İnternet təhlükə

421 Aufrufe

Veröffentlicht am

İnternet

Veröffentlicht in: Bildung
0 Kommentare
0 Gefällt mir
Statistik
Notizen
  • Als Erste(r) kommentieren

  • Gehören Sie zu den Ersten, denen das gefällt!

Keine Downloads
Aufrufe
Aufrufe insgesamt
421
Auf SlideShare
0
Aus Einbettungen
0
Anzahl an Einbettungen
323
Aktionen
Geteilt
0
Downloads
0
Kommentare
0
Gefällt mir
0
Einbettungen 0
Keine Einbettungen

Keine Notizen für die Folie
  • nternet asılılığının psixoloji xüsusiyyətləri:- elektron poçtun tez-tez yoxlaması;- vaxtın hiss edilməməsi, nə vaxt ki, insan kompüter arxasındadır;- real həyatdaki ünsiyyətlə müqayisədə on-line ünsiyyətinə üstünlüyün verilməsi;- şəbəkədə uzun müddət qalmağa görə ailənin və dostların şikayətləri;- kompüter seansını sərbəst bitirməyin mümkünsüzlüyü;- qeyri-müntəzəm qidalanma, kompüter monitorun qarşısında yemək;- yorğunluğun yaranması, qıcıqlanmalar, əhval-ruhiyyənin azalması- internet-asılılığın mövcudluğunun inkarıİnternet-asılılıq yalnız insanın psixikasına pis tesir etmir, onun ictimai durumu, həmçinin fiziki sağlamlığı pozulur: komputer arxasında daimi oturmağına görə, doyunca yatmamaq, orqanizmin tükənməsi, qeyri-müntəzəm qidalanma - xroniki yorğunluğa səbəb olur.
  • İnternet yuxusuzluğa, piylənməyə də səbəb olur. Hərəkətsizlik isə bir çox xəstəliklərin inkişafı üçün şərait yaradır. Bunlarla yanaşı, internet asılılığı olanlar kitab oxumağı da tərgidirlər. İnternet kitablar yükləyir, planşet və s. vasitəsilə oxuyurlar. İnternetdə heç də bütün mənbələr etibarlı deyil və istifadəçilər yanlış məlumatlandırıla bilərlər Daha çox istifadə İnsanda psixi halın pozulması və sonda qarabasmalar və psixi xəstəliyə gətiri.
  • Vikipediyada (İnternet ensklopediyası) İnternet asılılığı psixi nasazlıq, daima internetə bağlanmaq arzusu və vaxtında İnternetdən çıxmanın istifadəçi üçün çox çətin olması kimi izah edilir. O cümlədən deyilir ki, asılılığın bu forması müasir dövrdə çox geniş yayılsa da, onun statusu hələlik qeyri-müəyyəndir. Belə ki, internet asılılığı bir xəstəlik kimi psixi xəstəliklər təsnifatına daxil edilməyib. Deməli, bu psixi pozuntu, ruhi xəstəlik və ya əsəb fəsadları yox, sadəcə olaraq, çox ziyanlı bir vərdişdir.

    Bu asılılıqdan ilk dəfə 1994-cü ildə psixiatr Kimberli Yanq bəhs edib. O, internet asılılığını müəyyənləşdirmək üçün sorğu keçirib. Məlum olub ki, bu asılılıq qumara patoloji bağlılıq kimidir və internet istifadəçilərinin də 4-5 faizi bu bəlanın əsiridir. Mütəxəssislər bu asılılığın əsas səbəbini bu gün internetin başlıca informasiya mənbəyi olmağında görürlər. İnformasiya isə hamıya lazımdır və hazırda dünyada ən bahalı maldır.

    İnternet asılılığı problemi virtual şəbəkənin populyarlığının yüksəlməsi ilə daha da artır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da gerçək həyatı internetə qurban verən, smartfon və kompüterlə sutkada 8-18 saat vaxt keçirən insanların sayı artır. İnternetdən qəfil və ya məcburi imtina bu insanlarda həyəcan, emosional narahatlıq, tərkidünyalıq və az qala xof yaradır.

    İnternet asılılığının yaranmasının əsas əlamətlərindən biri, bəlkə də birincisi insanın konkret saytlarla yox, “qarşısına çıxan” bütün resurslarla maraqlanması, ciddi ehtiyac olmadığı halda virtual məkanda “eşələnməsi”dir. Belələri bu və digər saytlara ehtiyaca, marağa görə daxil olmur - sırf mexaniki şəkildə saytlarda “təftiş”lə məşğul olurlar. Məsələn, internetin əsiri olan insan poçtuna mühüm məktub gözlədiyinə görə yox, sadəcə, baxmaq üçün daxil olur. Çünki elektron poçta daxil olmaq, servisi “açmaq” ona ləzzət verir və bu ləzzəti orada yeni məktubu görmək daha da artırır. Amma internetə ifrat aludə olan insan heç bir halda problemini özü görmür və dərk etmir. Onun üzləşdiyi bəla barəsində bütün hallarda ətrafındakı insanlar danışırlar. “Sən kompüter qarşısında çox vaxt keçirirsən!” kimi narahatlıq dolu sözlər səslənirsə, deməli, siz gerçəkdən də internetdə “batan”lardan birisiniz. Belə vəziyyət isə real həyatdakı dostlarla ünsiyyətə və təmaslara çox az vaxt qoyur.

