanhesablamaq lazımdır. Gen terapiyası somatik və cinsiyyət hüceyrələrinə tətbiq edilir.Cinsiyyət hüceyrələrinin terapiyasında genetik mutasiyaların qarşısını almaq üçün cinsi hüceyrələrin genləri dəyişdirilir.Bu tip terapiyada genlərə edilən hər hansı bir dəyişiklik nəsildən-nəsilə ötürüldüyü üçün müalicə öz-özlüyündə bir sıra problemlərlə qarşılaşır.Somatik hüceyrə terapiyası isə cinsi hüceyrələr təsir etmir və sadəcə müalicə olunan fərdə təsir göstərir.Hal-hazırda aparılan terapiyaların çoxu məhz somatik gen terapiyasıdır. Gen terapiyası eyni zamanda dərman nəqli üçün də istifadə edilir.Burada dərman,köçürülən genin kodlaşdırdığı zülaldır.Məsələn əməliyyatlarda laxtalanmanın qarşısını alan bir zülalı kodlaşdıran geni uyğun hüceyrələrin DNT-sinə köçürərək təhlükəli ola biləcək qan laxtalarının qarşısı alınır. Alimlər gen terapiyasinda qarşılaşdıqları əsas problemin genlərin köçürülməsi olduğunu söyləyirlər.İnsan hüceyrəsinə genlər çox müxtəlif üsullarla keçirilir.Bunlardan vektor kimi viruslardan istifadə olunma üsulu,klonlaşdırılmış DNT ardıcıllığı olan genin hüceyrə membranından keçməsini asanlaşdıran kimyəvi metod və s. misal göstərmək olar.
  • 2. Gen terapiyasında ən çox vektor kimi retroviruslardan istifadə olunur.”Vektor” sözünün mənası daşıyıcı deməkdir.Gen terapiyasında genləri hüceyrələrə köçürmək məqsədi ilə istifadə olunan genetik olaraq zərərsiz hala gətirilmiş viruslara vektor deyilir.İndiki dövrdə aparılan təcrübələrdə virusların xəstəliyə yol açan genlərinin yerinə xəstələri sağaltmaq üçün rekombinant genlər yerləşdirilir.Rekombinant genləri daşıyanviruslar öz üsulları ilə hüceyrəyə daxil olur və hüceyrə genomumun bir hissəsi kimi xromosomla birləşərək kodlaşdırdığı zülalı sintez etməyə başlayır.Viruslar öz genini itirdiyindən bölünüb çoxala bilmir. Genlərin bədənə daxil edilməsinin müxtəlif üsulları vardır: Ex vivo,in vivo və in stu.Ex vivo gen terapiyasında xəstədən alınan hüceyrələr labarotoriya şəraitində çoxaldılır və vektor vasitəsi ilə normal genlər bu hüceyrələrə köçürülür.Daha sonra genləri daxilinə almış hüceyrələr seçilir və çoxaldılır.Son mərhələdə isə çoxaldılan bu hüceyrələr yenidən xəstəyə verilir.İn vivo və in stu gen terapiyasında isə genləri daşıyan viruslar birbaşa qana və ya toxumaya ötürülür. Hüceyrə membranı geni hüceyrəyə daxil etmə prosesində ortaya çıxan ilk əngəldir.Bu əngəli keçdikdən sonra qarşıya bir başqa əngəl-lizosomlar çıxır.Vektorun bu lizosomlardan kənar qaçması lazımdır yoxsa,lizosomlardakı fermentlər vektorun DNT-sini parçalaya bilər.Lizosomları da keçdikdən sonra hüceyrədaxili axırıncı əngəl nüvə membranı-kariolemmadır.Kənar DNT-lərin nüvə membranından keçməsi heç asan deyil.Ölçüsü 10 nm-dən az olan bəzi molekullar və kiçik zülallar nüvə məsamələrindən asanlıqla keçə bildiyi halda,böyük molekulların buradan keçməsi üçün enerji lazım gəlir.Vektor nüvə membranını keçdikdən sonra isə başqabir problem nüvə daxilində nuklein turşularını parçalayan nukleaza qrupu fermentlərin olmasıdır. İn vivo gen terapiyasında vektorlar hücyrədaxili əngəllərlə yanaşı hüceyrəxarici əngəllərlə də qarşılaşır.Hüceyrəxarici əngəllərə toxumaların xüsusi quruluşu və bədənin immun sistemi aiddir.