•FAKÜLTƏ: BEYNƏLXALQ MAGISTRATURA
VƏ DOKTORANTURA MƏRKƏZI
•İXTISAS: STANDARTLAŞDIRMA VƏ
SERTIFIKATLAŞDIRMA
•QRUP: 952
•FƏNN: TƏDQIQATIN ÜSUL VƏ VASITƏLƏRI
•MÖVZU: AKTIV VƏ PASSIV
EKSPERIMENTLƏR
•MÜƏLLIM: HƏSƏNOVA AYNURƏ
•TƏLƏBƏ: HƏSƏNOVA GÜNAY
Plan:
1. Eksperiment nədir?
2. Eksperimentlərin aparılması
3. Nəticələrin təhlili
4. Aktiv və passiv eksperimentlərdə
prosesin giriş və çıxış amilləri
Tədqiqat işlərinin yerinə yetirilməsi əsas 2 metodla
həyata keçirilir: nəzəri tədqiqat metodu və
eksperimental metodu.
Eksperiment – elmi qaydada qoyulmuş təcrübə və
ya dəqiq nəzəri alınan şəraitdə
hadisələrin müşahidə olunmasıdır.
Eksperimentin məqsədi nəzəri müddəaların
yoxlanılmasından və işçi hipotezin təsdiq olunması,
həmçinin, elmi tədqiqat mövzusunun daha geniş və
daha dərin öyrənilməsindən ibarətdir.
Eksperimental tədqiqatlar laboratoriya və istehsalat tədqiqat
metodlarına bölünür.
Laborator tədqiqatlar cihazların, xüsusi qurğuların və
stendlərin vasitəsilə aparılır. Laborator şəraitdə aparılan
eksperimental tədqiqatlar minimum xərclərlə yüksək
informasiya almağa imkan verir. İstehsalat tədqiqatlar
metodunda isə tədqiqat real şəraitdə müxtəlif istehsalat
yerlərini nəzərə alaraq praktiki aparılır.
Eksperimentin
aparılması
• Təcrübələrin məzmunu tədqiqatın vəzifələrindən
və tədqiqat metodunun seçilməsindən asılıdır. Hər
bir tədqiqat üçün ən əvvəl işçi jurnal ayrılır ki,
buraya təcrübənin aparılma tarixi nömrəsi ilkin
parametrlər çəki, miqdar, həcm, ölçü, temperatura
nəzarət dövrləri giriş və çıxış parametrlərinin
dəyişməsi təcrübəçinin rəyinə görə bütün başqa
məlumatlar yazılır.
Hazırlıq işinin
sürətləndirmək üçün
əvvəlcədən lazımi cədvəl-
sxem eskiz hazırlanmalıdır.
Cədvəldə bir qayda olaraq
QEYD bölməsi qoymaq
olar ki, oraya nisbətən az
əhəmiyyətli faktor və ya
parametr təcrübə
şəraitindən kənara çıxma
halları yazılsın.
Tarix N
Nümunə-
nin ölçü-
sü, mm
İlkin
çəki-
si, q
Tempe-
ratur,
0C
Təcrübənin
müddəti,dəq
Qeyd
• Tədqiqatın bu mərhələsinin məqsədi təcrübələrdə
alınmış nəticələri rahat şəklə salmaqdan ibarətdir.
Təcrübədən alınan nəticələr bir qayda olaraq tədqiq
olunan proses haqqında tam dolğun məlumat verə
bilmir, qanunauyğunluq aydın olmur. Jurnala yazılmış bu
rəqəmləri hələ yerbəyer etmək dərin təhlil etmək lazım
gəlir. Bəzi hallarda cihazların yazdığı diaqram əyrilər
açılmalı fiziki mənası izah edilməlidir.
• Əgər alınan nəticələr ümümi məlum olan
baxışdan ciddi fərqlənirsə onu izah etməyə
çalışmaq lazımdır. Digər tərəfdən izahı
mümkün olmayan nəticə təsadüfi səhv də
ola bilər. Bu halda təcrübə təkrar oluna
bilər, amma səhv nəticəni tamam ləğv
etmək lazım deyil. Çünki səhv hesab edilə
bilən nəticə sonradan yeni kəşvin
başlanğıcı ola bilər.