    İnternet asılılığına mübtəla olmuş insanları tanımaq, ayırd etmək asandır. Beləsinə nə söyləsən, cavabında “yaxşı, mənə e-maillə yazarsan” deyir. Ya da dostları ilə istirahət etməyə yollandığı kafe, restoran və ya çayxanaya daxil olan kimi oranın işçilərindən “Sizdə vay-fay var?” soruşur. Səhər saatlarında isə o, yuxudan oyananda bir fincan isti çay, ya qəhvə içmək, 5-10 dəqiqə idman etmək əvəzinə başılovlu kompüterə tərəf qaçır, poçtunu yoxlayır, saytlarda gəzişir və bir ay öncənin hava proqnozuna baxır.
  • Ludomaniya- Tibb dilində İnternet asıllıq deməkdir. Bu asılıq xəstəliyə gətirik ki, bunun da adına ludomaniya deyirlər. Bu daha çox oyunlar oynayan uşaqlara aitdir. Bu oyunları oynadıqca onların əsirnə çevrilirlər.
  • Həftə ərzində internetdən 10 saatdan çox istifadə internet xəstəliyi kimi qəbul edilir. Həyatdan zövq ala və yetəri qədər əylənə bilmədikləri üçün bütün maraqlarının internetdən tapa bildiyini düşünür. Nəticədə isə internetə bağlı olan birinə çevrilir. Belə uşaqlar ətrafdakı insanlarla ünsiyyətdə də problemlər yaşayır.
  • İnternet dövrü başlayanda hamılıqla bunun bir texnoloji inqilab olduğunu düşünürdük.Əslində yanılmadıq da.Həyatımızın ritmini elə dəyişdirdi ki,artıq internet sadəcə xüsusi iternet-kafelərdə,ofislərdə əlimizin çatdığı bir vasitə olmaqdan çıxdı,evimizin içinə belə daxil oldu.Bilmədiyimiz bir sualın cavabını tapmaq,dünyada nələr baş verdiyini öyrənmək,boş vaxtımızı qiymətləndirmək,oyun oynamaq və daha neçə-neçə səbəblə bizə qapılarını açan geniş bir dünyadır internet. Vaxt ötüb,illər keçdikcə,virtual dünyanın reallıqları ilə hesablaşmağa başladıqca anladıq ki,İnternet təkcə imkanları və üstünlüklərin ilə gözümüzü qamaşdırmır,həm də təhlükələri ilə gözümüzü qorxudur.Dünya səviyyəsində hər il aparılan yüzlərlə araşdırma bu mövzuda elə xəbərlər yayır ki,onlarla tanış olub ehtiyatlanmamaq mümkün deyil.Bu araşdırmaların nəticəsinə inansaq,texnoloji inkişaf uşağı ailəsindən uzaqlaşdıra,ziyanlı mühitə çəkə bilər.Ancaq heç vaxt unutmaq olmaz ki,internetin müsbət tərəfləri daha üstündür və uşaqların bu müsbət tərəflərə insiqamətləndirilməsində ailələr şüulu hərəkət etməlidirlər.
  • İnternetin uşaqlar üçün təhlükəsi müasir ticarət dünyasının maraqlarından da asılı vəziyyətə gəlib.Belə ki,uşaqlar bəzi saytlar tərəfindən gələcəyin müştəriləri olaraq görülməkdə,şirkətlər öz satışlarını artırmaq üçün internetdə uşaqlara səslənən reklamlardan istifadə etməkdədirlər.Bundan başqa,internetdən istifadə edən uşaqlardan toplanan şəxsi məlumatlar da bəzən riskli ola bilər.Bir araşdırmaya görə,104 saytın 85%-i uşağın e-poçt ünvanını,63%-i uşağın ad-soyadını,45%-i ailəsinin e-poçt ünvanını,56%-i uşağın alternativ e-poçt ünvanını,9%-i uşağın telefon nömrəsini,14%-i uşağın ev ünvanına dair məlumatları toplayır.Bir başqa araşdırmada da göstərilir ki,uşaqların 70%-i istənildiyində fərdi məlumatlarını internetdə verməkdən ehtiyatlanmır. - See more at: http://joy.az/interesting/6411-internet.html#sthash.p2dzhEpM.dpuf
  • İnternet təhlükə

    1. 1. 2
    2. 2. 3
    3. 3. LUDOMANİYA 4
    4. 4. OYUN EPİDEMİYASI 5
    5. 5. 6
    6. 6. 7 TƏHLÜKƏDƏN UŞAQLARI QORUYUN !!!
    7. 7. 8 MÜASİR GƏNCLİK VALİDEYİNLƏRİ İLƏ MÜNASİBƏTDƏ 4 DƏFƏ DAHA ÇOX İNTERNETDƏ VAXT KEÇİRİRLƏR

    ×