Üzərində heç bir örtük olmayan çılpaq DNT qan plazmasındakı bir çox müsbət yüklü zülallara yapışıb öztəsirini itirə bilər.Bundan başqaqan plazmasındakı proteaza və nukleaza fermentlər qurupu vektorları parçalaya bilər. İnsan üzərində ilk gen terapiyası təcrübəsini 1990-cı ildə Dr.French Anderson irsi xəstəlik olan kombinasiyalı immun çatışmazlığı xəstəliyindən əziyyət çəkən
  • 3. Aşeni Da Silva üzərində apardı.Exvivo üsulla aparılan gen terapiyasında əsas məqsəd adenozindezaminaza fermentinin(ADA) çatışmazlığından əmələ gələn xəstəliyin müalicəsi idi.ADA çatışmazlığı çox nadir rast gəlinən bir xəstəlikdir.Belə xəstələrin immun sistemi demək olar ki,fəaliyyət göstərmir və onlar insan üçün təhlükəli olmayan hər hansı bir infeksiyadan dünyasını dəyişirlər.Bu xəstəliyin əsas səbəbiADA fermentini kodlaşdırangenin mutasiyasıdır. ADA çatışmazlığının ilk gen terapiyası təcrübəsi olaraq seçilməsinin bəzi səbəbləri var.Bu xəstəlik tək bir gendəki mutasiyadan qaynaqlanır və bu vəziyyət gen terapiyasının uğurla nəticələnmə ehtimalını artırır.ADA fermentinin çoxaz miqdarda sintezi belə bəzi klinik yaralara gətirib çıxarır,yüksək miqdarda sintezi isə heç bir zərər vermir. Terapiyada ilk addımxəstələrdən T-limfositlərin götürülməsidir.Bu hüceyrələr orqanizmin immun sisteminin mühüm bir hissəsi olub genetik cəhətdən modifikasiya olunmuş ADA geninin normal sürətini daşıyan retrovirusla qarışdırılır.Virus T-limfositə daxil olaraq ADA-nın funksional sürətini hüceyrənin genomuna daxil edir.Modifikasiya olunmuş T-limfositlər labarotoriya şəraitində 10 gün boyunca çoxaldılır.Sonmərhələdə isə milyonlarla yeni T-limfositləri xəstənin qan damarına vurulur.Bu proses,yəni T-limfositlərinin xəstədən alınması,labarotoriya şəratində modifikasiya olunub xəstəyə geri verilməsi müalicənin ilk 10 ayı içərsində 6-8 həftədən bir təkrarlandı.Daha sonra bu köçürmələr 6-12 ayda bir davam etdirildi.Aşani De Silvanı müalicə etdikdən sonra onun T-limfositlərinin 25-30% ADA fermentinin səviyyəsi normallaşmış,özü isə sağalmışdır.Lakin ikinci bir uşaqda aparılan təcrübədə normal genin aktivləşməsi 0.1-1% T-hüceyrələrində fəaliyyət göstərdi və bu da xəstənin sağalması ücün kifayət deyil. Bu ilk insan terapiyasından sonra sistik fibrosis,hiperxolesteramiya,bəzi xərçəng xəstəlikləri və QİÇS kimi xəstəliklərlə də mübarizə aparmaq üçün gen terapiyaları hazırlandı. Xərçəng xəstəliyinin müalicəsi üçün elm adamları,immun sistemi hüceyrələrini gen terapiyası yolu ilə dəyişdirərək xərçəngli hüceyrələrin üzərinə göndərməyə çalışırlar.Məqsəd bu hüceyrələrin xərçənglə mübarizəsini həyata keçirən genlərlə silahlandırılıb təkrarən bədənə verilməsidir. Bu mövzudakı klinik təcrübələr hal –hazırda davam etdirilir.